Məhkəmə qərarları › İş №2(010)-1757/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1757/2025

30.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1757/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi, 13 nömrəli evə köçürülməyi, həmin mənzilə köçürülməyinə və yaşamağına Cavabdeh1 və Haciyeva (Əhmədova) Eliza Əhməd qızı tərəfindən törədilən maneənin aradan qaldırılması və Cavabdeh1 və Haciyeva (Əhmədova) Eliza Əhməd qızından 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, atası Elxanın yaşadığı 8-ci kilometrdə yerləşən evdə dünyaya gəlmişdir. Bir müddət atası ilə anası həmin evdə yaşamışlar. Sonra isə 1995-ci ildə onlar boşanmışlar. Bu zaman o, təbii ki, anası ilə başqa evdə yaşamışdır. O, 8-ci sinifdə oxumağa başladıqda atasına məxsus olan Atamoğlan Rzayev küçəsi 13-də yerləşən evdə yaşamağa başlamış və orada orta məktəbə getmişdir. Həmin vaxt onun atası Elxan onu öz evinə qeydiyyata salmışdır. O, bu müddət ərzində Suraxanı rayonunda yerləşən orta məktəblərdə oxumuşdur. Bundan sonra o, orta məktəbi bitirdikdən sonra atasına məxsus evdən hərbi xidmətə getmişdir. Hərbi xidmətdən də qayıtdıqdan sonra yenə həmin evdə yaşamağa başlamışdır. Lakin, atası 2021-ci il tarixdən başlayaraq müxtəlif bəhanələr gətirərək onun həmin evdə yaşamağına imkan vermir. 2021-ci ildən o, müxtəlif yerlərdə yaşamışdır. Lakin, öz doğma evində yaşaya bilməmişdir. Qeyd edir ki, iddia ərizəsində göstərdiyi ünvan isə kirayə yaşadığı ünvandır. Yəni onun öz evi deyildir. Onun atasına məxsus olan evdən başqa yaşaya biləcəyi ikinci bir evi yoxdur. Həmçinin, onun nənəsi həmin evi alarkən həmin evi onun üçün almış və atası Elxana vəsiyyət etmişdir ki, həmin evi iddiaçının adına keçirsin. O, həmin evin sənədlərini istədikdə isə atası və ögey anası onunla mübahisə etmiş və bundan sonra atası onu evdən qovaraq bir daha həmin evə buraxmamışdır. O, ötən bu 4 il ərzində dəfələrlə evinə gedib orada yaşamaq istəsə də, atası və ögey anası ona maneə törədərək evə daxil olmağına imkan verməmişlər. Ona görə də hesab edir ki, onun hüquqları pozulduğu üçün məhkəməyə müraiət etməkdən başqa çıxış yolu qalmır. Cavabdehlərin nümayəndəsi və vəkilinin etirazı. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə müraciət edərək, ilkin olaraq etirazda göstərilənlərin nəzərə alınaraq iddia tələbinin bir daha rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, şahidlər məhkəmədə dindirilmişdi, Şərqiyyə xanımın sağlığında evin mövcud olduğu müəyyən olunmuşdu, Davudun orada yaşadığını bildirdilər. Bəzi şahidlər Davudu bəzən gördüyünü demişdi, amma bu onun orada yaşamaması demək deyil, atasının evidir, atasının yanında qalıb. Davudu vərəsə kimi mirasdan məhrum etmək istəyirlər, bu da Şərqiyyə xanımın ölümündən sonra baş verib, Şərqiyyə xanım rəhmətə gedəndən sonra Eliza xanım ora qeydiyyata düşmüşdü. Onlarda olan məlumata görə cavabdehlər evi satıb Amerikaya köçmək istəyirlər, buna görə də iddiaçı tərəf müvəqqəti təminat tədbiri barədə ərizə vermişdilər. Qeyd dir ki, onların məqsədi Davuda heç nəyin çatmamasıdır. Davuda ev aldıqlarını deyirlər, amma həmin ev yoxdur, dələduzluqla ələ keçirilib. Mülki iddia verib, pulu ala bilər və həmin pulu Davuda verə bilərlər. Davudun yaşayış yeri yoxdur, kirayədə qalır. Ata-oğul arasında böyük problem olmayıb, xırda məişət problemi olub, mənəvi cəhətdən də bu hal yaxşı deyil. Bildirir ki, Qulamirzə müəllim Davudun yay aylarında babasının yanına Lənkərana gəldiyini bildirmişdi və Şərqiyyə xanımın sağlığında deyil, onun ölümündən sonra 3-4 dəfə həmin evdə olduğunu demişdir. Nigar xanım da Davudun müəyyən müddət Lənkəranda yaşadığını demişdi. Nigar xanım davudun xalasıdır, xala kimi onun atasının evində qaldığını bilir. Bunların nəzərə alınaraq iddianın təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsini xahiş edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Ev Cavabdeh2 mülkiyyətindədir, iddiaçı da onun ailə üzvü deyil, aralarında qohumluq münasibətləri yoxdur. Çıxarış və bağışlama müqavilələri də qüvvədədir. Qarşı tərəf Davudun orada yaşadığını iddia edir, sübut kimi də üç şahidin ifadəsini təqdim edir. Nigar xanım Davudun həmin evdə yaşadığını deyir, lakin özü heç vaxt həmin evdə olmayıb. Digər şahid Qulamirzə müəllim isə zidd ifadələr vermişdi. Nigar xanım Davudun Lənkəranda yaşadığını, təhsil aldığını bildirdiyi halda, Qulamirzə müəllim Davudun heç vaxt Lənkəranda olmadığını demişdi. Mübahisəli evdə isə 2-3 dəfə olduğunu demişdi. Üçüncü şahid isə Davudun dostudur, dostu olduğuna görə Davudun xeyrinə ifadə verəcəkdir. Qeyd edir ki, onların üç şahidi daimi olaraq həmin evə gedib-gələn şəxslərdir, onlar da Davudun orada yaşayan yerdə görməyiblər. Köhnə qonşu olan şahid də nənəsinin yasında görmədiyini demişdi. O evdə yaşasaydı yasda ən aktiv o iştirak etməli idi. Doğma anası olduğu və tək övlad olduğu halda, Davudun başqa evə göndərilməsi də sübhəlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Ev Eliza xanım mülkiyyətindədir, o da öz evinə iddiaçının köçürülməsinin əleyhinədir. Mənəviyyata gəldikdə isə oğulun ata qarşısında övladlıq borcu var. Şahidlərin ifadələri. Məhkəmə iclasında Şahid6 bildirmişdir ki, o, Davudun xalasıdır. Onların Naxçıvanskidə evləri var idi, həmin evi satıb Suraxanıdakı evi aldılar. Davud da uşaq vaxtı orada yaşayırdı, məktəbə, əsgərliyə oradan getmişdi. Qeyd edir ki, ev Suraxanıda, Atəşgahın yanında yerləşir, Davud Rayona gəlirdi, Suraxanıda yaşadığını bilirdi. Şahidin bacısı tək yaşayıb. Davudun ad gününə gedirdi, o da telefonla əlaqə saxlayırdı. Xalası onlara gəlib gedirdi. Elxanın anası şahidin xalasıdır. Şahid Naxçıvanski küçəsində yaşamışdır, amma təzə evdə olmamışdır. Onlar boşananda Davud balaca idi, 1992-ci ildə anadan olub. Bacısının 4 uşağı olmuşdu, ancaq Davud sağ qaldı, Şərqiyyə xalası onun üstündə əsirdi. Davudun ana və atası 1995-ci ildə boşandılar, Davudun 3-4 yaşı var idi, boşanandan sonra onlara gəldilər. Davud 4 sinfi onların yanlarında qurtardı, Lənkəranda 1 nömrəli məktəbdə oxuyurdu. Şahidin xalası anasına dedi ki, o, Davuda arxa-dayaq olacaq. Şahidin atası 2017-ci ildə rəhmətə getdi, ondan bir az əvvəl şahidin xalası yeni ev aldığını, Davud üçün pul-qızıl saxladığını dedi. Şahidin xalası zəng vurdu, xeyir-dua verdi ki, guya Davud üçün qız almışdır. Şahid Elxana zəng vurub dedi ki, Davudun 2 anası və atası var. Elxan davudla yola getmədiyini dedi. Davudun uşaqları olacaq, bərabər yaşamaq mümkün olmayacaq, onsuz da ev Davudundur. Qeyd edir ki, Davud 13-14 yaşına qədər Lənkəranda şahidin anasıgildə qalırdı. Şahidin atası ölən ərəfə idi, Elxan Davudla yaşaya bilmədiyini dedi, həmin ərəfələrdə dava başladı. Şahidin xalası 2 ev almışdı. Birinə Züfiyyə və Davudu buraxmalarını istədilər, başqa adamın orada yaşadığını gördülər, ev əldən çıxdı. David- Elxan arasında birinci dəfə kompüteri satdığına görə, ikinci dəfə çörəyin qırağını yediyinə görə mübahisə düşmüşdü. Elxanın atası ölən ərəfələrdə Davud evdən çıxdı, xalasının yası həmin evdə keçirilmişdi. Şərqiyyə xalası öz zəhməti ilə 2 ev almışdı, başqa adamın puluna baxacaq qadın deyildi. Şərqiyyə xalası yaşadığı müddətdə Davud dünyanın xoşbəxti idi, qızılları da sonra Elizaya verdilər. Eliza qeydiyyata da Şərqiyyə xalasının ölümündən sonra düşdü. Bildirir ki, o evdə olmamışdır. Davud deyib ki, məktəbə oradan gedib. Bildirir ki, yas mərasiminə gedənlər bilər, o xalası ilə bacısını boşayıb, ev-aliment verməməsi səbəbindən qanlı düşman olmuşdur, onun yasına getməmişdir. Məhkəmə iclasında Şahid5 bildirmişdir ki, Elxanın dayısıdır. Davud sakit oğlan idi, əsgərliyə Suraxanıdakı evdən getmişdi. Şahidin rəhmətlik bacısı 8-ci km-dəki evi satıb buradan ev, bir də başqa yerdən ev almışdı. Amma sonuncu ev əldən getdi. O, vəkil tutub evi qaytarmağı təklif etmişdi, həmin evi oğlana versəydi belə problem olmazdı. Eşitdi ki, orada bacısının zəhməti olmayıb. Bacısı Davud üçün qızıl da almışdı. Qeyd edir ki, o, Lənkəranda yaşayır, valideynləri ilə bir yerdə qalırdı. Davud onlarla yaşamayıb, Bakıda dünyaya gəlmişdi. O, hərdən bura gəlirdi, Lənkəranda olmayıb, hərdən ata babasıgilə gəlirdi. Davud burada qalırdı. Elxan kompüterlə çox məşğul olduğunu deyirdi, buna görə mübahisələri olurdu, ara bir Lənkərana gəlirdi. Qeyd edir ki, özü sanatoriyada idi, 2016- 2017-ci illər idi, bacısının rəhmətə getdiyini dedilər, o da təcili gəldi. Arada 1-2 dəfə gəlmişdir. 5-6 il öncə Elxan zəng vurdu, şahid Davudu evləndirmək lazım olduğunu dedi, Elxan isə uşaqları kimin saxlayacağını dedi, şahid isə Davudun yavaş-yavaş işə cəlb ediləcəyini dedi. Evdə Davud, Elxan, onun yoldaşı və Eldar yaşayırdı. Eşitdilər ki, ata-oğul arasında söz olub, Davudu bıçaqla cıraram deyib. Davud evin sənədini istəyib deyə mübahisə düşüb. Bildirir ki, özü evə gəlirdi, amma qalmırdı. Bacısının ölümündən sonra 2-3 dəfə olmuşdur. Məhkəmə iclasında Şahid4 bildirmişdir ki, o, Davudun dostudur, onu 2006-2007-ci ildən tanıyır, məhəllədə tanış olmuşdu. Qeyd edir ki, özü A.Rzayev küçəsi, ev 104 ünvanında yaşayır. Davud Əmircandakı 226 saylı məktəbdə oxuyurdu, o da o vaxt texnikumda oxuyurdu, 8-ci km-dən ya da Neftçilərdən köçmüşdülər, son 2-3 il orada yaşamır, qalan vaxtı orada yaşayıb. Bildirir ki, o evdə olmuşdur, çıxmamışdıqdan öncə getmişdi, şəxsi əşyalarının orada olub-olmaması barədə məlumatı yoxdur, sadəcə nənəsinin ona qızıl aldığını demişdi. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, iddiaçı və cavabdeh onun dayısı nəvəsi və oğludur. Bildirir ki, o, həmin evə həmişə gedib gəlmişdir, anası rəhmətə gedəndən orada yaşamışdır, əvvəl Naxçıvanskidə yaşamışdır. Suraxanıdakı evə qonaq kimi gedib gəlmişdir. Davudu ayda 1 dəfə görürdü, təxmini 2021-ci ildə Davud mağazada işləyirdi, o ərəfələrdə görmüşdür, 2021-ci ildən sonra görməmişdir. Bildirir ki, Davud orada qalmırdı, elə olub ki, 2- 3 ay heç evə gəlməyib. Onlar boşananda şahid Rusiyada yaşamışdır, 2018-ci ildən bu yana mütəmadi olaraq evlərinə gedir. Şərqiyyə xanımın və Eldarın dəfnində iştirak etmişdir, o, onların övladları kimi olmuşdur, Elxanı da ona tapşırmışdılar. Şərqiyyə xanımın vaxtında Davud evə gəlib gedirdi. Amma tam bir gün orada olduğunu görməmişdir. Davudun o evdə əşyası olmayıb, ancaq dəyişiyi olub, xırdalıqları isə deyə bilmir. Evdə olanda gecə 5-də gəlirdi, günorta 2-də gedirdi. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, o, onların qonşularıdır, özü Naxçıvanski 79da, onlar isə 75-də qalırdı. Davudu uşaqlıqda həyətdə görürdü, sonra Suraxanıya köçdülər, nə vaxt evi satdıqlarını xatırlamır. Davudu arada Naxçıvanskidə görürdü, boşanmaları barədə məlumatı var idi, uşaq Elxanın yoldaşı-xanımın yanında qalırdı. Qeyd edir ki, Şərqiyyə xanımın yasında iştirak etmişdir, Davudu orada görməmişdir. Həftənin 2 günü orada olurdu, amma heç vaxt Davudu görmürdü. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, o, Elizanın əmisi oğludur. Həmin evə gedib gələn adamdır, 8-ci km-də yaşayırdı, təzəlikcə Yeni Suraxanıya köçmüşdür. Qeyd edir ki, Davudu evdə bəzən görürdü, elə vaxt olurdu görmürdü, 5-6 il olar ki, görmür. Axırıncı dəfə atası ilə mübahisədən 2-3 ay qabaq görmüşdü, 2021-ci il olardı, əşyalarını, çarpayısını görməmişdir. Əmi qızı-əmi oğludurlar, bir evli kimidirlər. İş materialları. Bakı şəhəri Nizami rayonu VVADQ Şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş, XVİ-ЖГ seriyalı, 480619 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (atası Cavabdeh1, anası X5) xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 491 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, onun qeydiyyat yeri olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi A. Rzayev küçəsi, ev 13 ünvanı qeyd edilmişdir. Nizami Rayon Məhkəməsinin 2-136 saylı xx.xx.2004-cü il tarixli qətnaməsi ilə əsas iddia təmin olunmamış, qarşılıqlı iddia isə təmin olunmuş, Nümayəndə Bakı səhəri, Naxçıvanski küçəsi 75 saylı evin, 25 saylı mənzilində yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 84 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli arayışdan görünür ki, X1 75 nömrəli 5 mərtəbəli evin 4-cü mərtəbəsində 29.33 kv.metr sahəsi olan 2 otaqlı 25 nömrəli mənzildə yaşayır. Nizami Rayon Məhkəməsinin 2-310-2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X10, X8 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 75, mənzil 25-də yaşayış hüqunun itirilmiş hesab edilməsi qət edilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 13A ünvanında yerləşən ümumi sahəsi 69.5 kv.m olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ev və torpaq sahəsinin ölçüsü 0.015 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla Cavabdeh2 Əhməd qızı hüquq sahibidir. Həmin mənzil və yaşayış məntəqələrinin torpaqları tam pay olmaqla Cavabdeh2 Əhməd qızının adına xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh2 Əhməd qızı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 13A ünvanında xx.xx.2018-ci il tarixindən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: Cavabdeh1. Nizami rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 002414 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Nümayəndə arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Qasımova soyadı verilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 13A ünvanında yerləşən 0,0150 ha torpaq sahəsinin və fərdi yaşayış evinin 1992-ci ildən başlayaraq hansı tarixlərdə və hansı əsaslarla kimlərin (ilkin və sonraki) adına qeydiyyata alınması barədə məlumatlar və həmin əmlakların qeydiyyata alınması üçün əsas olmuş sənədlərin surətləri (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi, dövlət reyestrindən çıxarış, vərəsəlik hüququ haqqında şəhadətnamə, daşınmaz əmlakın bağışlanması müqaviləsi) qoşmada təqdim olunmuşdur. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN- 20847H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunun 30 mart 2005-ci il tarixli 4Ə/2-326 saylı alqı-satqı müqaviləsi ilə 0.015 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 mülkiyyətinə verilmişdir. Şəhadətnaməyə həyətyanı sahənin qaiməsi və torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü, torpaq sahəsinin yerləşdiyi yerin sxemi əlavə edilmişdir. xx.xx.2005-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə/2-326 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”-nin surətindən görünür ki, satıcı X12 Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən 0.015 hektar torpaq sahəsini alıcı X4 mülkiyyətinə verir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.015 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla X8 hüquq sahibidir. Həmin yaşayış məntəqələrinin torpaqları tam pay olmaqla X4 adına xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.015 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla Cavabdeh1 hüquq sahibidir. Həmin yaşayış məntəqələrinin torpaqları tam pay olmaqla Cavabdeh1 adına xx.xx.2016-cı il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X4 vərəsəsi - Cavabdeh1 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixində X6 verilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.015 ha olan torpaq sahəsindən ibarətdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 13A ünvanında yerləşən ümumi sahəsi 69.5 kv.m olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ev və torpaq sahəsinin ölçüsü 0.015 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla Cavabdeh1 hüquq sahibidir. Həmin mənzil və yaşayış məntəqələrinin torpaqları tam pay olmaqla Cavabdeh1 adına xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. Cavabdeh1 tərəfindən Suraxanı rayonu İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, o, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin Tələblərinə uyğun olaraq məlumatlandirma icraatı qaydasında bildirmişdir ki, mülkiyyətində olan (Suraxanı ray. Əmircan qəs) ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin içərisində tikdiyi (F.Y.F-nin 1 mərtəbəli) fərdi yaşayış evi inşa etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1641 reyestr nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, hədiyyə verən – Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 13A ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.015 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən (tam hissə) hədiyyə alanın - Cavabdeh2 Əhməd qızının mülkiyyətinə verir. Nizami rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli 2-459 saylı qətnaməsi ilə Cavabdeh1 və X5 arasında bağlanılmış nikah həmin tarixdə pozulmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. Maddə 12. Mənzil hüququnun obyektləri 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir..... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının atası və anası – Cavabdeh1 və Əhmədova (Qasımova) Zülfiyyə Mirzağa qızı arasında bağlanılmış nikah xx.xx.1995-ci il tarixdə pozulmuş, qətnamədə qeyd edilməməsinə baxmayaraq, İddiaçı həmin tarixdən faktiki olaraq anası Nümayəndə ilə birlikdə yaşamışdır. İşin mübahisələndirilməyən haldır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçının nənəsi – X6 məxsus olmuş, o, nəvəsini – iddiaçını həmin torpaq sahəsi üzərində olan özbaşına tikilidə (qeydiyyat ünvanı: ünvan 4tkinlik yaşına çatmadan qeydiyyata alındırmışdır. X8 vəfat etdikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi vərəsəlik şəhadətnaməsi üzrə iddiaçının atası – iş üzrə Cavabdeh1 tam pay olmaqla miras qalmış, daha sonra həmin torpaq sahəsinin üzərində o, tikili ucaldaraq dövlət qeydiyyatına alındırmış və həmin torpaq sahəsi və evin dövlət reyestrində ünvanı “ünvan 5 qeyd edilərək xx.xx.2018-ci il tarixdə Çıxarış əldə etmişdir. Cavabdeh1 tərəfindən həmin ünvanda yerləşən ev və torpaq sahəsi 2022-ci ildə onun arvadı və ikinci cavabdeh olan – Cavabdeh2 Əhməd qızına bağışlanmışdır. Hazırda ev və torpaq sahəsi Cavabdeh2 Əhməd qızının mülkiyyətindədir. İddiaçı iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi, 13 nömrəli evə köçürülməyi, həmin mənzilə köçürülməyinə və yaşamağına Cavabdeh1 və Hacıyeva (Əhmədova) Eliza Əhməd qızı tərəfindən törədilən maneənin aradan qaldırılması və Cavabdeh1 və Haciyeva (Əhmədova) Eliza Əhməd qızından 100 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı özbaşına tikili üzrə qeydiyyata alınmış olsa da, tikili özbaşına tikili olduqdan, qanunvericiliyin tələblərinə müvafiq olaraq, yaşayış sahəsi hesab edilmirdi. Belə ki, yuxarıda qeyd olunan mənzil qanunvericiliyinə əsasən, tikilinin yaşayış sahəsi hesab edilməsi üçün o, AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilməli və vətəndaşların daimi yaşaması üçün yararlı olan müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməli idi. Bununla yanaşı, nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, iddiaçının həmin ünvanda yerləşən tikilidə qeydiyyata alınması – onun həmin tikilidən istifadə hüququnun mövcud olması demək deyildir. Həmçinin, iddiaçının nənəsinin sağlığında həmin ünvanda daimi əsaslarla yaşaması iş materialları ilə sübut edilmir. Qeyd edildiyi kimi, iddiaçının nənəsi X8 vəfat etdikdən sonra ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi iddiaçının atası - Cavabdeh1 miras olaraq keçmiş və Cavabdeh1 torpağın mülkiyyətçisi olmaqla, qanunvericiliyin tələblərinə müvafiq olaraq, evi daşınmaz əmlak kimi dövlət qeydiyyatına alındıraraq evin mülkiyyətçisi olmuşdur. Bununla da, həmin ev artıq yaşayış sahəsi kimi nəzərə alına bilər. Hazırki mübahisənin həlli üçün, Cavabdeh1 tərəfindən dövlət reyestrində rəsmiləşdirilərək yaşayış sahəsi olan evin qeydə alındığı vaxtdan İddiaçı orada atası Cavabdeh1 ilə birlikdə daimi yaşayıb yaşamamasının müəyyənləşdirilməsi vacibdir. Belə ki, iddiaçı həmin evdə atası ilə birlikdə yaşadığı və onun həmin evə istifadə hüququnun mövcud olduğu təqdirdə, bu zaman o, AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından, həmin evə köçürülmə ilə bağlı tələb irəli sürməkdə haqlı ola bilərdi. Lakin, iddiaçının həmin evdə daimi yaşaması iş materialları və iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla sübut edilməmişdir. Belə ki, işə şahid qismində cəlb edilərək dindirilən şahidlərin ifadələri arasında ziddiyətlər mövcud olmuş və uyğunsuzluq yaranmışdır. Nəticədə, iddiaçının həmin ünvanda atası ilə birlikdə daimi yaşamasını şahid ifadələri və digər mötəbər sübutlarla (qaz, işıq və ya digər kommunal ödənişlərin iddiaçı tərəfindən ödənilməsinə dair qəbzlər və s. təqdim edilmədikdən, yəni yaşayış sahəsi ilə bağlı vəzifələrin icrasını təsdiq edən sübutlar) müəyyən etmək mümkün olmamışdır. Beləliklə, “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 13A” ünvanı dövlət reyestrində qeydiyyata alındığı vaxtdan – xx.xx.2018-ci il tarixdən iddiaçının həmin ünvanda yerləşən evdə yaşaması iş materialları və şahid ifadələri ilə sübuta yetirilməmişdir. İddiaçının mübahisəli evə istifadə hüququ olmadığından, onun həmin evə köçürülməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda, iddia tələbi bu hissədə əsassızdır. Bundan başqa, qeyd edildiyi kimi, ünvan 6 ünvanında yerləşən ev və torpaq sahəsi bağışlama müqaviləsi əsasında Cavabdeh2 Əhməd qızına bağışlanılmış, hazırda da onun mülkiyyətindədir. İddiaçı ünvan 7 ünvanında yerləşən evdən istifadə hüququ müəyyən edilmədikdən, həmin ev Cavabdeh2 Əhməd qızına, üzərində hər hansı bir yüklülük olmadan bağışlanılmışdır. Bu səbəbdən, iddiaçının Cavabdeh2 Əhməd qızından həmin evə köçürülməsini tələb etməklə bağlı subyektiv hüququ olmamışdır. İddia tələbinin – iddaçının həmin mənzilə köçürülməyinə və yaşamağına Cavabdeh1 və Cavabdeh2 Əhməd qızı tərəfindən törədilən maneənin aradan qaldırılması hissəsində məhkəmə qeyd edir ki, idiaçının evdən istifadə hüququnun olmadığı halda, həmin evdə yaşamasına (evdən istifadə etməsinə) maneənin aradan qaldırılmasına dair iddia tələbi də əsassızdır. Tələbin Cavabdeh1 və Cavabdeh2 Əhməd qızından 100 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddia tələbi yuxarıda qeyd edilən hissədə təmin edilmədikdən, bu hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “onun Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi, 13 nömrəli evə köçürülməyi, həmin mənzilə köçürülməyinə və yaşamağına Cavabdeh1 və Hacıyeva (Əhmədova) Eliza Əhməd qızı tərəfindən törədilən maneənin aradan qaldırılması və Cavabdeh1 və Haciyeva (Əhmədova) Eliza Əhməd qızından 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddiaçı “onun Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi, 13 nömrəli evə köçürülməyi, həmin mənzilə köçürülməyinə və yaşamağına Cavabdeh1 və Hacıyeva (Əhmədova) Eliza Əhməd qızı tərəfindən törədilən maneənin aradan qaldırılması və Cavabdeh1 və Haciyeva (Əhmədova) Eliza Əhməd qızından 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi”-nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar