Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1972/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədlərin eyni şəxsə məxsus olması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikasının Dmanisi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş РЩ seriyalı, 64354* saylı, xx.xx.*956-cı il tarixli doğum haqqında şəhadətnamədə qeyd edilmiş “Qadjiyev” soyadı və AR DİN-nin təqdim etdiyi AA******* saylı fin kodu xxxxxxx olan şəxsiyyət vəsiqəsində qeyd edilmiş “Hacıyev” soyadı eyni şəxsə - ünvan 1 ünvanda yaşayan, habelə həmin ünvanda pasport qeydiyyatında olan xx.xx.*956-cı il tarixində Gürcüstan Respublikasının Dmanisi rayonun Sadja kəndində anadan olmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, o - Ərizəçi xx.xx.*956-cı ildə Gürcüstan Respublikasının (keçmiş Gürcüstan SSR-nin) Dmanisi rayonun Sadja kəndində anadan olmuş və bu barədə Dmanisi rayon qeydiyyat şöbəsi tərəfindən РЩ seriyalı, 64354* saylı, xx.xx.*956cı il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. O, ailə üzvlərilə birlikdə daimi yaşamaq məqsədi ilə *983-cü ildə Azərbaycan Respublikasına köçmüş və hazırda ünvan 1 ünvanında yaşayır, habelə həmin ünvanda pasport qeydiyyatındadır. Əmək stajı ilə bağlı müvafiq arxiv arayışının təqdim edilməsinə görə AR Dövlət Arxivinin Bakı filialına müraciət etmiş, həmin idarə ona verilmiş doğum haqqında şəhadətnamədə soyadının “Qadjiyev” və şəxsiyyət vəsiqəsində “Hacıyev” qeyd edilməsinə görə xahişi qeyri-rəsmi surətdə təmin edilməmişdir. O, arxiv işçinə etirazını bildirmiş və ona verilmiş doğum haqqında şəhadətnamədə soyadının rus dilində “Qadjiyev” və şəxsiyyət vəsiqəsində isə soyadının Azərbaycan dilində “Hacıyev” qeyd edildiyini onun nəzərinə çatdırmış, lakin bunun heç bir əhəmiyyəti olmamışdır. Adına verilmiş digər sənədlərdə soyadı azərbaycan dilində “Hacıyev” kimi qeyd edilmişdir. Məlum faktları təsdiq etmək məqsədi ilə yaxın qohumlarından - X3 və Şahid* hazırki mülki işin məhkəmə baxışında şahid qismində dindirilməsini xahiş edir. Qeyd edilən hüquq müəyyənedici sənədlərdə soyadının rus dilində “Qadjiyev” və şəxsiyyət vəsiqəsində isə soyadının azərbaycan dilində “Hacıyev” qeyd edilməsi səbəbindən o bir sıra mülki hüquqlarını həyata keçirə bilmir və AR Dövlət Arxivinin Bakı filialına məlum düz gəlməyən hal barədə müvafiq sənəd təqdim edə bilmir, habelə məlum sənədləri başqa qaydada əldə edə bilmir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının nümayəndəsinə və Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Gürcüstanda anadan olmuşdur. Eyni kəndlidirlər, sadəcə o rayonda yaşamışdır. Adı Ərizəçidur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, Ərizəçi onun dayısıdır. Soyadı Hacıyevdir. Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində uyğunsuzluq var. Doğum haqqında şəhadətnamədə Qadjiyev yazılıb. Gürcüstanda elə yazırdılar. İş materialları. Bakı şəhəri, Suraxanı rayonu, İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 329 №-li arayışdan görünür ki, Hacıyev X4 qəsəbəsi, Samir Əliyev küçəsi, ev 202/23a ünvanında qeydiyyatdadır. Gürcüstan SSR Dmanisi rayon kənd soveti tərəfindən xx.xx.*956-cı il tarixdə verilmiş, РЩ seriyalı, 64354* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydasında təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi (ata X2, ana X5) xx xxxxxx *956-cı il tarixdə Dmanisi rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.*956-cı il tarixdə * nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Suraxanı rayon Məhkəməsinə ünvanlanmış 28 mart 2024-cü il tarixli, 3- 48-2F/2-700/2024 nömrəli cavab məktubundan görünür ki, **.03.2024-cü il tarixli sorğuya əsasən bildirilmişdir ki, Dövlət Arxivinin Bakı Filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır, ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin Bakı filialından hər hansı məlumatın alınması imkan xaricindədir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-*6-5/8-*0-283/24 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli müraciətə baxılmış və bildirilmişdir ki, Ərizəçi Gürcüstan Respublikası Dmanisi rayonu Kirov kənd sovetliyi tərəfindən xx.xx.*956-cı il tarixdə 0* saylı aktla qeydə alınmış doğumu xx.xx.2024-cü il tarixdə 3032 saylı akt ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.... *3. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikasının Dmanisi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş РЩ seriyalı, 64354* saylı, xx.xx.*956-cı il tarixli doğum haqqında şəhadətnamədə qeyd edilmiş “Qadjiyev” soyadı və AR DİN-nin təqdim etdiyi AA******* saylı fin kodu xxxxxxx olan şəxsiyyət vəsiqəsində qeyd edilmiş “Hacıyev” soyadı eyni şəxsə - ünvan 1 ünvanda yaşayan, habelə həmin ünvanda pasport qeydiyyatında olan xx.xx.*956-cı il tarixində Gürcüstan Respublikasının Dmanisi rayonun Sadja kəndində anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, sənədlərində hərf səhvi olduğu üçün, o bir sıra mülki hüquqlarını həyata keçirə bilmir və AR Dövlət Arxivinin Bakı filialına məlum düz gəlməyən hal barədə müvafiq sənəd təqdim edə bilmir, habelə məlum sənədləri başqa qaydada əldə edə bilmir. Əmək stajı ilə bağlı müvafiq arxiv arayışının təqdim edilməsinə görə AR Dövlət Arxivinin Bakı filialına müraciət etmiş, həmin idarə ona verilmiş doğum haqqında şəhadətnamədə soyadının “Qadjiyev” və şəxsiyyət vəsiqəsində “Hacıyev” qeyd edilməsinə görə xahişi təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində onun soyadı “Hacıyev” kimi, doğum haqqında şəhadətnaməsində isə “Гаджиев” (“Qadjiyev”) kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamə SSRİ dövründə Gürcüstanda verildiyindən və üzrlü səbəblərdən ərizəçi hərf səhvini dəyişdirilməsi üçün həmin orqanlara müraciət edə bilmir. Lakin, doğum haqqında şəhadətnamədə ərizəçinin bütün digər məlumatları onun şəxsiyyət vəsiqəsi ilə eynidir – ad, ata adı, doğulduğu yer və vaxt. Bununla da, məhkəmə hesab edir ki, РЩ seriyalı, 64354* saylı, xx.xx.*956-cı il tərtib edilmiş doğum haqqında şəhadətnamədə rus dilinə tərcüməsi nəticəsində “Hacıyev” soyadı əvəzinə “Гаджиев” (“Qadjiyev”) soyadı yazılmışdır. Şahid ifadələrindən göründüyü kimi, ərizəçi, xx.xx.*956-cı il təvəllüdü Hacıyev X* anadan olmuşdur və adı Zakir, soyadı isə Hacıyev olmuşdur. Bu hal əsas verir ki, doğum haqqında şəhadətnamədə hərf səhvi rus dilinə düz olmayan tərcüməsi nəticəsində baş verməsi müəyyən edilsin. Belə ki, iş materiallarından və şahid ifadələrindən görünür ki, doğum haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı iş materialları ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Gürcüstan Respublikasının Dmanisi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş РЩ seriyalı, 64354* saylı, xx.xx.*956-cı il tarixli doğum haqqında şəhadətnamədə qeyd edilmiş “Гаджиев” (“Qadjiyev”) soyadı və AR DİN-nin təqdim etdiyi AA******* saylı fin kodu xxxxxxx olan şəxsiyyət vəsiqəsində qeyd edilmiş “Hacıyev” soyadının eyni şəxsə - ünvan 5 ünvanda yaşayan, habelə həmin ünvanda pasport qeydiyyatında olan xx.xx.*956-cı il tarixində Gürcüstan Respublikasının Dmanisi rayonun Sadja kəndində anadan olmuş Ərizəçi məxsus olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
Ərizə təmin edilsin. Gürcüstan Respublikasının Dmanisi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş РЩ seriyalı, 64354* saylı, xx.xx.*956-cı il tarixli doğum haqqında şəhadətnamədə qeyd edilmiş “Гаджиев” (“Qadjiyev”) soyadı və AR DİN-nin təqdim etdiyi AA******* saylı fin kodu xxxxxxx olan şəxsiyyət vəsiqəsində qeyd edilmiş “Hacıyev” soyadının eyni şəxsə - ünvan 5 ünvanda yaşayan, habelə həmin ünvanda pasport qeydiyyatında olan xx.xx.*956-cı il tarixində Gürcüstan Respublikasının Dmanisi rayonun Sadja kəndində anadan olmuş Ərizəçi məxsus olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva