Məhkəmə qərarları › İş №2(010)-1877/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1877/2022

29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1877/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2ndə yerləşən 38 saylı evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un atası X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X17 onun atasıdır. Bakı şəhəri, Orconikidze rayonu, (indiki Suraxanı) Bül-Bülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən 38 saylı ev atasına məxsus olmuşdur. Həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” tərtib edilmiş, həmin pasportda atasının adı səhvən Ağasəf, yəni X3 göstərilmişdir. Onlar bu sənəddə olan səhvə heç bir zaman diqqət yetirməmiş, lakin qeyd edilən əmlaka dair vərəsəlik işi açılan zaman Texniki pasportda bu səhv barədə məlumatıları olmuşdur. Belə ki, onun atası 08 oktyabr 1975-ci ildə ölmüşdür. O, atasına məxsus əmlakı faktiki olaraq miras kimi qəbul etmiş, lakin həmin əmlakı rəsmi qaydada qəbul etmək üçün notariat orqanına ərizə verdikdə isə Bakı şəhəri 24 saylı notariat ofisi 12 mart 2022-ci il tarixli məktubu ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, onun doğum haqqında şəhadətnaməsində atasının adının Asəf yazıldığı halda, texniki pasportda Ağasəf kimi qeyd edilmişdir. Belə ki, atasının adının X17 olması onun doğum haqqında şəhadətnaməsində və atasının ölüm haqqında şəhadətnaməsi ilə öz təsdiqini tapır. Atasının adının səhv göstərildiyi Bül-Bülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən 38 saylı evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un məhz onun atası X10 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən 38 saylı evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da atasının adı X3 göstərilmişdir, halbuki, həmin ev onun atası X10 məxsusdur. O, qeyd edilən faktın müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyinə görə Suraxanı rayon məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri 24 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 12.03.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, X17 vəfat etmiş və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. Həmin sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, təqdim etdiyi əmlakın texniki pasportunda atasının adı Ağasəf onun doğum haqqında şəhadətnamədə ata qrafası Asəf qeyd edildiyi üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Bununla bağlı hüquqi faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan AZ-İİ №235532 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 20.12.1988-ci ildə ölmüşdür. İş materiallarında olan İ-ЖГ №357072 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 08.10.1975-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ №355047 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 02.07.2007-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ №175731 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 30.03.2021-ci ildə ölmüşdür. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda ev sahibinin adı, soyadı və atasının adı soyadı “X13” kimi qeyd edilmişdir. İş materiallarında olan AЗБ №140910 saylı doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 20.10.1963-cü tarixdə anadan olmuş, atası X17, anası X1r. İş materiallarında olan AЗБ №140909 saylı doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 10.03.1962-ci il tarixdə anadan olmuş, atası X17, anası X1r. İş materiallarında olan AЗБ №140906 saylı doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 17.02.1957-ci tarixdə anadan olmuş, atası X17, anası X1r. İş materiallarında olan AЗБ №140907 saylı doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1959-cu tarixdə anadan olmuş, atası X17, anası X1r. İş materiallarında olan İ-ЖГ 274026 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1959-cu il tarixdə anadan olmuş X5 atası hesab olunmuşdur. İş materiallarında olan İ-ЖГ 274025 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X17 17.02.1957-ci il tarixdə anadan olmuş X2 atası hesab olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un 08.10.1975-ci ildə ölmüş X10 məxsus olması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 6 ünvanına dair “X24 oqlu” adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un 08.10.1975-ci ildə ölmüş “X25” oğluna məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar