Məhkəmə qərarları › İş №2(010)-188/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-188/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-188/2020 18.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) x3, Cavabdeh2 nümayəndəsi və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və «xxxxxxxxx” MTK-ya qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 34480 manat məbləğində maddi ziyanın, 20000 manat mənəvi ziyanın, ”xxxxxxxxx” MTK-dan 5000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) x7 iddia ərizəsinə əlavə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28380 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyanın, ”xxxxxxxxx” MTK-dan 10000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onunla “xxxxxxxxx” MTK arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbə ümumi sahəsi 68 kv.m olan 1 otaqlı 182 saylı mənzilə dair 09.08.2016cı il tarixli müqavilə bağanmışdır. Həmin müqavilə ilə bağlı ona 17.08.2016-ci il tarixli arayış verilərək, borcunun olmaması bildirilmişdir. O, mənzili təmirsiz vəziyyətdə almışdır. Daha sonra o, həmin mənzilin bütün otaqlarını təmir etdirərək giriş qapısını dəyişərək yeni qapı ilə əvəz etmişdir. O, öz şəxsi vəsaiti hesabına mənzilə su xətti, işıq sistemi çəkdirmiş, kanalizasiya sistemini qoşdurmuşdur.O, mənzili tam təmir etdirdikdən sonra isə mətbəx mebelini alıb quraşdırmışdır. O, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzilə qonaq dəsti mebeli, yataq dəsti mebeli, kondisioner, paltaryuyan maşın, soyuducu və yumşaq mebel dəsti almışdır. O, Astara rayonunda qaldığı üçün həmin mənzildə yaşamayıb. Oğlu x10 isə Bakı şəhərində tələbə olduğundan, tək qalmaması üçün qohumlarına məxsus evdəyaşamışdır. Lakin oğlu bir neçə aydan bir mənzili yoxlamaq üçün binaya gedib mənziləbaxmışdır. Bir gün oğlu x10ona zəng vuraraq bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzildə bir ailə yaşayır və həmin ailə iddia edir ki, mənzil onlara məxsusdur. O, Bakıya gələrək bu məsələ ilə maraqlanmağa başlamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ona bildiriblər ki, mənzili “xxxxxxxxx” MTK ondan əvvəl başqa bir müqavilə ilə onlara satmış,və onlar həmin mənzilə görə “xxxxxxxxx” MTK-ya ödəniş etmişlər.O, “xxxxxxxxx” MTK-nın rəhbərliyinə bu barədə məlumat vermişdir. “xxxxxxxxx” MTK ona bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzili ondan əvvəl Cavabdeh1 və Cavabdeh2 17000 manata təmirsiz vəziyyətdəsatdığı üçün məhkəmə qərarı ilə icra məmurları qapını məcburi açıb Cavabdeh1 və Cavabdeh2 həmin mənzili təhvil vermişdir. O, cavabdehlərə həmin mənzilin təmiri üçün xərc çəkdiyini və mənzili əşyalarla təmin etdiyini bildirsə də, cavabdehlər buna məhəl qoymamışlar. O, ailəsinin təminatı üçün aldığı mənzillə bağlı “xxxxxxxxx” MTK-nın səhlənkarlığı nəticəsində, digər cavabdehlərin isə mənzil üçün aldığı yeni əşyalardan istifadə etməsi ilə maddi və mənəvi ziyan çəkmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 artıq 1 ildir ki onun aldığı mebel və məişət əşyalarından istifadə edib yararsız vəziyyətə gətiriblər. Həmin əşyaların dəyərinin ödənilməsini tələb etsədə, heç bir əhəmiyyəti olmamışdır. Cavabdeh1 və Cavabdeh2 yeni alınmış və istifadə olumamamış əşyaları qanunsuz olaraq mənimsəyib istifadə etmişlər. Həmçinin həmin mənzilin təmiri üçün çəkdiyi xərcləri belə ödəməkdən yayınırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu hərəkətləri ilə o, maddi ziyan çəkmişdir. Belə ki, o, 1 ədəd paltaryuyan maşın - 1200 manat, 1 ədəd soyuducu - 1500 manat, mətbəx mebeli-1000 manat, 1 ədəd qonaq dəsti mebeli -1800 manat,1 ədəd yataq dəsti mebeli -1100 manat, 1 ədəd kondisioner - 1800 manat, 1 ədəd yumşaq mebel dəsti 600 manata almış və kanalizasiya xəttinin çəkilməsi üçün 950 manat, işıq sisteminin yığılması üçün 870 manat, su xəttinin çəkilməsi üçün 760 manat, evin ümumi təmiri üçün 25800 manat, ümumi 34480 manatməbləğində xərc çəkmişdir. Hesab edir ki, cavabdehlərin təqsiri ucbatından ona həm də mənəvi ziyan dəymişdir. Buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduğu maddi ziyana görə 28380 manat məbləğində maddi ziyanın, mənəvi ziyana görə 1000 manat pulun tutulması ilə bağlı iddia irəli sürmək zərurəti yaranmışdır.Həmçinin ona bu zərərin dəyməsində “xxxxxxxxx” MTKnın rəhbərliyinin də rolu vardır. Belə ki, Cavabdeh2 ilə ”xxxxxxxxxx” MTK arasında müqavilə olduğu halda MTK həmin mənzili onasatır, nəticədə o, maddi ziyan çəkmişdir. Bu səbəbdən də “xxxxxxxxx” MTK-ya qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia irəli sürmək zərurəti yaranmışdır.Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçıvə onun nümayəndəsi (vəkili) x7 iddiaçının izahatına uyğun izahat verərək bildirmişdir ki, iddiaçı ilə “xxxxxxxxx” MTK arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbə ümumi sahəsi 68 kv.m olan 1 otaqlı 182 saylı mənzilin alqısatqısına dair 09.08.2016-cı il tarixli müqavilə bağanmışdır. Alqı-satqıdan sonra iddiaçı həmin mənzili öz hesabına təmir etdirərək, mənzilə mebellər almışdır. Lakin iddiaçı həmin mənzildə yaşamamışdır. İddiaçının oğlu isə Bakı şəhərində qohumunun evində qaldığından tez-tez mənzilə gəlib getmişdir. Lakin bir gün mənzilə baxmağa gələndə iddiaçıya məxsus mənzildə başqalarının yaşadığını görmüşdür. İddiaçı məsələ ilə bağlı «xxxxxxxxx” MTK-ya narazılığını bildirsə də, məlum olmuşdur ki, “xxxxxxxxx” MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzili iş üzrə digər cavabdehlərə satdığından məhkəmə qərarı ilə icra məmurları qapını məcburi açıb Cavabdeh1 və Cavabdeh2 həmin mənzili təhvil vermişdir. Lakin cavabdehlər iddiaçının mənzil üçün çəkdiyi xərcləri, alınmış mebel və məişət əşyalarının dəyərini ödəməkdən yayınmışlar. Sonradan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məişət əşyalarını və mebelləri iddiaçıya qaytarsa da, mənzilin təmiri üçün çəkilən xərcləri ödəməkdən yayınırlar. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Cavabdeh1məhkəmə iclasında iddia tələbini qəbul etməyərəkizahatındagöstərdiki, O, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzili 16.02.2010-cu ildə bacısı Cavabdeh2 almışdır. Həmin mənzilin dəyəri onun tərəfindən kooperativə hissə-hissə ödənilmişdir. Onun «xxxxxxxxx” MTK-ya 3500 manat məbləğində borcu olmuşdur. O həmin məbləği ödəmək və mənzildə təmir işlərinə başlamaq istəsə də, “xxxxxxxxx” MTK əsassız olaraq həmin məbləği qəbul etməkdən imtina etmişdir. Sonradan ona məlum olmuşdur ki, “xxxxxxxxx” MTK rəhbərliyi 20.02.2013-cü ildə onu kooperativ üzvlüyündən azad etmişlər. Bundan sonra o məhkəməyə müraciət etmiş və nəticədə ona məxsus evi geri qaytarmışlar. O qeyd olunan mənzilə icra məmurlarının iştirakı ilə daxil olmuşdur. O, hal-hazırda həmin mənzildə yaşayır. İddiaçı mənzilin təmirini “xxxxxxxxx” MTK-nın rəhbərliyinin günahı ucbatından etmiş və evin bütün lahiyəsini dəyişdirmişdir. İddiaçı həmin mənzildə etdiyi bütün təmir-tikinti işlərini sökə bilər. Hal-hazırda iddiaçıya məxsus bütün məişət əşyaları və mebellər onun özünə qaytarılmışdır. İddiaçının tələb etdiyi pul vəsaiti onlardan deyil, “xxxxxxxxx” MTK-dən tutulmalıdır.Odurki, məhkəmədəniddianın ona və Cavabdeh2 aid hissəsində rədd olunmasınıxahişetmişdir. Digər cavabdeh “xxxxxxxxx” MTK-yaməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, “xxxxxxxxx” MTK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə “xxxxxxxxx” MTK-nın nümayəndəsininiştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarınıdinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxxxxxxx” MTK-nın sədr əvəzi x11 ilə x8 arasında bağlanmış 09.08.2016-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, x2 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasında ümumi sahəsi 68 kv.m olan 1 otaqlı 182 saylı mənzil x4 adına keçirilmişdir. Mənzilin ümumi dəyəri 44000 manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş mənzilin addan-ada keçirilməsi və ünvan barədə 17.08.2016-cı il tarixli arayışdan görünür ki, x2 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzil 09.08.2016-cı il tarixdə x4 adına keçirilmişdir. Mənzil x5 məxsusdur və onun “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativinə borcu yoxdur. İş materiallarında olan 21.09.2018-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın kserosurətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9550/2017 saylı, 08.06.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 10.09.2018-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzilin qapısı icra məmurunun iştirakı ilə açılaraq Cavabdeh2 nümayəndəsi Cavabdeh1 təhvil verilmişdir. Mənzilin qapısı açılan zaman müəyyən olunmuşdur ki, mənzildə yaşayış yoxdur, lakin mənzil təmirlidir və əşyalar ilə təmin olunmuşdur. Mənzilin içərisindən olan mebellər və məişət əşyaları siyahiya alınmış və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 saxlanması üçün təhvil verilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh “xxxxxxxxx” MTK-nə qarşı “mənzilin qaytarılması” tələbinə dair iddiasının rədd edilmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs x1 Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək Cavabdeh2 ilə “xxxxxxxxx” MTK arasında bağlanmış 41 saylı 16.02.2010-cu il tarixli müqavilənin ləğv edilməsi barədə 20.02.2013-cü il tarixli 02 saylı əmr qanuni və əsaslı hesab edilməsi, 41 saylı 16.02.2010-cu il tarixli müqavilənin qüvvədən düşmüş hesab edilməsi, Cavabdeh2 tərəfindən «xxxxxxxxx” MTK-ya ödənilmiş 16500 manat məbləğində vəsait Cavabdeh2 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.11.2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh2 iddia tələblərinin təmin edilməsi, “xxxxxxxxx” MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının 1 otaqlı 68 kv.metrdən ibarət 182 saylı mənzilinə dair bağlanmış 41 saylı, 16.02.2010-cu il tarixli müqavilənin ləğv edilməsi barədə “xxxxxxxxx” MTK tərəfindən çıxarılmış 20.02.2013-cü il tarixli, 02 nömrəli əmrin etibarsız hesab edilməsi, cavabdeh “xxxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının 1 otaqlı 68 kv.metrdən ibarət 182 saylı mənzili ilə bağlı Cavabdeh2 ilə “xxxxxxxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış 41 saylı, 16.02.2010-cu il tarixli müqavilə üzrə qalıq 3500 manat vəsait qəbul edilməklə, həmin mənzilin Cavabdeh2 təhvil verilməsi “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, həmin mənzildə təmir işlərinin aparılmasına hər hansı maneçilik törədilməsi cavabdeh “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə qadağan edilməsi, 30 manat dövlət rüsumu cavabdeh “xxxxxxxxx” Mənzil Tikinti Kooperativindən tutularaq, iddiaçı Cavabdeh2 ödənilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs x1 iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.05.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, cavabdeh “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmil edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 07.11.2017-ci il tarixli, 2(103)- 9550/2017 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20.09.2019-cu il tarixli qərardı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşunaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 05.05.2020-ci il tarixli 27073 saylı rəyindən müəyyən olunur ki, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış massivi İİİ-giriş, 6 mərtəbə, 182 saylı mənzildə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 10540,0 manat məbləğində dəyəri müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6.-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7.-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8.-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25.10.2012-ci il tarixli qərarında qeyd olunur ki,Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (MM-nin 21.1-21.3-cü mad.) Mülki qanunvericiliyin məzmunundan göründüyü kimi, vicdanlı sahibin ayrılması mümkün olmayan əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırma üçün çəkdiyi məsrəflərinin əvəzinin ödənilməsini əsassız varlanmış cavabdehdən tələb etməsi hüququna malik olması müəyyən edilmişdir. Yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamış və yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olmasına zərurət yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə “xxxxxxxxx” MTK arasında Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış massivi İİİ-giriş, 6 mərtəbə, 182 saylı mənzilin İddiaçı adına keçirilməsinə dair 09.08.2016-cı il tarixli müqavilə bağanmışdır.“xxxxxxxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən x2 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzil 09.08.2016-cı il tarixdə x4 adına keçirilməsi, mənzilin x5 məxsus olması və iddiaçının “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativinə borcunun olmaması barədə 17.08.2016-cı il tarixli arayış verilmişdir. İddiaçı mənzili aldıqdan sonra öz hesabına təmir etdirərək, mənzilə mebel və məişət əşyaları almışdır. İddiaçı həmin mənzildə yaşamamış, lakin sonradan iddiaçıya məlum olmuşdur ki, ona məxsus mənzildə iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. İddiaçı məsələ ilə bağlı «xxxxxxxxx” MTK-ya narazılığını bildirsə də, məlum olmuşdur ki, “xxxxxxxxx” MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzili iş üzrə digər cavabdehlərə satdığından məhkəmə qərarı ilə icra məmurları tərəfindən qapı açılaraq həmin mənzili təmirli formada içərisində iddiaçıya məxsus əşyalarla birlikdəCavabdeh2 nümayəndəsi Cavabdeh1 təhvil verilmişdir.Hazırkı iş üzrə iddiaçı x8 mənzildə aparılmış təmir tikinti işlərinin dəyərini cavabdehlərdən tələb etsə də, lakin cavabdehlər iddiaçının mənzil üçün çəkdiyi xərcləri ödəməkdən yayınmışlar. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28380 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyanın, ”xxxxxxxxx” MTK-dan 10000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 05.05.2020-ci il tarixli 27073 saylı rəyi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış massivi İİİ-giriş, 6 mərtəbə, 182 saylı mənzildə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 10540,0 manat məbləğində dəyəri müəyyən olunmuşdur. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28380 manat məbləğində maddi ziyanın tutulması hissəsində belə qənaətə gəlir ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış massivi İİİ-giriş, 6 mərtəbə, 182 saylı mənzili Cavabdeh2 məxsus olduğundan iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh sahibliyində və istifadəsində olan mənzilə lazımi qaydada nəzarət etmədiyindən, mənzilin yerləşdiyi binada fəaliyyət göstərən “xxxxxxxxx” MTK tərəfindən Cavabdeh2 məxsus olan mənzil iddiaçıya satılmış və İddiaçı həmin mənzildə təmir işləri aparmaqla bu işlərə öz vəsaitini sərf etmiş, cavabdeh isə heç hüquqi əsası olmadan, yəni əsassız varlanmaqla təmir xərclərini iddiaçıya verməkdən imtina etməkdə haqsızdır. İddiaçının mənəvi zərərin əvəzi kimi 1000 manat tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və x6 Haqqında Konvensiya”nın müddəaları və x13 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Məhkəmə iddia tələbinin ”xxxxxxxxx” MTK-dan 10 000 manat mənəvi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, məhkəməyə heç bir tutarlı və mötəbər olan rəsmi sübut təqdim olunmamışdır. Odur ki, məhkəmə iddianın həmin hissədə təmin olunmaması qənaətinə gəlir və hesab edir ki, həmin hissədə də iddia təmin edilməməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, ekspert rəyi nəzərə alınaraq Cavabdeh2 mənzildə aparılmış təmir-tikinti xərcləri10540 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 10540 (on min beş yüz qırx) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh2alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar