Məhkəmə qərarları › İş №2(010)-1800/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-1800/2024

06.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1800/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi. *.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 20**-ci il tarixli, *99646 №-li və 7577,26 manat məbləğində ona məlum olmayan, iştirakı olmadan tərtib edilmiş aktlar etibarsız hesab edilməsi və əsassız hesablanmış *9500 (on doqquz min beş yüz manat) borcun atası Ağabəy Dərdayıl oğlunun **05002060d00 saylı abonent kodundan sılınməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Daha sonra İddiaçı ərizə təqdim edərək, iddia tələbini dəqiqləşdirərək *9733,72 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.*952-ci il tarixində Suraxanı rayonu, Bülbülə qəsəbəsində anadan olmuşdur. Suraxanı rayonu 226 saylı orta məktəbdə fizika fənni üzrə müəllimə işləmiş və yaş həddi ilə əlaqədar olaraq pensiyaya çıxmışdır. Yaşadığı ev atası *989-cu ildə vəfat edən Ağabəy Dərdayıl oğluna məxsusdur. 20**-ci ildə sayğacda qısa qapanma nəticəsində yanğın baş vermiş və bu barədə Bakı Elektrik Şəbəkəsinə məlumat verilmişdir. Bakı Elektrik Şəbəkəsinin əməkdaşları gələrək yanmış sayğacı *99646 saylı akt tərtib edərək aparmışlar. Qeyd olunan akt digər aktlar kimi saxta və qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, 20**-ci il tarixli *99646 saylı olan qanunsuz akt hal-şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, sayğac yanaraq tam ərimiş vəziyyətdə olmuş və *989-cu ildə vəfat etmiş atasının iştirak etməsi və imzalaması göstərilmişdir. Digər hansı ki, 7577,26 manat qeyd edilmiş aktlar hansı qaydada və kimin iştirakı ilə yazılması bu günə kimi ona məlum olmamışdır. Bundan əlavə qeyd etmək istəyir ki, 20**-ci il tarixində yanaraq tam ərimiş olan sayğac elə bir vəziyyətdə olmuşdur ki, həmin sayğacın oxunması mümkün olmadığı halda Bakı Elektrik Şəbəkəsinin əməkdaşları sayğacın göstəricilərini akta qeyd etmişdirlər. 20**-ci il tarixindən 2023-cü ilin sentyabr ayına kimi, yəni yeni sayğac quraşdırılana kimi sayğac olmaya-olmaya necə və hansı qaydada *9500 manat borcun yarana bilməsini indiyə qədər X4 tam olaraq izah edə bilməmiş və bununla ələqadar olaraq məhkəməyə müraciət etməsini bildirmişdir. Yeni sayğacın quraşdırılması üçün dəfələrlə X3 müraciət etsə də, 2023-cü ilin sentyabr ayında iştirakı olmadan sayğac quraşdırılmış və həmin gün elektrik enerjisinin verilməsi dayandırılmışdır. Elektrik enerji verilişinin nə üçün dayandırılmasının səbəbini soruşduqda bildirdilər ki, Elektrik enerjisindən istifadəyə görə *9500 (on doqquz min beş yüz manat) borc (cərimə) ödənildikdən sonra elektrik enerjisinin verilişi bərpa ediləcək. Bildirmək istəyir ki, qeyd etdiyi elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun ləğv edilməsinə dair Rayon Elektrik Şəbəkəsinə müraciət etmiş və *2 il ərzində sayğacın olmadığı halda *9500 manat borcun və cərimənin necə yarandığını, hansı qaydada hesablandığını izah etmələrini tələb etdikdə qeyd olunan borcun yalnız məhkəmə qərarı əsasında ləğv edə və borcu silə biləcəklərini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Onu da bildirmək istəyir ki, elektrik xəttinin çəkildiyi vaxtdan elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtlı-vaxtında ödənilmiş, tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər-hansı xətt çəkilməklə şəbəkəyə qoşulma kimi hallar olmamışdır. Ona görə də Qanunvericilikdə qeyd olunan hallar onun tərəfindən pozulmamış, cavabdeh tərəf isə həmin qaydaları kobudcasına pozmuşdur. Qanunvericiliyə əasasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi ilə bağlı aktların tərtib olunarkən aktın mötəbərliyini, istehlakçıların hüquq və mənafelərinin müdafiəsini lazımınca təmin etmək və burada vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadəsinə şərait yaradan subyektiv halların qarşısının alınması üçün işdə marağı olmayan kənar şəxslərin, yəni hal şahidlərinin iştirakının təmin olunması vacibdir kı buna da əməl olunmamışdır.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. İddiaçı ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.

6. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

İş materialları.

7.Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağabəy Dərdail oğlu 27 avqust *989-cu ildə ölmüşdür.

8. Abunə Haqqında bildirişdən görünür ki, Ağabəy Dərdail oğlunun adına quraşdırılmış **05002060D0000 saylı abonent kodu üzrə sayğaca görə *9733,72 manat borc yazılmışdır. 9."xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş məişət abonenti (əhali) istehlakçıları qrupu haqqında 3*6559 saylı akta əsasən baxış keçirilən zaman aşkar olmuş nöqsanlarla bağlı qeyd olunmuşdur ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac ərimişdir xətt birbaşa qoşulmuşdur. Xətdən axan yük ampermaşa vasitəsilə ölçüldü. *0.Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.*952-ci ildə doğulmuşdur, anası Bəyim Oğuz qızı və atası Ağabəy Dərdayıl oğludur. **. Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi *-ci döngə, *4 nömrəli evdə qeydiyyatdadır. *2. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş məişət abonenti (əhali) istehlakçıları qrupu haqqında *99646 saylı akta əsasən baxış keçirilən zaman aşkar olmuş nöqsanlarla bağlı qeyd olunmuşdur ki, sayğacın alt hissəsində alışma olub və sayğacın alt hissəsi əriyib. Sayğac əriyib yararsız vəziyyətə düşüb.

İşin faktiki halları.

*3. Mənzilə dair abonent kodu Ağabəy Dərdayıl oğlunun adına verilmiş və o 27 avqust *989-cu ildə ölmüşdür. Həmin ünvanda yerləşən evə quraşdırılmış sayğaca görə yaranmış borc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əvvəl fəaliyyət göstərən "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə, yəni 200*-ci ildən 20*5-ci il aralığında yaranmış borcdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş məişət abonenti (əhali) istehlakçıları qrupu haqqında *99646 saylı akta əsasən baxış keçirilən zaman aşkar olmuş nöqsanlarla bağlı qeyd olunmuşdur ki, sayğacın alt hissəsində alışma olub və sayğacın alt hissəsi ərimiş və sayğac əriyib yararsız vəziyyətə düşmüşdür. Abonentdən tələb olunan digər borcun isə hansı səbəbdən yaranması barədə məhkəmə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə sorğu verilməsinə baxmayaraq, hər hansı sübut təqdim olunmamışdır.

*4.Tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.*. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

*5.“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *8 saylı qərarı

4. X* Rejimləri və Əsas Şərtləri 4.*. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

8. Elektrik Enerjisindən (X5) X2 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü * ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.7. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,0* faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır.

*6. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

*7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 238. Qiyabi icraatın əsasları 238.*. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 24*. Qiyabi icraat qaydası 24*.*. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra *0 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

*8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.*.2. iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda - 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;

Məhkəmənin mövqeyi.

*9. İşin faktiki hallarından görünür ki, mənzilə dair abonent kodu Ağabəy Dərdayıl oğlunun adına verilmiş və o 27 avqust *989-cu ildə ölmüşdür. Hazırkı iddiaçı Ağabəy Dərdayıl oğlunun qızıdır və həmin mənzildə yaşayır. Həmin ünvanda yerləşən evə quraşdırılmış sayğaca görə yaranmış borc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əvvəl fəaliyyət göstərən "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə, yəni 200*-ci ildən 20*5-ci il aralığında yaranmış borcdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş məişət abonenti (əhali) istehlakçıları qrupu haqqında *99646 saylı akta əsasən baxış keçirilən zaman aşkar olmuş nöqsanlarla bağlı qeyd olunmuşdur ki, sayğacın alt hissəsində alışma olub və sayğacın alt hissəsi əriyib. Sayğac əriyib yararsız vəziyyətə düşüb. Abonentdən tələb olunan digər borcun isə hansı səbəbdən yaranması barədə məhkəmə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə sorğu verilməsinə baxmayaraq, hər hansı sübut təqdim olunmamışdır.

20. Məhkəmə qeyd edir ki, iddiaçının elektrik enerjisindən istifadə etməklə borcun yaranmasında təqsirli olmasını sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2 və 77.*-ci maddələri). 2*. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

22. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2, 2*7.3 və 2*7.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

23. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, abonent saldosuna əsasən cavabdeh təşkilat borcun yarandığını iddia edərək bununla bağlı sübut təqdim etmədən iddiaçıdan özündən əvvəlki qurumlara olan 200*-ci ildən 20*5-ci il aralığında yaranmış borcu tələb edir. Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş məişət abonenti (əhali) istehlakçıları qrupu haqqında *99646 saylı akta əsasən baxış keçirilən zaman aşkar olmuş nöqsanlarla bağlı qeyd olunmuşdur ki, sayğacın alt hissəsində alışma olub və sayğacın alt hissəsi ərimiş və sayğac yararsız vəziyyətə düşmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıdan əsassız və qanunsuz pul tələb etmişdir.

24. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin olunmalı və abonentin hərəkət cədvəlinə əsasən "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə yaranmış və ümumilikdə *9733.72 manat təşkil edən borc abonentin saldosundan silinməlidir.

Məhkəmə xərcləri.

25. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan *49,20 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi *-ci döngə, *4 nömrəli ünvanda Ağabəy Dərdayıl oğlundan tələb olunan (abonent kodu **05002060D0000) elektrik enerjisindən istifadə nəticəsində artıq hesablanmış *9733,72 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi *-ci döngə, *4 nömrəli evdə Ağabəy Dərdayıl oğlundan tələb olunan (abonent kodu **05002060D0000) elektrik enerjisindən istifadə nəticəsində hesablanmış *9733,72 (on doqquz min yeddi yüz otuz üç manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən *49,20 (yüz qırx doqquz manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnamədən rəsi qaydada aldıqdan sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar