Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1739/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X19 iclas katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə öhdəliklərini pozduğuna görə 152500 (yüz əlli iki min beş yüz) manat təhsil xərcinin və penyaya görə 111325 (yüz on bir min üç yüz iyirmi beş) manat məbləğində, cəmi 263825 (iki yüz altmış üç min manat səkkiz yüz iyirmi beş manat) və rüsuma görə ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, K.Rəhimov 13 ünvanında fəaliyyət göstərən İddiaçı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə uyğun olaraq Cavabdeh1 və Cavabdeh2 ilə təhsilalanlar X15, X11, X27, X20, X21, X16 və X12 İddiaçındə təhsil almaları üçün müxtəlif vaxtlarda təhsil müqavilələri bağlanılmış və bu müqavilələr üzrə öhdəlikləri onlar tərəfindən imza edilərək qəbul edilmişdir. Tərəflər arasında 05.09.2017-ci il tarixdə 4 müqavilə, 10.09.2018-ci il tarixdə 6 müqavilə və 09.09.2019-cu il tarixdə 7 müqavilə bağlanmışdır. Həmin təhsil müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 övladının təhsil alması ilə əlaqədar olaraq məktəblə qarşılıqlı razılığa gəlmiş və bu müddət ərzində təhsil xərclərinin bir hissəsini ödəmişlər. İddiaçı təhsil müqavilələri üzrə götürdüyü öhdəlikləri yerinə yetirmiş və təhsil standartlarına uyğun olaraq xidmətlər həyata keçirmişdir. Lakin keçən müddət ərzində təhsilalanlar X22 2017/2018-ci il tədris ilinə görə 4500 manat, 2018/2019-cu tədris ilinə görə 10000 manat, 2019/2020-ci il tədris ilinə görə 10000 manat, X1 2017/2018-ci il tədris ilinə görə 4500 manat, 2018/2019-cu ilinə görə 10000 manat, 2019/2020-ci tədris ilinə görə 10000 min, X2 2017/2018-ci il tədris ilinə görə 4500 manat, 2018/2019-cu il tədris ilinə görə 10000 manat, 2019/2020-ci il tədris ilinə görə 10000 manat, X7 2017/2018-ci il tədris ilinə görə 4500 manat, 2018/2019-cu tədris ilinə görə 10000 manat, 2019/2020-ci il tədris ilinə görə 10000 manat, X3 2017/2018-ci il tədris ilinə görə 4500 manat, 2018/2019-cu tədris ilinə görə 10000 manat, 2019/2020-ci il tədris ilinə görə 10000 manat, X8 2018/2019-cu tədris ilinə görə 10000 manat, 2019/2020-ci il tədris ilinə görə 10000 manat, X12 2019/2020-ci il tədris ilinə görə 10000 manat, cəmi 152500 manat məbləğində təhsil xərcini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı təmin etməmişlər. Tərəflər arasında bağlanmış təhsil müqavilələrinin 4-cü bölməsinə əsasən müqavilə bağlanan anda təhsil haqqının 40%-i, ödənilməmiş qalan hissəsinin 30%-i dekabr ayının 5-nə və son 30%-i isə mart ayının 5-nə qədər ödənilməlidir. Təhsil haqqının ödənişi vaxtında ödənilməzsə ona gecikdirilmiş təhsil haqqı məbləğinin hər günə 0.2% həcmində penya tətbiq edilir. Belə olan halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş 152500 manat təhsil xərcinin yalnız bir illik penya həcmi 111235 manat təşkil edir və həmin məbləğin İddiaçınə ödənilməsi təmin edilməlidir. Cavabdehlər müqavilə öhdəliklərinin icrasını təmin etmədiklərindən mövcud şəraitdə işçilərin aylıq əmək haqlarının və digər zəruri xərclərinin ödənilməsində ciddi problemlər yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X23 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin, bildirdi ki, uşaqlar 2019/2020-ci tədris ilinin ikinci yarısı, yəni 2020-ci ilin yanvarından etibarən təhsil xərclərinin ödənilməməsinə görə məktəbə buraxılmamışdır. Cavabdehlərlə borcun hissəhissə ödənilməsi barədə razılığa gəlmək istəsələr də cavabdehlər aylıq 300 manat ödəyəcəklərini dediklərinə görə bununla razılaşmamışlar. Elə buna görə 2020-ci ilin yanvar ayından uşaqlar dərsə buraxılmamışdır. Bu səbəbdən 2020-ci ilin ikinci yarısı üçün təhsil xərcinin tutulmasını məhkəmənin mülahizəsinə buraxır. Odur ki, qeyd etdiklərini nəzərə almaqla məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 məhkəməyə ərizə verərək bildirmişdir ki, 2020-ci ilin yanvar ayından iyun ayının 25-dək təhsil haqqı ilə bağlı ödəmələr üzrə borc istisna olmaqla digər təhsil borcunu qəbul edir. Lakin tələb edilən penya məbləği ilə razı deyil. Belə ki, iddiaçı məktəblə uşaqların təhsili ilə bağlı müqavilə bağlamış və müqavilədə göstərilən təhsil xərcini ödəməyi öhdəsinə götürmüşdür. Lakin, sonradan maddi vəziyyətinə görə təhsil xərcini ödəyə bilməmişdir. Uşaqlar isə 2020-ci ilin yanvar ayından məktəbə buraxılmamış, faktiki olaraq heç bir dərsə girə bilməmişdir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla, ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 məhkəməyə ərizə verərək bildirmişdir ki, 2020-ci ilin yanvar ayından iyun ayının 25-dək təhsil xərci ilə bağlı ödəmələr üzrə borc istisna olmaqla digər təhsil xərci (penya istisna) ilə razıdır. Əlavə etmişdir ki, iddiaçı məktəblə aralarında bağlanmış təhsil müqavilələrinə əsasən hər uşağa görə müqavilədə göstərilmiş təhsil xərcini ödəməyi öhdəsinə götürmüşdür. Çünki, yoldaşının əvvəl oboy mağazası olmuş, təhsil xərcini ödəməyə maddi imkanları olmuşdur, lakin sonradan yoldaşı rəhmətə getmişdir. Bundan sonra, borc yığılmış, borcun hissə-hissə ödənilməsi ilə bağlı iddiaçı ilə razılıq əldə oluna bilməmişdir. Bu səbəbdən uşaqlar 2020-ci ilin birinci yarısı məktəbə buraxılmamışdır. Hazırda isə mövcud borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla, ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin növbəti iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı və Cavabdeh2 Çingiz qızı arasında bağlanmış 05.09.2017-ci il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 5 sinfinə, şagird kontingentinə qəbul edilmiş X1 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2017/2018 tədris ili üçün təhsil haqqı 11000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh2 Çingiz qızı arasında bağlanmış 05.09.2017-ci il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 4 sinfinə, şagird kontingentinə qəbul edilmiş X4 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2017/2018 tədris ili üçün təhsil haqqı 11000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh2 Çingiz qızı arasında bağlanmış 05.09.2017-ci il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 6 sinfinə, şagird kontingentinə qəbul edilmiş X7 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2017/2018 tədris ili üçün təhsil haqqı 11000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh2 Çingiz qızı arasında bağlanmış 05.09.2017-ci il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 5 sinfinə, şagird kontingentinə qəbul edilmiş X22 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2017/2018 tədris ili üçün təhsil haqqı 11000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 10.09.2018-ci il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 5 sinfinə, şagird kontingentinə qəbul edilmiş X3 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2018/2019 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 10.09.2018-ci il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 6 sinfinə, şagird kontingentinə qəbul edilmiş X1 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2018/2019 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 10.09.2018-ci il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 6 sinfinə, şagird kontingentinə qəbul edilmiş X22 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2018/2019 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 10.09.2018-ci il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 7 sinfinə, şagird kontingentinə qəbul edilmiş X7 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2018/2019 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 10.09.2018-ci il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 2 sinfinə, şagird kontingentinə qəbul edilmiş X8 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2018/2019 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 10.09.2018-ci il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 2 sinfinə, şagird kontingentinə qəbul edilmiş X2 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2018/2019 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 09.09.2019-cu il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 3 sinfinə, şagird kontingentinə qəbul edilmiş X8 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2019/2020 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 09.09.2019-cu il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 6 sinfinə, şagird kontingentinə qəbul edilmiş X3 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2019/2020 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 09.09.2019-cu il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 7 sinfinə, şagird kontingentinə qəbul edilmiş X17 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2019/2020 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 09.09.2019-cu il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 3 sinfinə, şagird kontingentinə qəbul edilmiş X2 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2019/2020 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 09.09.2019-cu il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 8 sinfinə, şagird kontingentinə qəbul edilmiş X7 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2019/2020 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 09.09.2019-cu il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 7 sinfinə, şagird kontingentinə qəbul edilmiş X1 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2019/2020 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 09.09.2019-cu il tarixli təhsil müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Britaniya istiqamətinin Year 2 sinfinə, şagird kontingentinə qəbul edilmiş X12 təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtlı-vaxtında İddiaçınə təhsil alan tərəfindən ödənilməsini təmin etməkdən ibarətdir. Təhsil müqaviləsinə əlavədən görünür ki, 2019/2020 tədris ili üçün təhsil haqqı 10000 manat təşkil edir. Təhsil haqqının 40%-nin müqavilə bağlanan anda, ödənilməmiş qalan 30%-in dekabr ayının 5-nə və son 30%-nin mart ayının 5-nə qədər ödənilməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 2017, 2018 və 2019-cu il tarixlərində X27, X11, X24, X20, X15, X21 və X12 İddiaçındə təhsil almaları üçün təhsil müqavilələri bağlanılmış, müqavilələrdən 2017-ci ildə bağlananlar Cavabdeh2 ilə, 2018 və 2019-cu illərdə bağlananlar Cavabdeh1 ilə bağlanmış, 2017/2018-ci il tədris ili üçün təhsil haqqı 11000 manat, 2018/2019, 2019/2020-ci il tədris illəri üçün 10000 manat məbləğində müəyyən edilmişdir. Bu hallar həm tərəflər arasında bağlanmış müqavilələrdə təsbit edildiyindən, həm də tərəflər qəbul etdiklərindən işin mübahisələndirilməyən hallarıdır. İşin digər mübahisələndirilməyən halları ondan ibarətdir ki, uşaqlar yığılmış təhsil haqlarını ödənilmədiyinə görə 2019/2020-ci tədris ilinin ikinci yarısı məktəbə buraxılmamış, dərslərdən kənarlaşdırılmışdır. Bu halı məhkəmə iclasında izahatı alınan hər iki tərəf qəbul etmişdir. Eyni zamanda, cavabdehlər məhkəməyə ərizə verərək təsdiq etmişlər ki, uşaqların məktəbə buraxılmadığı 2019/2020-ci tədris ilinin ikinci yarısına görə təhsil haqqı istisna olmaqla, ödənilməmiş təhsil haqlarına münasibətdə iddianı qəbul edirlər və bu hissələrdə iddia tələbi ilə razıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hissədə iddianı qəbul etmələri və bununla bağlı məhkəməyə ərizə vermələri iddianın həmin hissələrdə etirafı kimi qiymətləndirilməli və iddia etiraf olunan hissələrdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddianı qismən etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də etiraflar qəbul edilməli və iddia tələbi həmin hissələrdə təmin edilməlidir. İşin mübahisəsiz qəbul edilən hallarından görünür ki, uşaqlar 2019/2020-ci tədris ilinin ikinci yarısı dərslərdə iştirak etməmişdir. Təhsil haqqının dərslərdə iştirak etməyə, uşaqlarla tədris prosesinin təşkilinə görə ödənildiyi nəzərə alındıqda uşaqların faktiki olaraq iştirak etmədiyi dərslərə görə valideynlərdən təhsil haqqı tutula bilməz. Odur ki, iddia təhsil haqqının 35000 manat (7 x 5000 (yarımillik təhsil haqqı)) hissəsində əsassızdır. Digər tərəfdən, iddia tələbində ödənilməmiş təhsil haqlarının hər cavabdehdən ayrıayrılıqda tutulmalı olan hissəsi göstərilməsə də iş materiallarından görünür ki, bu müqavilələrin yalnız 2017-ci ildə bağlananları Cavabdeh2 ilə bağlanılmışdır. Deməli, Cavabdeh2 yalnız həmin müqavilələrə görə ödənilməmiş borca münasibətdə məsuliyyət daşıyır. Qalan müqavilələr isə digər Cavabdeh1 ilə bağlanmışdır. Tutulacaq ödənilməmiş təhsil haqqının məbləğinə gəldikdə isə məhkəmə hesab edir ki, Cavabdeh2 18000 manat (X25 görə 4500 manat, X5 görə 4500 manat, X9 görə 4500 manat, X13 görə 4500 manat) və Cavabdeh1 95000 manat (X25 görə 15000 manat, X5 görə 15000 manat, X10 görə 15000 manat, X13 görə 15000 manat, X9 görə 15000 manat, X14 görə 15000 manat, X18 görə 5000 manat) məbləğində pul tutulmalıdır. Bu hissədə məhkəmə təkrar qeyd edir ki, illik və yarımillik ödənişlərin məbləğləri ilə bağlı tərəflər arasından heç bir mübahisə yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi penya (dəbbə puluna) münasibətdə qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehlərin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehlərdən 111325 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrcluların mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnların həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehlərdən öz öhdəliklərini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq Cavabdeh1 1000 manat, Cavabdeh2 500 manat məbləğində cərimə tutulması məqsədəuyğun hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 95000 (doxsan beş min) manat təhsil xərci və 1000 (min) manat məbləğində cərimə, Cavabdeh2 18000 (on səkkiz min) manat təhsil xərci və 500 (beş yüz) manat cərimə tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 13 manatı cavabdehlərdən tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа qismən təmin edilsin. Cavabdeh1 99500 (doxsan doqquz min beş yüz) manat təhsil xərci və 1000 (min) manat məbləğində cərimə olmaqla, cəmi 100500 (yüz min beş yüz) manat, Cavabdeh2 18000 (on səkkiz min) manat təhsil xərci və 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 13 manatı cavabdehlərdən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1739/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1739/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver