Məhkəmə qərarları › İş №2(010)-1852/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1852/2022

06.04.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1852/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 qızının, Ərizəçi iştirakları ilə, Ərizəçi “mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi “mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-002113 nömrəli, 28 sentyabr 2021-ci il tarixli barışıq sazişinin təstiq edilməsi, X2 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 25 yanvar 2015-ci il tarixdə X4 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan X7 anadan olmuşdur. 2021 -ci ilin sentyabrında X4 nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment tələbi ilə bağlı Mediasiya şurasına müraciət etmişdir. 28 sentyabr 2021-ci il tarixdə İ.Hacıyevə ilə mediasiya sessiyasında barışıq sazişi imzalamışlar. Həmin sazişin 2.5-ci bəndində İlhamə Hacıyevə 01.12.2021-ci il tarixə qədər onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvandan pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Lakin bugünə qədər öhdəlik icra edilməmişdir. X4 bugünə qədər qeyd etdiyim ünvandan pasport qeydiyyatından çıxmamaqla barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 11.11.2021 -ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 28.09.2021-ci il tarixli, 2021-002113 №-li mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi və Maraqlı şəxs tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan 28.12.2016cı il təvəllüdlü X3 anası Maraqlı şəxs yanında qalması, həmin uşağın saxlanması üçün Ərizəçi Maraqlı şəxs xeyrinə hər ay 175 manat aliment tutulması və alimentin tutulmasınını saziş bağlandığı andan hesablanması, Maraqlı şəxs Ərizəçi məxsus olan və ünvan 2 ünvanında yerləşən mənzildən cehiz əmlakların çıxarılması və 01.12.2021-ci il tarixə qədər öz ərizəsi ilə pasport qeydiyyatdan çıxması, eləcə də birgə nikahdan doğulmuş X3 hər həftənin cümə günü saat 19:00-dan şənbə günü də qalmaq şərti ilə bazar günü saat 19:00-dək atası Ərizəçi yanında qalması, həmin uşağın doğum günündə (doğum gününü qeyd etmək üçün) günün birinci yarısını anası, ikinci yarısında isə atasının yanında qalması, bayram günlərin qeyri-iş günlərində uşaqla ünsiyyətin bərabər şəkildə bölünməsi barədə razılığa gəlmişlər. Həmin sazişin 2.9-cu bəndi ilə tərəflər razılaşmışlar ki, saziş könüllü icra edilmədiyi tədqirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 11.11.2021-ci il tarixli, iş № e-2(010)-5765/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında 25 yanvar 2015-ci ildə 2 saylı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 203 №-si ilə qeyd edilmiş nikah pozulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 fevral 2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayış”dan görünür ki, Maraqlı şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 11.11.2021-ci il tarixli, iş № e-2(010)-5765/2021 saylı qətnaməsi ilə, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah pozulmuşdur. Hazırda Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya qaydasında barışıq sazişi bağlanmış və Həmin sazişin 2.5-ci bəndində İlhamə Hacıyevə 01.12.2021-ci il tarixə qədər onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvandan pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Ərizəçi qeyd edilən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə mülki işin hallarını əlavə edilmiş sənədlərlə birgə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 fevral 2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayış”ı ilə təsdiq olunur ki, Maraqlı şəxs “mediasiya qaydasında bağlanmış barışıq sazişi ilə üzərinə götürmüş olduğu ərizəçi Ərizəçi məxsus olan ünvan 1 ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxmasına dair öhdəliyini könüllü olaraq icra etməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 28.09.2021-ci il tarixli N- 2021-002113 saylı Barışıq Sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 28.09.2021-ci il tarixdə N-2021-002113 saylı Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar