Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1930/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «xx/xx/0034 saylı xx xxxxxx 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx/xx/0034 saylı, xx xxxxxx 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 248.15 manat, cərimə üzrə200 manat, cəmi 448.15 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan dəyəri1750 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2017-ci il buraxılışı olan İTALTERMİK 24 kVt markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd stabilizator, 1 ədəd qaz requlyatoru, 1 ədəd divardan asilan məişət qaz qazanı asqı seti, 2 ədəd pol oborot vintil 25 mm, 32 ədəd radiator, 3 ədəd radiator asqı seti, 6 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd shushilka 80, 2 ədəd suşilka vintili, 28 ədəd boru 20mm, 42 ədəd boru 25mm, 30 ədəd dirsək 90* 20 mm, 30 ədəd dirsək 90* 25 mm, 6 ədəd keçid 25*20, 10 ədəd mufta 20 mm, 10 ədəd mufta 25 mm, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 4 ədəd rekor 90*20 mm, 2 ədəd rekor düz 20 mm, 6 ədəd troynik 25 mm, 6 ədəd troynik 25-20 zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 daha sonra iddia ərizəsinə əlavə verərək xx/xx/0034 saylı, xx xxxxxx 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 595.56 manat, əsas borc üzrə 226.27 manat, cərimə üzrə200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə xx/xx/0034 saylı Daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra «Lizinq müqaviləsi») bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 1,750 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2017-ci il buraxılışı olan İTALTERMİK 24 kVt markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd stabilizator, 1 ədəd qaz requlyatoru, 1 ədəd divardan asilan məişət qaz qazanı asqı seti, 2 ədəd pol oborot vintil 25 mm, 32 ədəd radiator, 3 ədəd radiator asqı seti, 6 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd shushilka 80, 2 ədəd suşilka vintili, 28 ədəd boru 20mm, 42 ədəd boru 25mm, 30 ədəd dirsək 90* 20 mm, 30 ədəd dirsək 90* 25 mm, 6 ədəd keçid 25*20, 10 ədəd mufta 20 mm, 10 ədəd mufta 25 mm, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 4 ədəd rekor 90*20 mm, 2 ədəd rekor düz 20 mm, 6 ədəd troynik 25 mm, 6 ədəd troynik 25-20 (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən lizinq ödənişləri üzrə 595.56 manat, əsas borc üzrə 226.27 manat, cərimə üzrə200 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli xx/xx/0034 saylı daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 1 ədəd divardan asılan məişət qaz qazanı, 1 ədəd stabilizator, 1 ədəd qaz requlyatoru, 1 ədəd divardan asilan məişət qaz qazanı asqı seti, 2 ədəd pol oborot vintil 25 mm, 32 ədəd radiator, 3 ədəd radiator asqı seti, 6 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd shushilka 80, 2 ədəd suşilka vintili, 28 ədəd boru 20 mm, 42 ədəd boru 25 mm, 30 ədəd dirsək 90* 20 mm, 30 ədəd dirsək 90* 25 mm, 6 ədəd keçid 25*20, 10 ədəd mufta 20 mm, 10 ədəd mufta 25 mm, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 4 ədəd rekor 90*20 mm, 2 ədəd rekor düz 20 mm, 6 ədəd troynik 25 mm, 6 ədəd troynik 25-20-lik 15 ay müddətinə 2225.47 manata lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli Lizinq Obyektinin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin adından X2 İddiaçı MMC-nin mülkiyyətində olan 1 ədəd divardan asılan məişət qaz qazanı, 1 ədəd stabilizator, 1 ədəd qaz requlyatoru, 1 ədəd divardan asilan məişət qaz qazanı asqı seti, 2 ədəd pol oborot vintil 25 mm, 32 ədəd radiator, 3 ədəd radiator asqı seti, 6 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd shushilka 80, 2 ədəd suşilka vintili, 28 ədəd boru 20 mm, 42 ədəd boru 25 mm, 30 ədəd dirsək 90* 20 mm, 30 ədəd dirsək 90* 25 mm, 6 ədəd keçid 25*20, 10 ədəd mufta 20 mm, 10 ədəd mufta 25 mm, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 4 ədəd rekor 90*20 mm, 2 ədəd rekor düz 20 mm, 6 ədəd troynik 25 mm, 6 ədəd troynik 25-20-lik Cavabdeh təhvil vermiş, Cavabdeh avadanlığı qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş daxili daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan müqavilə üzrə ödənişlər üzrə borc qalığı 595.56 manat, əsas borcun qalığı 226.27 manat, gələcək faiz üzrə borc qalığı 21.94 manat, cərimə haqqı 1248.18 manat, ümumi borc 2091.95 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin məcəllənin 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin məcəllənin 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin məcəllənin 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli xx/xx/0034 saylı Daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC cavabdehə mülkiyyətində olan 1 ədəd divardan asılan məişət qaz qazanı, 1 ədəd stabilizator, 1 ədəd qaz requlyatoru, 1 ədəd divardan asilan məişət qaz qazanı asqı seti, 2 ədəd pol oborot vintil 25 mm, 32 ədəd radiator, 3 ədəd radiator asqı seti, 6 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd shushilka 80, 2 ədəd suşilka vintili, 28 ədəd boru 20 mm, 42 ədəd boru 25 mm, 30 ədəd dirsək 90* 20 mm, 30 ədəd dirsək 90* 25 mm, 6 ədəd keçid 25*20, 10 ədəd mufta 20 mm, 10 ədəd mufta 25 mm, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 4 ədəd rekor 90*20 mm, 2 ədəd rekor düz 20 mm, 6 ədəd troynik 25 mm, 6 ədəd troynik 25-20-lik 15 ay müddətinə 2225.47 manata lizinqə verilmişdir. İş üzrə İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladıqları müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə, İddiaçı MMC ona qarşı iddia tələbi irəli sürərək iddia tələbində cavabdehin cəmiyyətə olan müqavilə üzrə lizinq predmeti olan xx/xx/0034 saylı, xx xxxxxx 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 595.56 manat, əsas borc üzrə 226.27 manat, cərimə üzrə200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı MMC-niniddiasının xx.xx.2018-ci il tarixli xx/xx/0034 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 200 manat məbləğində cərimə pulununtutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək cərimə pulu azaldılmalı və cavabdehdən cərimə olaraq 50 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən və cavabdeh tərəfindən əsas borc üzrə qismən ödənişlər edildiyindən iddia qismən təmin edilməli, xx/xx/0034 saylı, xx xxxxxx 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməli, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 595.56 manat, əsas borc üzrə 226.27 manat, cərimə üzrə 50 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli xx/xx/0034 saylı Daxili maliyyə lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli xx/xx/0034 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən ödənilməmiş lizinq ödənişləri üzrə 595.56 manat, əsas borc üzrə 226.27 manat, cərimə üzrə 50 manat, cəmi 871.83(səkkiz yüz yetmiş bir manat, səksən üç qəpik) manat və 30(otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1(bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1930/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1930/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver