Məhkəmə qərarları › İş №2(010)-1838/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1838/2022

20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1838/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İdarəsi tərəfindən ünvan 1 ünvanda (abonent kodu **********00222) təbii qaza görə əsassız hesablanmış 597,64 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, ev 26, mənzil 22B-də ailəsi ilə yaşayır. Cavabdeh iddiaçının yaşadığı ünvandakı ev təbii qazla təmin edirdi, istehlak edilmiş təbii qazın uçotu sayğacla aparılır. Qaz sayğacı xx.xx.2021-ci ildə vəfat etmiş X1nun adına idi, 2022-ci ilin mart ayında iddiaçı öz adına keçirmişdir. Həmin qaz sayğacı bizim yaşadığımız evə verilən qazın sərfiyyatının uçotunu aparırdı. Evə qazın verilməsi dayandığı üçün mən bunun səbəbini öyrənmək üçün Cavabdeh İB-nə müraciət etmiş və oradan ona bildirilmişdir ki, borc vardır, odur ki, borc ödənilənə qədər qaz verilməyəcəkdir. Evdə 3 azyaşlı uşağın olmasını, qış aylarında evin qızdırılmasının qazsız mümkün olmamasını nəzərə alaraq iddiaçı xx.xx.2022-ci ildə yazılmış borcun 200 manatını ödəməyə məcbur olmuş və bu barədə ərizə də yazmışdır. Lakin iddiaçı ödənişi məcburiyyət qarşısında qalaraq etmiş və ərizəni də imzalamışdır ki, qaz verilişi bərpa edilsin. Belə ki, əks təqdirdə evdəki azyaşlı 3 körpə uşaq soyuqdan donaraq xəstələnəcəkdilər. Odur ki, edilmiş ödənişi və həmin ərizəni borcun etirafı kimi qəbul edilməməsini xahiş etmişdir. Abonentin saldosu adlı sənədi cavabdehdən alan zaman görmüşdür ki, borc akt əsasında hesablanmışdır. Həmin aktın verilməsi üçün müraciət etdikdə ona ******* nömrəli aktın kserosurəti təqdim edilmişdir. İddiaçı həmin aktla tanış olduqda görmüşdür ki, akt guya onun atası X3 iştirakı ilə tərtib edilmişdir, o guya həmin akta imza etməkdən imtina etmişdir və guya aktın bir nüsxəsini almışdır. Aktın tərtib edilmə tarixi xx.xx.2021-ci il olmuşdur. X1 isə aktın tərtib edildiyi tarixdən 5 ay əvvəl, xx.xx.2021-ci ildə vəfat etmişdir, bu barədə 175943 nömrəli “Ölüm haqqında şəhadətnamə” vardır. Atası vəfat etdikdən sonra yas mərasimini verib evdən çıxmış, 2022-ci ilin fevral ayında oraya köçmüşdür. İddiaçının X1 vəfat etdikdən 5 ay sonra aktın tərtib edilməsində necə iştirak edə bilərdi, o akta necə imza etməkdən imtina edə bilərdi, iddiaçıya maraqlıdır ki, cavabdehin əməkdaşları vəfat etmiş şəxsə aktı necə təqdim ediblər. Belə bir absurd akt əsasında 432 manat borc hesablanmışdır. Ümumi borc isə 597,64 manat təşkil edir, 432 manat çıxıldıqdan sonra qalan məbləğin nəyin əsasında hesablanmağı da ona məlum deyildir. Qaz sayğacı iddiaçının evində və ya iddiaçının həyətində yerləşdirilməmişdir. Qaz sayğaca aidiyyəti qaydada nəzarət etmək cavabdeh tərəfin vəzifəsidir. İddiaçı iddia tələbini müdafiə edərək, izahatında təmin olunmasını xahiş etmişdir. İddiaçı izahatında bildirdi ki, hesablanmış borcun ödəcəyini məcburən ona görə öhdəsinə götürmüşdür ki, körpə uşaqları yaşadığı evə qaz versinlər. Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı klapan bağlı olanda qazdan istifadə etmişdir. Qüsur ondan ibarətdir ki, şəxs pul yükləməmiş qazdan istifadə etmişdir. Element yuvasına müdaxilə barədə çəkiliş hal şahidinin iştirakı ilə olmamışdır. Mütəmadi ödənişlər olurdu. İddiaçı borcun etirafı barədə akta qol çəkib. Məhkəməyə bu barədə saldo da təqdim etmişlər. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibmə dəymiş ziyana görə məsuliyyət daşıyır. İş üzrə Azərbaycan Metrologiya İnstitutunun və Azəriqaz İB-nin metrologiya Departamentinin təsdiq etmiş olduğu xx.xx.2021-ci il tarixli, MSK-29/1710- 04276-1 saylı aktdan da göründüyü kimi **********2 saylı Smart tipli sayğacın element yuvasının qapağının ıtrafmda kənar təsir izi mövcuddur və element yuvası sınıq olması, klapan bağlı olması, qazm keçməsi müqəyyən edilmişdir, müdaxilə nəticəsndə qaz itkisi yaranmışdır. "Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə" "Azəriqaz" İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimata əsasən yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmiş ******* saylı, xx.xx.2021-ci il tarixli Akta əsasən dəymiş ziyan 432.00 manat manat dəyərində hesablanmış və saldoya daxil edilmişdir. 2020-ci ilin iyun aylnda 3 manat ödəniş edilmişdir, 6 ay ərzində fasiləsiz olaraq ödəniş etmədən 2020-ci ilin dekabr ayına qədər ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bu isə ünvanda iddiaçının ünvanında qaz qurğularına müfaxilə olunmasının yanakı sübutlarından biridir. xx.xx.2021-ci il tarixdə **********08 saylı mexanika tipli sayğac quraşdırılmışdır. Həmin sayğac 2022-ci ilin mart ayının 5-nə qədər istifadədə olmuşdur. 2022-ci ilin yanvar aymadək 135.80 manat sərfiyyat qeyd edilmişdir. 38.40 manat - limitdən artıq istifadəyə görə hesablanmış borc. 10 manat ödəniş edilmişdir. (120.80 manat +15 manat + 38.40 manat) +432.00 manat = 606.20 manat; 606.20 -10 = 596.20 manat. xx.xx.2022-ci il tarixdə **********537 saylı Smart sayğac quraşdırılan zaman hüquqi varis İddiaçı ərizə ilə müraciət edərək borcla tanış olduğunu, 200.00 manat borcdan ödəniş etdikdən sonra yerdə qalan 397.64 manat hissəsinin qəbul edərək hissə-hissə ödəyəcəyini öhdəsinə götürdüyünü, abonent hesabının onun adına qeydiyyata alınmasını xahiş etmişdir. MPM-nin 106.3.-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi etirazının əsaslandırdığı faktları iddiaçı etiraf etmişdir. Hətta iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra belə iddiaçı 2022-ci ilin aprel ayında etiraf etmiş olduğu borcundan 5 manat ödəniş həyata keçirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı (İHN: **********00222) “Azəriqaz “ İB-yə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-c il tarixdə verdiyi ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.2021-ci ildə ölmüşdür. İddiaçı Cavabdeh İB-nə ünvanladığı ərizəsindən görünür ki, o, 597,64 manat borc ilə tanış olmuş, borcundan 200 manat ödədikdən sonra qalan 397,64 manat borcu qəbul edir və həmin qaz sərfiyyatının real istifadəçisidir. Ödəyici kimi maddi durumunu nəzərə alaraq, hesablanmış borcunun müəyyən müddət ərzində hissə-hissə ödənilməsini öz öhdəsinə götürmüşdür, Qeyd etdiklərinin öhdəliyini öz imzası ilə təsdiq edir. Yazdıqlarını nəzərə alaraq qazın alqı-satqısı barədə müqavilənin bağlanılmasını və qaz hesab kodunun öz adına keçirilməsi, kartın aktiv olunması üçün köməklik göstərməsini xahiş etmişdir. 0324923 saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD–nin Suraxanı rayon üzrə qrup rəhbərinin və mühəndisin iştirakı ilə İddiaçı xx.xx.2021-ci il tarixli akt və MSK -2911710-104276-1 saylı laboratoriyaya əsasən sayğacın LCD ekranında informasiya əks olunmur, klapan bağlıdır, qaz keçir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Suraxanı rayonu, Əmircan-T.Bayram ev 6 mənzil 22B –də aşkar edilmiş nöqsan: Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021ci il tarixli 29/1710-04276-1 №-li Aktına əsasən G-4 markalı **********2 №li sayğacın klapanı bağlıdır qaz keçmir. LCD ekranda CNECKİNG FİLE SYSTEM əks olunur. Element yuvasının qapağının ətrafında kənar təsir izi mövcuddur və element yuvası sınıqdır. İddiaçının 06/2020- 03/2022 tarixlərini əhatə edən saldosundan görünür ki, onun 2021-ci ilin noyabr ayına akta əsasən borcu 432,00 manat olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 432 manat məbləğində borc hesablanmışdır, iddiaçının tələbi isə akta əsasən hesablanmış 597,64 manat məbləğində borcun silinməsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda-yolda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca birtərəfli qaydada baxış keçirilmiş və baxış keçirilən zaman şahidlərin iştirakı təmin olunmamış, habelə abonent həmin aktın tərtibində iştirak etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir. Bütün bu ziddiyyətlər isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. İddiaçı akta əsasən hesablanmış 597,64 manat məbləğində borcun silinməsini tələb etsə də, məhkəmə müəyyən edir ki, sözügedən akt əsasında iddiaçıya 432 manat məbləğində borc hesablanmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı yaşadığı ünvan 2 ünvanında (abonent kodu:**********00222) akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 2 ünvanda (abonent kodu:**********00222) akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar