Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1763/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası və miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları X1 miras əmlak kimi qoyduğu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 11 saylı evin 201 saylı mənzilinin onun tərəfindən qəbul edilinəsi müddətinin gecikdirilməsinin üzürlü sayılaraq uzadılmasına, miras əmlakın 1/8 hissəsinə onun payının, qalan hissədə Cavabdeh payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə 08 iyul 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına iddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə gəlmiş, Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsini qaytarmaqla mülki işin baxılmamış saxlanılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılıb, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası və miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası və miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1763/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1763/2022
08.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver