Məhkəmə qərarları › İş №2(010)-1879/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1879/2023

07.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1879/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X** qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları: *. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri və qızı X6 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 28 ünvamndakı evdə birlikdə yaşayırlar. *4.06.2004-cü il təvəllüdlü qızı X6 uşaqlıqdan xəstədir, ikinci dərəcəli əlildir, qulluq və müalicə tələb edən davranış pozuntusundan əziyyət çəkir, diaqnozu orta dərəcəli əqli gerilik, nitq qüsuru, davranış pozuntularıdır. Əmək qabiliyyətsizdir. Ona əlillik müddətsiz verilmişdir. Qızına o baxır, belə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, tək harasa çıxmağa icazə vermir, çünki o, evdən çıxdıqda itə bilər, qızının öz fikirlərini izah etmək qabiliyyəti yoxdur. Ümumiyyətlə, özü-özünü idarə etmək qabiliyyətinə malik deyildir. Hətta evin qapısını da açıq qoymaq mümkün deyildir ki, çıxıb itə bilər. Onun gigiyena məsələlərini də o həll edir, habelə geyiminə və qidalanmağına nəzarət edir. O, *4.06.2004-cü il təvəllüdlü qızı X6 üzərində qəyyum təyin olunması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən ona xx.xx.2023-cü il tarixli məktubu ilə qızının “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı” məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Yuxarıda göstərilənlərə əsasən, qızı X3 psixi qüsurlarına görə məhkəmə qətnaməsinə əsasən “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” və onun üzərində onun (ərizəçi) qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi.

2. *4.06.2004-cü il təvəllüdlü qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizəsində yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 məhkəmə iclasında ərizəyə dair mülahizələrini məhkəmənin öhdəsinə verdiyini bildirdi.

İş materialları.

5. AA3008654 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 *4.06.2004-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur.

6. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*976-cı il tarixdə anadan olmuşdur.

7. AZ İ seriyalı 977624 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 *4.06.2004-cü il tarixdə doğulmuşdur. X*, anası Ərizəçidır.

8. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti, RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyinin məqsədəuyğunluğu izah edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, *4.06.2004-cü il təvəllüdlü X6 İİ dərəcə əlildir, diaqnozu: orta dərəcəli əqli gerilik, nitq qüsuru, davranış pozuntularıdır. Əmək qabiliyyətsizdir. *0. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli *43* saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar - körpəlikdən psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X2 müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, təfəkkürünün primitivliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, iradı sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 ağır dərəcəli əqli gerilik aşkar olunur. X4 qeyd olunan xəstəlik anadangəlmə olub əqli inkişafın geriliyi ilə xarakterizə olunur. X4 qeyd olunan əqli gerilik ağır dərəcədə təzahür edir. X6 hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 hazırkı psixi vəziyyətinə görə məhkəmə iclasında iş üzrə izahat vermək iqtidarına malik deyil.

Tətbiq edilən hüquq.

**. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

*2. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 3*7.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Maddə 3*7.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi.

*3. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. *4. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, *4.06.2004-cü il təvəllüdlü X6 İİ dərəcə əlildir, diaqnozu: orta dərəcəli əqli gerilik, nitq qüsuru, davranış pozuntularıdır. əmək qabiliyyətsizdir. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli *43* saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar - körpəlikdən psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X2 müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, təfəkkürünün primitivliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, iradıı sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. *5. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. *6. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X6 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.

Məhkəmə xərcləri.

*7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. *8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə. *9. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Ərizəçi qızı *4.06.2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

Ərizə təmin edilsin. *4.06.2004-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar