Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1878/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (maraqlı şəxs Quba Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi) “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (maraqlı şəxs Quba Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi) “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. *5.07.2025-ci il tarixdə İddiaçı ərizəsi məhkəməyə daxil olmuş və o, həmin ərizədə 2(0*0)-*878/2025 saylı mülki iş üzrə tərəflərin razılıq əldə etməsini bildirərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin *5.07.2025-ci il tarixində keçirdiyi iclasında tərəflər iştirak etməmişlər. Məhkəmə iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.**-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı hazırki iş üzrə verdiyi iddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə ərizə təqdim etdiyindən məhkəmə həmin iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası MPM-nin **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş *05 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş *05 (bir yüz beş) manat məbləğində pul vəsaiti İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər *0 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1878/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1878/2025
15.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver