Məhkəmə qərarları › İş №2(010)-1956/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1956/2020

26.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1956/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, ərizəçi İddiaçı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1999-cu ildə ölmüş məhrum əri X2 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil dəqiqləşmə barədə ərizə təqdim edərək, xx xxxxxx 1999-cu ildə ölmüş məhrum əri X2 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesinin onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, ərizəçi xx xxxx 1978-ci ildə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan X8 və İbadova (Civişova) Sevda Sübhan qızı adlı iki uşaqları anadan olmuşdur. X6 xx xxxxxx 1999-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən evin "A" və "B" tikilisindən 1/12 hissəsi iddiaçının mərhum əri X3 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, mərhum ərindən qalmış ünvan 1 ünvanında yerləşən evin "A" və "B" tikilisindən 1/12 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi xx xxxxxx 2020ci il tarixli 76 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. xx xxxxxx 1999-cu ildə ölmüş məhrum əri X3 qanun üzrə birinci növbəli vərəsələri iddiaçı və uşaqları X8, İbadova (Civişova) Sevda Sübhan qızıdır. İddiaçının hüquqi savadı olmadığından və ölüm haqqında şəhadətnaməni vaxtında ala bilmədiyindən X3 vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduğu barədə məlumatı olmamış, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxmışdır. Buna görə də qeyd olunanların nəzə alınaraq, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Orconikidze (Suraxanı) rayon VVAQ şöbəsi tərəfindən xx xxxx 1978-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı 452751 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X4 arasında bağlanmış nikah 1978-ci ilin iyun ayının 24-cü günündə 210 nömrə ilə qeyd olunmuşdur. Nikahın bağlanmasından sonra ərə İbadov, arvada isə İbadova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanının A və B tikilisindən ibarət 1/12 hissəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Suraxanı RPİ tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2020-ci tarixdə verilmiş arayışdan görünür ki, X8 ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2020-ci tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Suraxanı RİHB-nın Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, mərhum X6 həqiqətən xx.xx.1971-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi Əmircan qəsəbəsi, Atamoğlan Rzayev (keçmiş 4-cü mədən) küçəsi, ev 14 ünvanında qeydiyyatda olub. O, xx.xx.1999-cu il tarixdə vəfat edib. Onunla birgə bu ünvanda həyat yoldaşı İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi qeydiyyatd olub. Onların birgə nigahdan bu övladları olub: 1. qızı – X14 q. - xx.xx.1979-cu il tarixdə, xx.xx.1991 -ci il tarixə kimi qeydiyyatda olub. 2. oğlu – İbadov Pərvin Sübhan o. - xx.xx.1980-ci il tarixdə xx.xx.1991-ci il tarixə kimi qeydiyyatda olub. Qeyd: Mərhumun başqa övladlarının olub-olmaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur. Məlumatlar ev kitabı və təqdim olunan sənədlər əsasında verilib. Bakı şəhəri Suraxanı RİHB yanında Əmircan qəsəbə nümayəndəliyi tərəfindən xx xxxxxx 1999-cu il tarixdə verilmiş V-ЖГ seriyalı 340502 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1999cu ildə ölmüşdür. Bu barədə ölüm haqında akt qeydləri kitabında 1999-cu ilin yanvar ayının 06-cı günündə 05 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 5 mənzil 46 ünvanında qeydiyyatda olanlar İddiaçı və X7 və ünvan 6 36, 37 ünvanında qeydiyyatda olan X5 ünvanlanmış 76 nömrəli məktubdan görünür ki, xx.xx.1999-cu il tarixində vəfat etmiş X1 miras qalmış ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət üzrə ona məxsus olan A və B tikilisindən 1/12 hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edildiyi üçün təqdim olunan sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mirasın qəbul edildiyi müddət buraxilmışdır. Odur ki, müddət bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşin araşdırılan hallarından göründüyü kimi hazırki iş üzrə ərizəçi miras əmlaka faktiki sahiblik etsə də üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X1 miras qalmış ünvan 1 ünvanının A və B tikilisindən ibarət 1/12 hissəsinin İddiaçı tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Mərhum X1 miras qalmış ünvan 1 ünvanının A və B tikilisindən ibarət 1/12 hissəsinin İddiaçı tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılsın. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar