Məhkəmə qərarları › İş №2(010)-1742/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1742/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1742/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs X6) qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onunla Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 50 saylı notariat ofisində təsdiq edilmiş, 23.07.2020-ci il tarixli, 3M-505 nömrəli reyestrlə qeydə alınmış kredit və ipoteka müqavilələrinin və 07.12.2020-ci il tarixli, 3M-859 nömrəli reyestrlə qeydə alınmış kredit və sonrakı ipoteka müqavilələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 70.5 m2 ölçüdə qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 23.10.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. O, səhhətində olan çoxlu sayda xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğu üçün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 70.5 m2 ölçüdə qeyri-yaşayış sahəsini girov qoyaraq 18500 manat məbləğində pulu Cavabdeh borc almaq barədə razılığa gəlmişdir. Onun adından verdiyi etibarnamə əsasında borc alan qismində qohumu X6 çıxış edərək 23.07.2020-ci il tarixli kredit müqaviləsinə və həmin tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh 3 ay müddətinə 18500 manat (10900 ABŞ dolları) məbləğində pulun borc verilməsinə dair cavabdehlə Bakı şəhəri 50 nömrəli notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş və 3M-505 nömrəli reyestrlə qeydə alınmış, 23.07.2020-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi imzalanmışdır. Lakin, buna baxmayaraq, Cavabdeh müqavilə bağlandıqdan sonra müqavilə şərtlərinə əməl etməyərək onun əvəzinə pulu alan X7 müqavilədə göstərilən 18500 manat əvəzinə 13000 manat pul vermiş, qalan 5500 manatı isə verdiyi borca görə üç ayın sələm faizi kimi hesablayıb çıxdığını bildirmişdir. Bundan sonra, onun yenə də pula ehtiyacı olduğu üçün təkrarən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 70.5 m2 ölçüdə qeyri-yaşayış sahəsini girov qoyaraq 13000 manat (7647.05 ABŞ dolları) məbləğində pulu Cavabdeh borc almaq barədə razılığa gəlmişdir. Onun adından verdiyi etibarnamə əsasında borc alan qismində yenə də qohumu X6 çıxış edərək 07.12.2020-ci il tarixli kredit müqaviləsinə və həmin tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh bir ay müddətinə 13000 manat (7647.05 ABŞ dolları) məbləğində pulun borc verilməsinə dair cavabdehlə Bakı şəhəri 50 nömrəli notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş və 3M-859 nömrəli reyestrlə qeydə alınmış, 07.12.2020-ci il tarixli kredit müqaviləsi və sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Lakin, buna baxmayaraq, Cavabdeh təkrarən müqavilə bağlandıqdan sonra onun əvəzinə pulu alan X1 müqavilədə göstərilən 13000 manat əvəzinə 6000 manat pul vermiş, qalan 7000 manatı isə verdiyi borca görə bir ayın sələm faizi kimi hesablayıb çıxdığını bildirmişdir. Beləliklə, iki dəfəyə Cavabdeh hər iki xüsusat üzrə müqavilələrdə göstərilmiş cəmi 31500 manat əvəzinə ona faktiki olaraq 19000 manat pul vermiş, 12500 manat məbləğində pulu isə borc verdiyi 4 ay üçün faiz pulu kimi hesablayaraq ona verməmişdir. Bununla da Cavabdeh faktiki olaraq onun ağır maddi vəziyyətindən sui-istifadə edərək onun üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu ağır şərtli müqavilələr bağlamış, əsassız varlanma fəaliyyəti ilə məşğul olmaqla onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh hər iki kredit müqaviləsi üzrə verilməli olan pulun böyük hissəsini faiz kimi götürərək 19000 manat məbləğində pul vermişdir. Yəni, müqavilələrdə göstərilmiş məbləğlər faktiki olaraq iddiaçıya verilmiş pulun məbləği deyil. Odur ki, məhkəmədən həmin müqavilələrinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi hər iki müqavilə notariat qaydasında bağlanılmış, müvafiq pul məbləğləri notariusun depozit hesabına köçürülmüşdür. Bütün əməliyyat notariat qaydasında həyata keçirilmişdir və burada real məbləğin fərqli olmasından söhbət gedə bilməz. Eyni zamanda, cavabdeh iddiaçını tanımamış, kredit müqaviləsini X6 ilə bağlamışdır. Odur ki, iddianın əsassız olduğunu bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin nümayəndəsinin (vəkilinin) izahatın dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Cavabdeh və X6 arasında bağlanmış 23.07.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Borc verən (Cavabdeh) Borc alana (X6) 10900 (on min doqquz yüz) ABŞ dollarının (manatla məzənnəsi 1 dollar=1.70 manat olmaqla) manatla məzənnəsini təşkil edən 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul borc verir. Borc alan krediti 23.10.2020-ci il tarixinədək Borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı borc müqaviləsi üzrə pul vəsaitinin verilməsi notariusun depozit hesabı vasitəsilə həyata keçirilir. Cavabdeh və X6 arasında bağlanmış 07.12.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Borc verən (Cavabdeh) Borc alana (X6) 7647.05 (yeddi min altı yüz qırx yeddi dollar beş sent) ABŞ dollarının (manatla məzənnəsi 1 dollar=1.70 manat olmaqla) manatla məzənnəsini təşkil edən 13000 (on üç min) manat məbləğində pul borc verir. Borc alan krediti 07.01.2021-ci il tarixinədək Borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı borc müqaviləsi üzrə pul vəsaitinin verilməsi notariusun depozit hesabı vasitəsilə həyata keçirilir. Cavabdeh (ipoteka saxlayan), İddiaçı -əvəzinə etibarnamə üzrə nümayəndəsi X10 - (ipoteka qoyan) X6 (borc alan) arasında bağlanmış 23.07.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 3M-504 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.5 m2 olan qeyriyaşayış sahəsi tam mülkiyyət üzrə. İpoteka qoyulan əmlak ipoteka qoyan İddiaçı məxsusdur. Cavabdeh (ipoteka saxlayan), İddiaçı - əvəzinə etibarnamə üzrə nümayəndəsi – X2 - (ipoteka qoyan) X6 (borc alan) arasında bağlanmış 07.12.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş sonrakı ipoteka müqaviləsindən görünür ki, İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 3M-859 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.5 m2 olan qeyri-yaşayış sahəsi tam mülkiyyət üzrə. İpoteka qoyulan əmlak ipoteka qoyan İddiaçı məxsusdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh və X6 arasında bağlanmış 23.07.2020-ci il tarixli və 07.12.2020-ci il tarixli kredit müqavilələrinə əsasən Cavabdeh tərəfindən X4 müvafiq olaraq 18500 manat və 13000 manat məbləğində borc pul verilməsi, X3 həmin borc məbləğini müqavilədə göstərilən müddətdə Cavabdeh qaytarması müəyyən edilmişdir. Həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmini məqsədilə ipoteka saxlayan Cavabdeh, ipoteka qoyan İddiaçı və borc alan X6 arasında 23.07.2020-ci il və 07.12.2020-ci il tarixli ipoteka və sonrakı ipoteka müqavilələri bağlanılmış, bu müqavilələrə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.5 m2 olan qeyri-yaşayış sahəsi 23.07.2020-ci il tarixli və 07.12.2020-ci il tarixli kredit müqavilələrinin icrasını təmin etmək məqsədilə Cavabdeh xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bütün bu müqavilələr notariat qaydasında təsdiq edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək kredit müqavilələri üzrə faktiki olaraq borc verilmiş pul məbləğlərinin müqavilələrdə göstərilən məbləğlərdən aşağı olduğunu bildirib məhkəmədən həm kredit, həm də ipoteka və sonrakı ipoteka müqavilələrinin ləğvini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı həm kredit müqavilələrinin, həm də ipoteka müqavilələrinin ləğvini tələb etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik müqavilənin ləğv edilməsini tələb etmək hüququnun subyektləri kimi yalnız müqavilə tərəflərini müəyyən etmişdir. İddiaçı ləğv edilməsini tələb etdiyi kredit müqavilələri üzrə tərəf olmasa da həmin kredit müqavilələri üzrə öhdəliklərin (əsas öhdəliklərin) icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etdiyindən (əlavə öhdəlik götürdüyündən) məhkəmə İddiaçı kredit müqavilələrinin ləğv edilməsini tələb etməyə subyektiv hüququ olduğunu hesab edir. İddiaçı həm kredit, həm də ipoteka müqavilələrinin ləğvini onunla əsaslandırır ki, kredit müqavilələri üzrə borc məbləği kimi göstərilmiş pul məbləğləri Cavabdeh tərəfindən bu müqavilələr üzrə verilmiş real borc pulun məbləğindən əhəmiyyətli dərəcədə az olmuşdur. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, ləğvini mübahisələndirdiyi bu müqavilələrin hər biri notariat qaydasında təsdiq edilmiş müqavilələrdir və hər iki kredit müqaviləsi üzrə borc vəsaitinin verilməsi notariusun depozit hesabı vasitəsilə həyata keçirilmişdir. Məhkəmənin sorğusuna əsasən, müvafiq notariat ofisi tərəfindən göndərilmiş sənədlərdən görünür ki, iki müqavilə üzrə notariusun depozit hesabına 18530 manat və 13000 manat məbləğində pul köçürüldüyünü təsdiq edən qəbzlər notariat işində mövcuddur. Nəzərə alınmalıdır ki, həmin məbləğlər notariusun depozit hesabına kredit müqavilələri üzrə borc alan götürsün deyə köçürülmüşdür. Belə bir vəziyyətdə kredit müqavilələrində göstərilmiş məbləğlərdən daha az məbləğdə borc pul verildiyini iddia edərək müqavilələrin ləğvini tələb etmək əsassızdır. İpoteka müqavilələrinin ləğvinə gəldikdə isə hər iki ipoteka müqaviləsi üzrə ipoteka qoyan İddiaçı bu müqavilələrin hazırda ləğvini zəruri edən amilləri ümumiyyətlə əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, ipoteka müqavilələri əsas kredit müqavilələrinin icrasını təmin etmək məqsədilə bağlanılmışdır və məhkəmə tərəfindən bu müqavilələrin ləğvini zəruri edən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Hazırkı işdən görünür ki, tərəflər arasında ipoteka müqavilələrinin ləğvi ilə bağlı heç bir razılaşma olmamışdır. Eyni zamanda, ipoteka saxlayan tərəf olan Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması və ipoteka qoyan İddiaçı zərər vurması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu müqavilələrin ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh (üçüncü şəxs X6) qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Son olaraq, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh (üçüncü şəxs X6) qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar