Məhkəmə qərarları › İş №2(010)-1748/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1748/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1748/2020 11.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin etibarnamə üzrə nümayəndəsi x2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 505 manat əsas borcun və 30 manat dövlət rüsumunun, 535 manat tutulub Baş Mühafizə İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin nümayəndəsi x4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Baş Mühafizə İdarəsinin Suraxanı Rayon Mühafizə Şöbəsi ilə əmlakın mühafizəsi haqqında 15.06.2017-ci il tarixli 228 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 22, mənzil 7 ünvanda yerləşən mənzil mühafizəyə qəbul olunmuş və 10.11.2019-cu il tarixinə kimi qorunmuşdur. Lakin mühafizə haqqı vaxtında ödənilməyindən 505 manat debitor borc yaranmışdır ki, bu da əməkdaşlara əmək haqqı verilməsində, x5 və büdcəyə ödəmələrdə müəyyən çətinliklər yaratmışdır. Cavabdeh Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinin tələblərini və müqavilənin şərtlərini pozaraq 505 manat məbləğində mühafizə haqqını vaxtında ödəməmişdir. Borcun vaxtında ödənilməsi haqqında tərəflərindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq bu günə kimi borcun ödənilməsi üçün cavabdeh tərəfindən heç bir tədbir həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Cavabdeh ünvanladığı 29.11.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh yaranmış borcun qısa müddət ərzində ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin hissələri tərəfindən Mərkəzləşdirilmiş mühafizə məntəqələrinin köməyi ilə vətəndaşların mənzillərinin mühafizəsi haqqında 15.06.2017-ci il tarixli nümunəvi müqavilədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə idarəsi tərəfindən Cavabdeh məxsus Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzili mühafizəyə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş qiymət cədvəlindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzilin mühafizə olunması üçün aylıq xidmət haqqı 35 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş x3 rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş 16.06.2017-ci il tarixli Əmrdən görünür ki, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi 29.03.2017-ci il tarixli 100-1610-3217 nömrəli məktubu, Cavabdeh 28.03.2017-ci il tarixli müraciət ərizəsini və tərəflər arasında razılaşdırılmış müqavilə və qiymət cədvəlini nəzərə alınaraq 2017-ci il tarixdən, Suraxanı Rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi ev 22 mənzil 7 ünvanında yerləşən Cavabdeh məxsus mənzil günün istənilən vaxtı MMM xidməti ilə mühafizəyə qəbul edilsin (istgünü:ist-siz). Xidmət 26-72 radioçağrışlı avtomarşrut ilə həyata keçirilməsi, təsdiq edilmiş qiymət cədvəlinə əsasən həmin obyektdən hər ayın 15-dək ƏDV ilə birlikdə 35 manat 00 qəpik mühafizə haqqının alınmasını təmin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş x3 rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş 10.11.2019-cu il tarixli Əmrdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzilin mühafizədən çıxarılması, həmin tarixədək mühafizə haqqının alınması təmin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş x3 rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş 11.06.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzil Suraxanı RMŞ tərəfindən 16.06.2017-ci il tarixli 228 saylı nömrəli müqavilə əsasında aylıq mühafizə haqqı 35 manat olmaqla mühafizəyə qəbul edilmişdir. Cavabdeh məxsus mənzil Şöbənin 10.11.2019-cu il tarixli 218 nömrəli əmri ilə mühafizədən çıxarılmışdır. Vətəndaş Cavabdeh mənzilin mühafizə haqqını ödəmədiyinə görə 2018-ci il üçün 145 manat, 2019-cu il üçün isə 360,50 manat ümumilikdə 11.06.2020ci il tarixə kimi 505.50 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məçəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Bu Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi ilə Cavabdeh arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin hissələri tərəfindən Mərkəzləşdirilmiş mühafizə məntəqələrinin köməyi ilə vətəndaşların mənzillərinin mühafizəsi haqqında 15.06.2017-ci il tarixli nümunəvi müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzil Suraxanı RMŞ tərəfindən 16.06.2017-ci il tarixli 228 saylı nömrəli müqavilə əsasında aylıq mühafizə haqqı 35 manat olmaqla mühafizəyə qəbul edilmişdir. Cavabdeh məxsus Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzil 10.11.2019cu il tarixli 218 nömrəli əmr ilə mühafizədən çıxarılmışdır. Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzilin mühafizə haqqını ödəmədiyinə görə 2018-ci il üçün 145 manat, 2019-cu il üçün isə 360,50 manat ümumilikdə 11.06.2020-ci il tarixə kimi 505.50 manat borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunaraq Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzilin mühafizəsi ilə bağlı yaranmış 505 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 535 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzilin mühafizəsi ilə bağlı yaranmış 505 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 535 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar