Məhkəmə qərarları › İş №2(010)-1955/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1955/2020

07.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1955/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2, Tərcüməçi X1 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab olunması, akt əsasında hesablanmış borcun silinməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İB-yi tərəfindən qanunsuz olaraq tərtib edilmiş aktların etibarsız hesab edilməsi, akta görə hesablanmış 152 manat məbləğində pulun silinməsi, həmçinin kartdan çıxarılmış həmin məbləğin cavabdeh təşkilat tərəfindən ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, Məktəbli küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Fərdi yaşayış evində quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləmək istəyərkən kartın blokda olduğunu bilmişdir. Bakı regional qazın satışı departamentinə müraciət etdikdə ona bildirilmişdir ki, sayğac mənfiyə hesablayır və buna görə də, ona ASK4237 və 50416221 saylı aktlar əsasında 152 manat borc yazılıb. O, borcun yaranma səbəbini soruşduqda ona bildirilmişdir ki, o, sayğaca müdaxilə etmişdir. O, evində qaz xəttinə heç bir müdaxilə etməmiş və əlavə xətdən istifadə etməmişdir. Akt tərtib edilərkən ona aktın nə üçün tərtib edildiyi bildirilməmişdir. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları ona bildirmişdir ki, qaz sayğacı köhnəldiyi üçün yenisi ilə əvəz olunur. O, aktın dəqiq nə barədə tərtib olunduğunu bilmədiyi üçün həmin akta qol çəkmişdir. Cavabdeh İstehsalat Birliyi onun qaza görə karta yüklədiyi pulun 50 %-ni çıxır. Nəticədə kartı bloklanmışdır. Cavabdeh İstehsalat Birliyi tərəfindən ümumiilikdə 151.19 manat pul kartdan silinmişdir. O, normal qazdan istifadə edərək ödəniş etmiş və bu vaxta kimi heç bir çətinlik yaşamamışdır. Dəfələrlə tərəfindən yerli qaz idarəsinin əməkdaşlarına, qaynar xəttə zəng vurub çağırsa da, Cavabdeh İstehsalat Birliyi heç bir çağırışa məhəl qoymamışdır. Bundan əlavə sayğacda heç bir yararsızlıq aşkar edilməmişdir. Yararsızlıqla bağlı heç bir rəy mövcud deyil. Onun tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməmişdir. Həmin aktlar ona əsassız olaraq yazılmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən təmin olmasını xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən ünvanda borc 2013-cü ildən əvvəl yaranmışdır. Bu səbəbdən də yaranmış borc iddiaçı tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacı başqa qaz sayğacı ilə əvəz olunmuşdur. Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 151.20 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan 2013-cü ildən əvvəlki dövrə yaranmış borcu tələb edir və həmin borcun hansı səbəbdən yaranması ilə bağlı olaraq heç bir sübut təqdim olunmamışdır. Bundan başqa iddiaçı tərəf aktın etibarsız hesab olunmasını xahiş etsə də, hansı aktın etibarsızlığını tələb etdiyini məhkəmə iclasında əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməli olduğu halda o, 2013-cü ildən əvvəlki dövrə yaranmış borcun ödənilməsi ilə bağlı istehlakçıya qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İstehsalat Birliyinin İddiaçı (kod **********00290) qaz sərfiyyatına görə tələb etdiyi 69.90 (altmış doqquz manat, doxsan qəpik) manat silinsin. Abonentin kartından borca görə tutulmuş məbləğ İddiaçı geri qaytarılsın. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar