Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1842/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 Rüfət oğlunun, cavabdeh X4 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X5 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən 1678 saylı bağ evinin 19 saylı notariat ofisində 21 noyabr 2019-cu il tarixdə bağlanmış 4Ə-487 nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin - bağ evinin tikilisinin cavabdeh X5, bağ evinin 0,05 ha (5sot) ölçülü torpaq sahəsinin Cavabdeh2 satılması ilə bağlı müqavilə əqdinin etibarsız hesab edilməsinə dair 21 noyabr 2019-cu il tarixli 4Ə-487 nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1678 saylı bağ evimlə bağlı daşınmaz əmlakın dövlət reyestrində cavabdehlər X9 və Cavabdeh2 adlarına aparılmış qeydiyyatın - bağ evinin tikilisi ilə bağlı X9 adına və bağ evinin torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatın ləğv edilərək dövlət reyestrindən çıxarılmasına və dövlət reyestrindən X4 adına verilmiş **********00-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 25.11.2019 qeydiyyat tarixli elektron Çıxarışın ləğv edilməsinə dair, cavabdeh X9 evdən çıxarılmasına və evin sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1678 saylı bağ evi üzərində daşınmaz əmlakın dövlət reyestrində hər hansı reyestr/qeydiyyat əməliyyatı aparılmasına qadağan qoyulmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 19 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh X2 doğma bacısıdır. Ataları X6 13.11.2017-ci il tarixdə vəfat etmişdir. Atasından miras qalmış əmlakla bağlı bacısı ilə onun arasında əmlak mübahisəsi yaranmışdır. Belə ki, onunla Cavabdeh1 atalarının Krasnodarda və Hövsanda evi olub. Atası vəfat etdikdən sonra aralarında razılığa gəliblər ki, Krasnodarda olan ev ona, Hövsandakı ev isə Olgaya qalacaq. O, Hövsandakı evin Olgaya verilməsi barədə etibarnamə vermişdir. Bir müddət sonra isə problem yaranmış, məlum olmuşdur ki, Olga Krasnodarda olan evdə onun ailəsinin istifadə hüquqlarına xitam verdirib, evi isə özgəninkiləşdirib. O, istifadə hüququna xitam verilməsini 2019-cu ili dekabr ayında etibarnaməni ləğv etdirmək istəyəndə öyrənmişdir. Bu səbəbdən iddia müddəti ötürülməmişdir. Cavabdehin vəkili onların kommunal xərclərini ödəməyidiyi və buna görə də yaranmış borc ilə əlaqədar olaraq Olganın onların istifadə hüquqlarına xitam verdirdiyini bildirsə də, bu yalnış məlumatdır. Belə ki, o, hər zaman kommunal xərcləri ödəmişdir və bu barədə çekləri də mövcuddur. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 Rüfət oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh X9 iddiaçının doğma bacısıdır, Rusiya vətəndaşıdır. Onlar bir bacı, bir qardaş olmuşlar. Bacısı 1970-ci ildə, İqor isə xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. X10 Sergeyevna 2002-ci il tarixdə, ataları X6 isə 13.11.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 onun dayısı qızıdır, Azərbaycan vətəndaşıdır. Cavabdeh3 isə onun oğludur, o da Azərbaycan vətəndaşıdır. Valideynlərindən miras qalmış əmlakla bağlı bacısı ilə onun arasında əmlak mübahisəsi yaranmışdır və bu mübahisə mülki hüquqları ilə əlaqəlidir, əmlak xarakterlidir. İddiaçı ilə Cavabdeh1 atalarının Krasnodarda və Hövsanda evi olub. Atası vəfat etdikdən sonra aralarında razılığa gəliblər ki, Krasnodarda olan ev İqora, Hövsandakı ev isə Olgaya qalacaq. İqor Hövsandakı evin Olgaya verilməsi barədə etibarnamə vermişdir. Bir müddət sonra isə problem yaranmış, məlum olmuşdur ki, Olga Krasnodarda olan evdə onun ailəsinin istifadə hüquqlarına xtam verdirib, evi isə özgəninkiləşdirib. İddiaçı istifadə hüququna xitam verilməsini 2019-cu ili dekabr ayında etibarnaməni ləğv etdirmək istəyəndə öyrənmişdir. Bu səbəbdən iddia müddəti ötürülməmişdir. Həmçinin, təqdim etdiyi məhkəmə qətnaməsindən də görünür ki, qətnamə qiyabi formada çıxarılmış və onların xəbəri olmamışdır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbinin dəlilləri əsassızdır və həmin ərizə yalnız iddiaçının təfəkkürünün uydurmasına uyğun olaraq tərtib edilmişdir. Belə ki, İddiaçı və Cavabdeh1 mərhum atasından iki miras ev qalmışdır. Bir evi iddiaçı sataraq satışdan əldə olunmuş pul məbləğini tüfeyli həyat tərzi sürməklə xərcləmişdir. Hazırki mübahisələndirilən ev və torpaq sahəsi isə cavabdehə hələ atasının sağlığında verilmişdir. Lakin, cavabdeh xarici ölkənin vətəndaşı olduğu üçün Azərbaycan Respublikasına gələ bilməmiş və həmin vaxtı əmlakla bağlı sənədləşmə işləri iddiaçının adına aparılmışdır və onların arasında bu əmlaklarla bağlı heç bir razılaşma mövcud olmamışdır. Bundan əlavə, cavabdehlər Cavabdeh1 tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçı tərəfindən cavabdehə 27.11.2018-ci il tarixdə etibarnamə verilmiş və cavabdeh əqdi həmin etibarnamə əsasında bağlamışdır. İddiaçı 27.11.2018-ci il tarixdə etibarnamə verilmiş etibarnaməni şəxsən imzalamış, onun məzmunundan xəbəri olmuş, əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olmuş və cavabdehdə iddiaçının iradə ifadəsinə uyğun hərəkətlər etmişdir. Bundan əlavə, iddiaçının vəkili tərəfindən təqdim olunmuş qətnamələrə münasibət bildirərək qeyd etdi ki, İqorun keçmiş həyat yoldaşı və uşağı Krasnodardakı evdə qaldıqları zaman heç bir kommunal xərcləri ödəmirdilər. Bununla bağlı olaraq Olga sərhəddən keçmək istəyən zaman kommunal borcu olduğu üçün sərhəd məntəqəsindən buraxılmamış və bundan sonra onların istifadə hüquqlarına xitam verdirmişdir. Bundan əlavə, hazırki iş üzrə iddia müddəti də keçmişdir. Belə ki, etibarnamə 2018-ci ildə verilməsinə baxmayaraq, 3 il müddət ərzində iddiaçı tərəfdən heç bir hərəkət edilməmiş və yalnız bu müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 23.11.2017-ci il tarixdə X9 tərəfindən ünvan 1 ünvanlanmış ərizədən görünür ki, X9 atası X1 miras qalmış əmlakdan ona düşəcək vərəsəlik payını qəbul etmir. Adının vərəsəlik şəhadətnaməsində göstərilməsini istəmir. Ona düşəcək vərəsəlik payından qardaşı X7 xeyrinə imtina edir. Bu barədə gələcəkdə heç bir iddia qaldırmayacaqdır, məhkəməyə müraciət etməyəcəkdir. 03.07.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13.11.2017-ci il tarixdə ölmüş X3 vərəsəsi İddiaçı - Bakı, Hövsan qəs., 1681 saylı bağ evi və miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 14/02/2017 tarixdə X6-ə verilmiş **********00-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Kondisioner" b/y-nın bağ evi 1678 ünvanında yerləşən ümumi sahəsi 105.7 kv/m olan bağ evi və ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 14/02/2017 tarixdə X6-ə verilmiş **********00-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Kondisioner" b/y-nın bağ evi 1678 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 06.08.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabının 14352 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı ilə X11 arasında bağlanmış 21.11.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evini X8 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evi xüsusi mülkiyyət hüququ üzrə X4, torpaq sahəsi isə Cavabdeh2 adına 25.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. 20.11.2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evinə dair yüklülük və məhdudiyyət haqqında arayışı (Forma 1), Forma 2 almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya (girova) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar edir. Səlahiyyətləri ötürmüş - X11, etibar edilən – Cavabdeh3. Etibarnamə 4 il 7 gün müddətinə, 27.11.2023-cü il tarixinədək verilmişdir. 19.02.2021-ci il tarixdə İddiaçı tərəfindən ünvan 3 ünvanlanmış ərizədən görünür ki, 27.11.2018 tarixdə ünvan 4ya Federasiyası Vətəndaşı X8, reyestrdə 7E-21098 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. 22.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunn zaman 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qeyd edilmiş maddi hüquq normalarının təhlili göstərir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Belə ki, əqdlər təmsilçi vasitəsilə o zaman bağlanıla bilər ki, tərəfin təmsilçiyə verdiyi etibarnamə (vəkalət) hüquqi qüvvəyə malik olsun və həmin təmsilçi etibar edənin adından əqdlər bağlayarkən etibar edən tərəfin iradə ifadəsini müqavilənin qarşı tərəfinə bildirməyə səlahiyyətli olsun. Etibarnamə əsasında iradə ifadəsinin ötürülməsini yalnız iki hal istisna edir: 1. Etibarnamənin özünün etibar edənin iradəsinə zidd olaraq əldə edilməsi və ya onun etibarlılığını şübhə altına almağa imkan verən digər halların mövcud olması; 2. Etibarnamənin onunla verilmiş səlahiyyətin icrasından daha əvvəl ləğv edilməsi. Etibarnamənin hüquqi qüvvəsinin olmaması etibar edilən şəxsin etibar edən şəxsin adından hərəkət etmək hüququnu istisna edir. Hüquqi qüvvəsi xətm edilmiş etibarnamə hər hansı hüquqi nəticə yarada bilməz. İkitərəfli əqdin bağlanması zamanı tərəflərdən ən azı birinin təmsilçisinin etibarnaməsi üzrə səlahiyyətlərinə xitam verilmişsə həmin müqavilənin bağlanması üçün müqavilə tərəflərinin razılaşdırılmış iradə ifadəsinin müəyyən edilməsi mümkünsüzdür. Çünki müqavilə tərəfi müqavilənin bağlanması anında şəxsən iştirak etmədiyi halda, səlahiyyətsiz təmsilçi (etibarnamə üzrə səlahiyyətlərinə xitam verilmiş təmsilçi) həmin müqavilə tərəfinin iradə ifadəsini digər tərəfə bildirə bilməz. Onun buna səlahiyyəti yoxdur. Hazırkı işdə əsasında bağışlama müqavilələrinin bağlandığı etibarnamənin etibarsız hesab etmək üçün, obyektiv halların heç biri mövcud deyil. Ona görə də, onun əsasında aparılmış bağışlama əməliyyatı etibarlı hesab edilməlidir. Bağışlama müqaviləsinin şərtlə bağlanmasına, yəni, cavabdehin ona bağışlanan ev müqabilində Rusiya Federeasiyasında sonuncuya məxsus evdə yaşayan iddiaçının ailə üzvlərinin həmin mənzildən istifadəsinin davam etdirilməsi ilə şərtləşdirilməsinə münasibət bildirən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən bu hal öz təsdiqini tapmadığından, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən, bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda, müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il qərarında da qeyd edilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Daşınmaz əmlakla bağlı bağışlama müqaviləsinin hər bir halda yazılı olması olması tələbi eyni zamanda hədiyyə verənin hər hansı şərtinin də həmin müqavilədə yazılı əks olunmasını tələb edir. Göründüyü kimi, bağışlama müqaviləsində onun şərtlə bağlanması ilə bağlı hər hansı qeyd yoxdur. İddiaçı belə şərtin tərəflər arasında şifahi şəkildə razılaşdırıldığını qeyd edirsə, deməli bu hissədə həmin halı təsdiq etmək üçün sübut etmə yükü onun üzərinə düşür. Müqavilə etibarnamə əsasında bağlandığından, aydın məsələdir ki, iddiaçı orada həmin şərti qeyd edə bilməzdi. Eyni zamanda, cavabdeh də, həmin şərti özünə qarşı müqaviləyə daxil etməkdə maraqlı olmaya bilərdi. Lakin, belə bir etibarnamə verəndə iddiaçı əvvəldən bilə bilərdi və ya bilməli idi ki, cavabdeh həmin şərti müqaviləyə daxil etməyəcək. Qeyd edilənlər iddiaçının üzərinə belə bir şərtin ümumiyyətlə razılaşdırılması ilə bağlı təkzibedilməz sübuta(sübutlara) istinad etmək öhdəliyi qoyur. Halbuki, iddiaçı bu halla bağlı heç bir sübut təqdim etməyib. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı, iddiasının əsasını təşkil edən halları sübut edə bilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1842/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1842/2021
20.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver