Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1901/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs AR İN-i yanında ƏMDX-i DƏDK-ı və Reyestri Publik Hüquqi Şəxsi * Saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs AR İN-i yanında ƏMDX-i DƏDK-ı və Reyestri Publik Hüquqi Şəxsi * Saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 04 sentyabr *982-ci ildə rəhmətə getmiş mərhum atası X* vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda qeyd olunan texniki pasportun və digər hüquq müəyyənedici sənədlərin X2 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşmə verərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un Ərizəçi mərhum atası X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum atası X4 04 sentyabr *982-ci ildə rəhmətə gedib. Mirasın faktiki qəbulu ilə əlaqədar olaraq Bakı şəhəri *0 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi 24.**.2023-cü il tarixli məktubla cavabdehə müraciət edərək əmlaka dair arayış verilməsini xahiş etmişdir. Cavabdeh aşağıdakı məzmunda cavab vermişdir: "...-ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların mərhum X2 məxsus olması barədə arayışın verilməsi ilə bağlı 2330*49090 nömrəli, 07.*2.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Təqdim olunmuş sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X4” qeyd olunsa da, texniki pasportda hüquq sahibi “X6” kimi göstərilmişdir, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərilərək bildiririk ki, qeyd olunan iradlar aradan qaldırılacağı təqdirdə müraciətinizə yenidən qanuna müvafiq qaydada baxılacaqdır." Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, atasının adı səhv yazılıb. Bununla bağlı kifayət qədər sənəd təqdim etmişdir. Bütün sənədlərdə adı Məmmədağa yazılmışdır. Təkcə texniki pasportda səhv yazılıb. Maraqlı şəxs AR İN-i yanında ƏMDX-i DƏDK-ı və Reyestri Publik Hüquqi Şəxsi * Saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs2 və Maraqlı şəxs3 etirazlar daxil olmamışdır. Şahidlərin izahatları Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ərizəçinin atasının əsl adı Məmmədağadır. Sadəcə onlar ona Məmməd əmi demişdirlər. Onlarla hasar qonşudurlar. Atası ilə qonşu olmuşdur, hazırda oğulları ilə qonşudur. Uşaqlarının adı Fizuli, Musa, Mayıs, Xalid, Elşaddır. Elşad Şuşada rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, şəxsin atasının adı Məmmədağa olmuşdur. Onlarda Məmməd əmi deyirdilər. Qonşudurlar deyə əsl adını bilirlər. Sadəcə qısa çağırırdılar. 4 oğlan, * qız idilər. Qız balaca olanda rəhmətə getmişdir. * oğul da itkin düşdü. Xalid, Musa, Mayıs qalıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ərizəçinin atasının adının təsdiqi ilə bağlı gəlmişdir. Yan qonşudurlar, 2 qapı ötə yaşayırlar. Atasını tanımışdır, Məmməd əmi adıyla çağırmışlar, amma əsl adı Məmmədağa idi.* qızı var idi, rəhmətə gedib. 5 oğlu da var idi. İş materialları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri *0 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququ şəxsinin * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 24.**.2023-cü il tarixli, 445 nömrəli məktubdan görünür ki, Bakı şəhəri *0 saylı notariat ofisində qanun üzrə vərəsəsi, ünvan 1 ünvanında qeydiyyatda olanlar- Ərizəçi (Ş/V AZE 0*******, SURAXANİ RPİ,FİN xxxxxxx), Maraqlı şəxs2(Ş/V, AZE, 0******* SURAXANİ RPİ, FİN xxxxxxx ), Maraqlı şəxs3 (Ş/V AZE, AA******* ,FİN xxxxxxx) müraciəti, miras qoyanla qohumluq əlaqəsinin təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 08.08.*982-ci ildə ölmüş - X* mirası üzrə vərəsəlik işi açılmışdır. Miras qoyanın miras əmlakına, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, ölmüş X2 məxsus əmlaka dair arayış verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Ərizəçi ünvanlanmış 29.0*.2024-cü il tarixli cavab məktubdan görünür ki, şəxsin 07.*2.2023-cü il tarixli ərizəsinə baxılmış, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığı, təqdim olunmuş sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcud olması səbəbləri əsas götürülərək, qeyd olunan iradlar aradan qaldırılacağı təqdirdə müraciətə yenidən baxılmasının mümkünlüyü qeyd olunmuşdur. Bakı şəhəri Orconokidze rayonu VVAQ bürosu tərəfindən *6.**.*942-ci il tarixdə verilmiş, 628232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (ata X7, ana Qasımova Xanım) 3* may *927-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09.06.*927-ci il tarixdə *03 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Orconokidze rayonu VVAQ bürosu tərəfindən 04.09.*982-ci il tarixdə verilmiş İİ-JQ seriyalı, 362039 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08.08.*982-ci il tarixdə Bakı şəhəri, Orconokidze rayonunda ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.09.*982-ci il tarixdə 407 nömrə ilə qeyd edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, Bakı şəhəri, Ordjonikidze rayonu, Əmircan qəsəbəsi, Kommunist küçəsi ev 33-də yerləşən ev sahibinin adı “Cафаралиева Нана Ханум кызы и Касумов Мамед Али оглы” (“X5 ”) kimi qeyd edilmişdir. Həmin sənədin “kartoçka” hissəsində tərtibetmə tarixi kimi 09 oktyabr *96*-ci il tarixi göstərilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.... *3. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi Bakı şəhəri, Ordjonikidze rayonu, Əmircan qəsəbəsi, Kommunist küçəsində yerləşən ev 33-ə dair “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un mərhum atası X2 məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, mərhum atasının adı Məmmədağa olduğu halda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da “Mamed” kimi yazılmışdır. Ərizəçi tərəfindən qeyd edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasporta əsasən qeyd edilən əmlak üzərində vərəsəlik hüququnun sənədləşdirilməsi üçün Bakı şəhəri *0 saylı Notariat Ofisinə müraciət edilmiş, lakin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportda mərhum atasının adının düz gəlməməsi səbəbindən onun müraciətinin təmin edilməsindən yazılı imtina edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi mərhum atasının doğum haqqında şəhadətnaməsində adı “Məmməd Ağa” kimi və 04.09.*982-ci il tarixli ölüm haqqında şəhadətnamədə də ərizəçinin mərhum atasının adı “Məmmədağa” kimi göstərilmişdir. “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” SSRİ dövründə verildiyindən və bəlli olan üzrlü səbəblərdən ərizəçi səhvin dəyişdirilməsi üçün həmin orqanlara müraciət edə bilməyib. Lakin, pasportda ərizəçinin mərhum atasının bütün məlumatları onun digər sənədləri ilə eynilik təşkil edir – soyad, ata adı, ünvan. Qeyd edilməlidir ki, ərizəçi hal-hazırda da həmin ünvanda qeydiyyatdadır. Bununla da, məhkəmə hesab edir ki, “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da texniki səhv nəticəsində “Məmmədağa” adı əvəzinə “Mamed” adı yazılmışdır. Şahid ifadələrindən də göründüyü kimi, şahidlər Ərizəçi mərhum atası ilə həmin ünvanda qonşu olmuş və onu mərhum atasının oğlu kimi tanımışdır. Bu hal əsas verir ki, “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da texniki səhvin baş verməsi müəyyən edilsin. Belə ki, iş materiallarından və şahid ifadələrindən görünür ki, “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un Ərizəçi mərhum atası X2 məxsus olması faktı iş materialları ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da “Касумов Мамед Али оглы” (“X5 ”) adının “X4” olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un Ərizəçi mərhum atası X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva