Məhkəmə qərarları › İş №2(010)-1926/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1926/2024

30.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1926/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarma və kirayə haqqının ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin sökülməsi, cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin əvəzinə yeni tikiləcək binadan ümumi sahəsi 126 m2 olan 1 ədəd mənzilin cavabdehin xüsusi mülkiyyətinə verilməsi, yeni mənzillər inşa edilənədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh hər ay 400 manat kirayə haqqı ödənilməsi, Cavabdeh və onunla birlikdə həmin ünvanda yaşayan şəxslərin 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən özbaşına tikilidən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh qarşı iddia tələbi ilə müraciət edilmişdir. İddia ilə müraciət edərkən tələb cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin əvəzinə yeni tikiləcək binadan ümumi sahəsi 126 m2 olan 1 ədəd mənzilin cavabdehin xüsusi mülkiyyətinə verilməsi ilə bağlı olmuşdur. Hazırda isə iddia ərizəsinə dəqiqləşdirilmələrin edilməsi zəruridir. Belə ki, hazırkı iddia tələbində cavabdehə yeni veriləcək mənzilin hansı mərtəbədə, blokda yerləşməsi və neçə otaqdan ibarət olması aydın şəkildə öz əksini tapır. Yekunda iddia tələbi ondan ibarətdir ki, cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin əvəzinə veriləcək mənzillər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsində tikilən binadan verilsin. 1 – Ümumi sahəsi 77 m2 olan mənzil – 4B blokunda yerləşməklə 2 otaqdan ibarət olsun, 2-ci mərtəbədə yerləşsin; 2. Ümumi sahəsi 50.9 m2 olan mənzil – 4B blokunda yerləşməklə 1 otaqdan ibarət olsun, 2-ci mərtəbədə yerləşsin. Odur ki, məhkəmədən Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin əvəzinə veriləcək mənzillərin (1 – Ümumi sahəsi 77 m2 olan mənzil – 4B blokunda yerləşməklə 2 otaqdan ibarət olsun, 2-ci mərtəbədə yerləşsin;

2. Ümumi sahəsi 50.9 m2 olan mənzil – 4B blokunda yerləşməklə 1 otaqdan ibarət olsun, 2-ci mərtəbədə yerləşsin) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsində tikilən binadan verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə aralarında aparılan danışıqlar nəticəsində ilkin razılıq əldə olunduğundan hazırkı iddianın baxılmamış saxlanılması zərurəti yaranmışdır. Odur ki, məhkəmədən Cavabdeh qarşı verilmiş iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında razılıq əldə edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmədən aralarında olan razılaşmanı nəzərə alaraq, mülki iş üzrə hazırlıq iclasının onların iştirak olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarı Bənd 2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin qaytarılması barədə ərizə təmin edilməli və iddia ərizəsi iş materialları ilə birgə geri qaytarılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-170.3, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar