Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1749/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İddiaçı cavabdeh X8 qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İddiaçı cavabdeh X8 qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri SuraxanıRayon Məhkəməsinə müraciət edərək məhkəmədən“Zərgərlik” mağazasının müdiri X5 804 manat əsas borcun və 30 manat dövlət rüsumunun, cəmi 834 (səkkiz otuz dörd) manat məbləğində pulun tutulub Baş Mühafizə İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunlaəsaslandırılmışdırki, Baş X6 Rayon Mühafizə Şöbəsi ilə əmlakın mühafizəsi haqqında xx.xx.2011-ci il tarixli, 82 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Əmircan qəsəbəsi, Bazar küçəsi, bazarın daxilində yerləşən “Zərgərlik” mağazası mühafizəyə qəbul olunmuş və xx.xx.2016-cı il tarixə kimi qorunmuşdur. Lakin mühafizə haqqı vaxtında ödənilmədiyindən 804 manat debitor borc yaranmışdır ki, bu da əməkdaşlara əmək haqqı verilməsində, X12 və büdcəyə ödəmələrdə müəyyən çətinliklər yaratmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh X10 iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İddiaçı Suraxanı rayon Mühafizə Şöbəsi və Əmircan qəsəbəsi, Bazar küçəsi – 7 ünvanında, Bazar daxilində yerləşən “Zərgərlik” mağazasının müdiri X10 arasında bağlanmış “Baş Mühafizə İdarəsinin hissələri tərəfindən siqnalizasiya sisteminin köməyi ilə müşahidə olunan obyektə edilən cinayət qəsdlərinin qarşısının alınması haqqında xx.xx.2012-ci il tarixli nümunəvi müqavilənin surətindən görünür ki, mülkiyyətçi müqavilə və qiymət cədvəli əsasında siqnalizasiya sistemi ilə təchiz olunan və MMM-qoşulan “obyekti” müşahidə olunmasından ötrü mühafizəyə təhvil verilir. xx.xx.2012-ci il tarixli, 82 saylı qiymət cədvəlinin surətindən görünür ki, “Zərgərlik” mağazasının mühafizə xidmət haqqı aylıq 45.17 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikasının İddiaçı Suraxanı rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 118 nömrəli əmrin surətindən görünür ki, X8 məxsus “Zərgərlik” mağazasının saat 11:00-dan 17:00-dək həyəcan düyməsi xidməti ilə mühafizəyə qəbul edilməsi, xidmətin 26-72 radioçağırışlı avtomarşrut ilə həyata keçirilməsi, təsdiq edilmiş qiymət cədvəlinə əsasən, həmin mənzilin hər ayın 15-dək ƏDV ilə birlikdə 45 manat 17 qəpik mühafizə haqqının alınmasının təmin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının İddiaçı Suraxanı rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 59 nömrəli əmrinin surətindən görünür ki, X7 müraciəti əsasında xx.xx.2016-cı il tarixdən Əmircan qəsəbəsi, Bazar küçəsi – 7 ünvanında, Bazarın daxilində yerləşən fiziki şəxs X8 məxsus “Zərgərlik” mağazası mühafizədən çıxarılmışdır. xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, Suraxanı qəsəbəsi “Zərgərlik” Emalatxanasının Suraxanı rayon Mühafizə Şöbəsinə xx.xx.2016-cı il tarixə 804.9 manat məbləğində borcu vardır. xx.xx.2019-cun il tarixli, 038-29091-1219 nömrəli məktubun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə yaranmış borcunun ödənilməsi və borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının İddiaçı Suraxanı rayon Mühafizə Şöbəsi və cavabdeh X10 arasında cavabdehə məxsus “Zərgərlik” mağazasının mühafizə edilməsi məqsədilə xx.xx.2012-ci il tarixli müqavilə bağlanmış, müvafiq qiymət cədvəli tərəflər arasında razılaşdırılaraq təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixdə cavabdeh X7 müraciəti əsasında mühafizə xidmətinin göstərilməsinin dayandırılması qərara alınmışdır. Yəni iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan mağaza xx.xx.2012 – xx.xx.2016-cı il tarixləri arasında mühafizə edilmiş, bu müddət üçün qiymət cədvəlinə uyğun aylıq xidmət haqqı hesablanmışdır. Buna baxmayaraq cavabdeh müqavilədə nəzərdə tutulduğu kimi xidmət haqqını vaxtlı-vaxtında və qiymət cədvəlinə uyğun ödəmədiyindən onun 804.9 manat məbləğində qalıq borcu yaranmışdır ki, hazırda iddiaçı bu məbləğin 804 manatını cavabdehdən tələb edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə mühafizə xidmətinin göstərilməsi ilə bağlı olmuşdur. Mövcud mübahisə isə müqavilə öhdəliklərinin icrası ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hazırkı işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, borclu müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü borc tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən xidməti cavabdehə göstərmişdir. Cavabdeh isə, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə qalıq borcu tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Zərgərlik” mağazasının müdiri X5 804 (səkkiz yüz dörd) manat məbləğində əsas borc iddiaçı Azərbaycan Respublikasının İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən 30 mаnаt məbləğində dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Zərgərlik” mağazasının müdiri X5 804 (səkkiz yüz dörd) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Azərbaycan Respublikasının İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1749/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1749/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver