Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1753/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.04.2004-cü il təvəllüdlü X8 oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək sənədlər təqdim etdi və ərizəni müdafiə edərək bildirdi ki, 21.04.2004-cü il təvəllüdlü X8 oğlu onun doğma oğludur. Oğlu Rauf anadangəlmə uşaq autizmi xəstəsidir. Oğlu müstəqil olaraq özünü idarə edə bilmir. Onun daimi köməyə ehtiyacları vardır. O, xəstəliyi ilə bağlı öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Ona görə də o, oğlu X8 oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X4 21.04.2004-cü il təvəllüdlü X8 oğlunın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 21.04.2004-cü il təvəllüdlü X8 oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Diaqnoz: F84.0 Uşaq autizmi, Uşaq aut'ızmi,Kanner sindromu. Ağırlaşma F90.1 Hiperkinetik davranış pozğunluğu, Hiperkinetik davranış pozğunluğu. Ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu. Nitq artikulyasiyasının spesifik pozğunluğu. Yanaşı xəstəliklər - G82.1 Spastik paraplegiya, Aşağı ətrafların spastik paraplegiyası. Yanaşı xəstəliklər - F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Orta dərəcəli kəmağıllıq,qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Yanaşı xəstəliklər - F23.9 Dəqiqləşdirilməmiş, kəskin və ötüb keçən psixotik pozğunluq, Dəqiqləşdirilməmiş, kəskin və ötüb keçən psixotik pozğunluq. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış 18.01.2021-ci il tarixli məktubdan görünür ki, 21.04.2004-cü il təvəllüdlü X8 oğlu üzərində qəyyum təyin edilməsi barədə Ərizəçi ərizəsinə baxılmış və ona X8 oğlunın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X1” X6 07 iyun 2021-ci il tarixli, 1220 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X8 oğlunda İmbesillik dərəcəsində oliqofreniya, nitq və davranış pozuntuları ilə müəyyən edilir. X8 oğlu hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. X8 oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Qəmbərli X3 dərəcəsində oliqofreniya, nitq və davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəfləri dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 21.04.2004-cü il təvəllüdlü X8 oğlu psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21.04.2004-cü il təvəllüdlü X8 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1753/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1753/2021
01.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver