Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1928/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi və lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, müqavil üzrə borcun ödənilməsi və lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , xx/xx/0084 saylı, xx xxxxxxx 2016-cı il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 335.28 manat, cərimə üzrə 200 manat, cəmi 535.28 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi və lizinq obyekti sayılan, dəyəri 2,600.00 manat olan iddiaçıya məxsus 1 ədəd 2016-cı il buraxılışı olan MAKTERM 26 kVt markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 84 ədəd radiator 8x9, 8x50, 7 ədəd radiator asqı seti, 14 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 20 ədəd xamut 20mm cüt propka və şurup, 80 ədəd xamut 25 mm cüt propka və şurup, 30 ədəd dirsək 90*20 mm, 40 ədəd dirsək 90*25 mm, 6 ədəd keçid 25-20, 5 ədəd mufta 20 mm, 10 ədəd mufta 25 mm, 2 ədəd pol oborot vintil 25 mm, 9 ədəd rekor 90*20 mm, 7 ədəd rekor düz 20 mm, 16 ədəd traynik 25-20, 6 ədəd traynik 25 mm, 100 ədəd boru 25 mm, 1 ədəd suşilka 80 sm, 2 ədəd suşilka vintili zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya aytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmədən sənədlərin geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işin baxılmamış saxlanılmasına onların münasibətini öyrənmək mümkün olmadı. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi və lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçıya geri qaytarılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1928/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1928/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver