Məhkəmə qərarları › İş №2(010)-1958/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1958/2021

05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1958/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Ağa Zülfüqar oğlunun adına verilmiş texniki pasportun mərhum X3na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ərizəçinin X3na məxsus olmuşdur. Mərhum 20.11.1969-cu ildə vəfat etmiş və onun vəfatından sonra ərizəçi miras əmlakı faktiki qəbul edərək bu günə qədər ailə üzvləri ilə birlikdə pasport qeydiyyatında olmaqla həmin evdə yaşayırlar. Miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı ərizəçi Bakı şəhəri 24 saylı notariat ofisi vərəsəlik işi açaraq 13.11.2019-cu il tarixli məktubla mərhum X4 adına çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətin icrası ilə bağlı adı çəkilən fərdi yaşayış evinin ilkin texniki pasportu Arxiv idarəsindən ərizəçiyə təqdim edilmiş, lakin naməlum səbəblərdən 1962-ci ildə onlara məxsus evə texniki pasport tərtib olunarkən ev sahibi olan atasının adı və ata adı natamam yazılaraq Ağa Zülfüqar oğlu kimi göstərilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda ərizəçinin mərhum atasının adı «Ağa», ata adı «Zülfüqar» göstərildiyindən, ad və ata adında olan uyğunsuzluqla bağlı DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi 02.02.2021ci il tarixli məktubla sənədləri qəbul etməkdən imtina etmişdir. Odur ki, miras əmlakı ərizəçinin adına rəsmiləşdirmək üçün texniki pasportun ərizəçinin mərhum X3na məxsus olması faktının müəyyən olunması zərurəti yarandığından bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi X2 onun xalasıdır. X1 xx.xx.1952-ci ildə anadan olmuşdur. O, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Xalası Məlahət ailə qurmamış, atası ilə birlikdə yaşamışdır. X3 20.11.1969-cu il tarixdə ölmüşdür. Hal-hazırda evi öz adına özəlləşdirmək istəsə də, sənədlərdə problem olduğundan bu mümkün olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİ-ИЕ seriyalı 320625 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 20.11.1969-cu ildə ölmüşdür. İş materiallarında olan АЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə anadan olmuş, atası X10, anası Şəkər Fərək qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində dövlət reyestrindən çıxarışın tərtib edilməsi ilə bağlı 12.11.2020-ci il tarixli ərizəsinə baxılmış, idarənin arxivində mövcud olan texniki pasportla faktiki sahə arasında peremetrik ölçü fərqi var. Həmçinin, texniki pasportda ad “Ağa Zülfüqar”, lakin ölüm haqqında şəhadətnamədə “X12” kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda ev sahibinin adı, soyadı və atasının adı “Ağa Zülfüqar oğlu” kimi qeyd edilmişdir. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un 20.11.1969-cu ildə ölmüş X5 məxsus olması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. “Ağa Zülfüqar” oğlunun adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un 20.11.1969-cu ildə ölmüş “X12” oğluna məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar