Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1979/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı «mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik işinin aılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik işinin aılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası iddiaçının iştirakı ilə xx.xx.2023-cü il tarixində keçirilərək mülki işin məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2023-cü il tarixinə təxirə salınmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasına tərəflər gəlmədiyinə görə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2023-cü il tarixdə, saat 10:40-də keçirilən məhkəmə hazırlıq iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik işinin aılması” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik işinin aılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1979/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1979/2023
31.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver