Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1946/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 637 nömrəli sərəncamının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 637 nömrəli Sərəncamı ilə ona Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsi ayrılmışdır. Qanuni istifadəsində olan fərdi yaşayış evini çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edən zaman məlum olmuşdur ki, ona məxsus olan şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 637 nömrəli Sərəncamı arasında uyğunsuzluq var. Belə ki, şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Ərizəçi göstərildiyi halda sərəncamda X1 qeyd olunmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyyətində qalmışdır.
3. Ərizəçi iddia ərizəsinə əlavə verərək, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli sərəncamının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli Sərəncamı ilə ona Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli Sərəncamında səhvə yol verilmişdir. Belə ki, şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Ərizəçi göstərildiyi halda sərəncamda X1 qeyd olunmuşdur. Odur ki, qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir.
5. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
6. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli ünvan 1 ünvanında yaşayan vətəndaş Ərizəçi ünvanladığı məktubdan müəyyən olunur ki, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 158 saylı sahədə yerləşən ərazidə fərdi yaşayış evinin tikintisi üçün ona 400,0 kv.m torpq sahəsinin ayrılması haqqında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1637 saylı sərəncamı əsasında xx.xx.2000-ci il tarixində sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq verilmişdir.
7. Bakı şəhəri Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-cı ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır.
8. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 1637 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamından müəyyən olunur ki, 1. Yeni Suraxanı qəsəbəsi, Bakı- Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi 3-cü Mədən 233 №-li evdə yaşayan vət. ŞİXƏLİYEVA ZENFİRA MUSEYİB qızına 400kv.m. torpaq sahəsi ayrılsın.
9. 20 noyabr 2000-ci il tarixli Aktdan müəyyən olunur ki, Suraxanı İHB-nın 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli sərəncamı əsasında Bakı-Aeroport yolunun sol tərəfində 158 № sahə 400 kv.m torpaq sahəsinin ölçülərini natura ifadəsi ilə pay bölgüsu aparıldı və daimi nişanlar qoyuldu: Torpaq sahəsi yaşayış evi tikmək üçün verildi: X2.
İşin faktiki halları.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli Sərəncamı ilə ona Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsi ayrılmışdır. Ərizəçi fərdi yaşayış evinə çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edən zaman məlum olmuşdur ki, ona məxsus olan şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli Sərəncamı arasında uyğunsuzluq vardır. Belə ki, şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Ərizəçi göstərildiyi halda sərəncamda X1 qeyd olunmuşdur. Hazırda ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli sərəncamının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.
1.6. məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7. hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli Sərəncamı ilə Ərizəçi Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsi ayrılmışdır. Ərizəçi fərdi yaşayış evinə çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edən zaman məlum olmuşdur ki, ona məxsus olan şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli Sərəncamı arasında uyğunsuzluq vardır. Belə ki, şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Ərizəçi göstərildiyi halda sərəncamda X1 qeyd olunmuşdur.
Məhkəmə xərcləri.
15. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli sərəncamının “1.3-cü Bülbülə qəsəbəsi 3-cü Mədən 233№li evdə yaşayan vət. X2 - 400 (dörd yüz) kv.m.” hissəsi xx.xx.1952-ci il təvəllüdlü “Ərizəçi” qızına məxsus olması faktı müəyyən olunmalıdır.
17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2000-ci il tarixli 1637 nömrəli sərəncamının “1.3-cü Bülbülə qəsəbəsi 3-cü Mədən 233№li evdə yaşayan vət. X2 - 400 (dörd yüz) kv.m.” hissəsi xx.xx.1952-ci il təvəllüdlü “Ərizəçi” qızına məxsus olması faktı müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova