Məhkəmə qərarları › İş №2(010)-1979/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1979/2025

09.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1979/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Üçüncü şəxslər X29 və X* iştirakları ilə İddiaçı cavabdeh ünvan 4 (X29 və X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin üzrlü hesab olunaraq bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. *. İddiaçı cavabdeh ünvan 4 (X29 və X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin üzrlü hesab olunaraq bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhumə X5nın mülkiyyətində olmuş Bakı şəhər, Suraxanı rayon,Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 8 saylı evin, 62.90 kv.m olan, 53-cü mənzilinə dair və mərhumə anasının adında *297*.37 manat pul vəsaitinə dair Bakı şəhər 24 saylı Notaraiat Ofisinin *5.02.2025-ci il tarixli qərarının ləğv edilməsinə, vərəsəlik işinin açılmasına, vərəsəliyin qəbulu və payının ayrılaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə və dəyişikliklər edilməsi barədə ərizə ilə müraciət edərək mərhum anası, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasının üzrlü hesab olunmaqla, müddətin bərpa edilməsi və mirasın qəbulu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, mərhum X24 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Anasının yas mərasimi ilə əlaqədar olaraq başları qarışmışdır və anasının mülkiyyətində olmuş ünvan 1 ünvana və atasından anasına qalmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin balansında saxlanılmış *297*.37 manat pul vəsaitinə dair vərəsəliyin qəbul edilməsinə dair Bakı şəhər 24 saylı Notariat Ofisinə vərəsəlik işinin açılmasına dair ərizə vermişdir. Bakı şəhər 24 saylı Notariat ofisindən isə müddətin ötürülməsi ilə bağlı müddətin bərpa edilməsi və vərəsəliyin qəbulu barədə məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Vərəsələrə məlumat verildiyi üçün Bakı şəhər *9 saylı Notaraiat Ofisi xüsusi notariusu tərəfindən açılmış vərəsəlik işinin ləğv edilməsini tələb edir. Bakı şəhər 24 saylı Notariat ofisinin qanunsuz olaraq ona məlumat verməyərək vərəsələrin dairəsini tam müəyyən etmədən bir tərəfli mövqe göstərərək onu miras əmlakdan mərhum etmişdir.

Tərəflərin izahatları.

4. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum anasından ona pul qalması ilə bağlı Notariat ofisinə çağrılmışdır. Bundan sonra Notariat Ofisinə vərəsəlik işinin açılmasına dair ərizə vermiş, lakin bununla bağlı ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və müddətin ötürülməsi bildirilmişdir. Onun X5 vəfat edən günə kimi ona baxmış, anası xx.xx.2020-ci il tarixdə vəfat etmiş və o anasının dəfnində iştirak etmişdir. Lakin anasından miras qalmış mənzildə köçüb yaşamamış, belə ki, onun özünə məxsus evi olmuşdur. Həmin evdə onun bacısı X3 yaşamış, lakin o da 202*-ci ildə ailə quraraq evdən çıxıb getmişdir. Həmin mənzil X5na məxsus olmuş, lakin o öldükdən sonra vərəsəliklə bağlı notariat ofisinə ərizə təqdim etməmişdir. Bunun səbəbi isə vərəsəliyin qəbulu ilə bağlı müddətin mövcud olmasından məlumatının olmaması olmuşdur. Buna görə də müddətin ötürülməsinin üzrlü hesab olunması və müddətin bərpa olunmasını xahiş etmişdir. 5.İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçının izahatına uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

6. Üçüncü şəxs X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun X5 vəfat edən günə kimi onunla birlikdə yaşamış və anası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Anasının bütün dəfn xərcləri onun tərəfindən çəkilmişdir. Anası vəfat etdikdən sonra ailə qurmuş və həyat yoldaşı hərbçi olduğundan başqa ünvana köçmək məcburiyyətində qalmışdır. Anası vəfat etdikdən sonra onun borcu yaranmış və həmin evi kirayəyə vermək məcburiyyətində qalmışdır. 2020-ci ildən anasından miras qalmış mənzilə dair bütün kommunal xərclər onun tərəfindən ödənilir. O və digər bacısı İradə mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə vermişlər. Lakin iddiaçı indiyə kimi həmin mənzildə yaşamaq arzusunda olduğunu bildirməmiş və notariat ofisinə ərizə verməmişdir. İddiaçı anası öldükdən 4 il keçdikdən sonra həmin mənzilin onun olduğunu iddia edir. İddiaçı anası xəstə olduğu dövrdə ona baxmamış və ona yalnız özü qulluq etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 7.Üçüncü şəxs X29 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ümumiyyətlə İddiaçı vərəsə kimi qəbul etmir. Belə ki, iddiaçı doğulduğundan bəri ona nənəsi baxmış, Şıxov qəsəbəsində yaşamış və daha sonra ailə qurmuşdur. İddiaçı ünvan 1 ünvanda yaşamamış və həmin mənzilə qonaq kimi gedib-gəlmişdir. İddiaçı həmin mənzildə qeydiyyatda olsa da, sonradan qeydiyyat çıxmışdır. Anasının vəfatından sonra İddiaçı sözügedən mənzilə gəlməmiş və beş ildir ki, iddiaçı onlarla danışmır.

8. Cavabdeh ünvan 4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında Bakı şəhəri 24 saylı Notariat Ofisinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Şahid ifadələri

9.Şahid məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, X24 ilə 35 ildir ki, qonşu və yaxın rəfiqə olmuşlar. İddiaçı ana nənəsi saxlamış, lakin arada gələrək anasına baş çəkib getmişdir. X3 isə X5na ömrünün sonuna kimi baxmışdır. X*0 dəfn mərasimində hər üç qızının orada olduğunu bildirmişdir.

İş materialları.

*0. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış *5.02.2025-ci il tarixli 68 nömrəli məktubundan müəyyən olunur ki, *4.02.2025-ci il tarixli ərizəyə əsasən bildirilir ki, X24 xx.xx.2020-ci il tarixində vəfat etmiş, ondan ünvan 3 ünvanında yerləşən mənzil miras qalmışdır. Həmin əmlak üzrə vərəsəlik şəhadətnaməsi verilməsi xahiş edilmişdir. Mirasın qəbul müddəti keçdiyi üçün şəhadətnamə verilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *243.2-ci maddəsinin tələbinə əsasən "Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır". Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *246-cı maddəsinin tələbinə əsasən "Vərəsə vərəsəliyə çağırılğını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir". Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *248-ci maddəsinin tələbinə əsasən "Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzadıla bilər". Odur ki, bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. **. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 4 ünvanlanmış 27.*2.202*ci il tarixli məktubun surətindən müəyyən olunur ki, mərhum X8 adına Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabında *297*,37 manat məbləğində pul vəsaiti qalmışdır. *2. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların X37 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış massivi, 8 saylı evin 53 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə X*3 məxsusdur. *3. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ seriyalı 4*2465 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.*979-cu il tarixdə doğulmuşdur. X*5, X5dır. *4. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 300 nömrəli arayışdan müəyyən olunur ki, X3 Y/Günəşli, “AB” küçəsi 8 saylı evin 53 № mənzilində yaşayır. 2020ci ildən kommunal xərcləri ödəyir. *5. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 273 nömrəli arayışdan müəyyən olunur ki, mərhum X24 ölüm şəhadətnaməsinə əsasən xx.xx.2020-ci ildə vəfat etmişdir. Qızı İddiaçı *4.02.200*-ci ildə həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. 200*ci ildən nikaha daxil olduqdan sonra göstərilən ünvandan köçmüşdür. X*6 həmin ünvanda qeydiyyatdadır. *6. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, X29 ünvan 5 ünvanında qeydiyyatdadır. *7. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 285 nömrəli arayışdan müəyyən olunur ki, X24 Y/Günəşli, AB, ev 8, mənzil 53 də yaşamışdır. X36 və X25 onunla birlikdə yaşamış və qeydiyyatdadırlar. *8. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 390 nömrəli ünvan 6 ünvanında yaşayan X20 verilmiş arayışın surətindən müəyyən olunur ki, anası mərhumə X24 xx.xx.2020-ci il tarixində vəfat edib, vətəndaşın ərizəsinə əsasən dəfn xərci qızı X3* tərəfindən çəkilmişdir. *9. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 679 nömrəli arayışın surətindən müəyyən olunur ki, X2, AB y/s, 8 saylı evin 53 №li mənzilində yaşayır. X5 xx.xx.2020-ci ildə vəfat etmiş və onu İsayeva Xoşbəxt dəfn edib.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən məhkəmənin *7.04.2025-ci il tarixli N2(0*0)-*979/2025 nömrəli sorğusuna əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş məktubdan görünür ki, İddiaçı “notariat qərarın ləğvi, vərəsəliyin qəbulu, miras payın ayrılması” tələbinə dair, X*0 vərəsəlik işinə dair sənədlərin surəti göndərilmişdir. 2*. X3 tərəfindən notarial ofisə ünvanlanmış ərizənin surətindən müəyyən olunur ki, xx.xx.2020-ci ildə ünvan 3 ünvanında yaşamış X5 ölmüşdür. Mirasın tərkibi: pul vəsaitindən ibarət mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələr vardır. *.İddiaçı və

2. X29. Mirasın tərkibinə daxil: ƏƏSMN tərəfindən veriləcək pul vəsaitindən qanun üzrə ona düşən paya dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir.

22. X29 tərəfindən notarial ofisə ünvanlanmış ərizənin surətindən müəyyən olunur ki, xx.xx.2020-ci ildə ünvan 3 ünvanında yaşamış X5 ölmüşdür. Mirasın tərkibi: pul vəsaitindən ibarət mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələr vardır. *.İddiaçı və

2. X4. Mirasın tərkibinə daxil: ƏƏSMN tərəfindən veriləcək pul vəsaitindən qanun üzrə ona düşən paya dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. 23.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X37 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı 03803*6 nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 8 saylı evin 53 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə X*3 məxsusdur. 24.Vİİ- ЖГ seriyalı 302069 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X36 *3.03.*980-ci il tarixdə doğulmuşdur. X*5, anası X2*r.

25. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 028946 seriyalı 08.*0.2020-ci il tarixli Adın, Ata adının və X9 Şəhadətnamənin surətindən müəyyən olunur ki, X32 adını “Xoşbəxt”dən “Xoşqədəm”ə dəyişdirmişdir.

26. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 5034*9 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4* 07.0*.20*2-ci il tarixdə ölmüşdür.

27. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 *8.02.*99*-ci il tarixdə doğulmuşdur. X*7, X5dır.

28. Gəncə “Asan xidmət” Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X34 ilə X26 08.02.202*-ci il tarixdə *54 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada İmamverdiyeva, ərə İmamverdiyev soyadı verilmişdir.

29. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4* ilə X22 *0.06.*978cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İsayev, arvada İsayeva soyadı verilmişdir.

30. İİİ-ЖГ seriyalı 420495 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X48 və X36 26.*2.2000-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. 3*. İİİ-ЖГ seriyalı 393729 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 27.05.*955-ci il tarixdə doğulmuşdur. Atası X7 və anası X**r.

32. 2 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ seriyalı *00088 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2020-ci il tarixdə ölmüşdür. 33.Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 86*0*2 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 *0.08.*996-ci il tarixdə ölmüşdür. 34.3 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ seriyalı *00088 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 0*.09.20*7-ci il tarixdə ölmüşdür.

İşin faktiki halları.

35. X4* ilə X22 *0.06.*978-cı il tarixdə nikahlarını bağlamışlar. Birgə nikahdan üç övladları İddiaçı, X29 və X3 doğulmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların X37 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış massivi, 8 saylı evin 53 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə X*3 məxsus olmuşdur. 2 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ seriyalı *00088 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X24 xx.xx.2020-ci il tarixdə ölmüşdür. X24 ölən günə kimi qızı X3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 8 saylı evin 53 nömrəli mənzilində yaşamışdır. X3 anası öldükdən sonra 08.02.202*-ci il tarixdə nikaha daxil olmuşdur. Tərəflərin verdiyi izahata görə mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 8 saylı evin 53 nömrəli mənzili hal-hazırda kirayə verilmişdir. X24 xx.xx.2020-ci il tarixdə öldükdən sonra İddiaçı anasının mülkiyyətində olan mübahisəli mənzildə yaşamamış və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqana müraciət etməmişdir. İddiaçı miras əmlakın qəbulu ilə bağlı müddətin ötürülməsi səbəbini vərəsəliyin qəbulu ilə bağlı müddətin mövcud olmasından məlumatlı olmaması ilə əlaqələndirmişdir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə **33. Vərəsəlik anlayışı **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **34. Vərəsələr **34.*. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə **45. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə **46. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə **5*. Miras əmlak **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. **5*.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə **59. Qanun üzrə vərəsələr **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə **60. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə *243. Mirasın qəbul edilməsi *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə *246. Mirasın qəbul edildiyi müddət (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə *248. Mirasın qəbul edilməsi vaxtının uzadılması *248.*. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə *273. Mirasın qəbulunun hüquqi nəticələrinin baş verməsi vaxtı Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə *32*. Vərəsəlik şəhadətnaməsi anlayışı *32*.*. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. *32*.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. *32*.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə *322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı

*. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən *246 və *273-*-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.*. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *06. İşdə iştirak edən şəxslərin izahatları *06.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 2*8. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

40. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Məhkəmənin mövqeyi

4*. Məhkəmə işin faktiki hallarını, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

42. Belə ki, miras qoyan X22 ilə X4* arasında *0.06.*978-ci il tarixdə rəsmi nikah qeydiyyata alınmış və birgə nikahdan üç övladları İddiaçı, X29 və X3 doğulmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların X37 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış massivi, 8 saylı evin 53 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə X*3 məxsus olmuşdur. 2 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ seriyalı *00088 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X24 xx.xx.2020-ci il tarixdə ölmüşdür. X24 ölən günə kimi qızı X3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 8 saylı evin 53 nömrəli mənzilində yaşamışdır. X3 anası öldükdən sonra 08.02.202*-ci il tarixdə nikaha daxil olmuşdur. Tərəflərin verdiyi izahata görə mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 8 saylı evin 53 nömrəli mənzili hal-hazırda kirayə verilmişdir. X24 xx.xx.2020-ci il tarixdə öldükdən sonra İddiaçı anasının mülkiyyətində olan mübahisəli mənzildə yaşamamış və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqana müraciət etməmişdir. İddiaçı miras əmlakın qəbulu ilə bağlı müddətin ötürülməsi səbəbini vərəsəliyin qəbulu ilə bağlı müddətin mövcud olmasından məlumatlı olmaması ilə əlaqələndirmişdir.

43. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyriformal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyriformal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s.

44. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in *4.2 və 77.*-ci maddələri). Həmin Məcəlləsinin 78.*-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

45. Məhkəmə qeyd edir ki, miras qoyanın vərəsələrindən biri X3 miras qoyanla birlikdə yaşamış, o öldükdən sonra nikaha daxil olaraq evdən köçüb getmişdir. Məhkəməyə təqdim olunan sübutlara əsasən X3 anası öldükdən sonra onun bütün dəfn xərclərini çəkmiş və evin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Digər iki vərəsə İddiaçı və X29 miras qoyanın ölümündən öncə ailə quraraq o evdə yaşamamışlar. Hazırkı halda iddiaçı miras əmlaka dair qanun üzrə şəhadətnamə almaq niyyətindədir və bunun üçün müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş edir. Lakin iddiaçının konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar əks etdirmir. Belə ki, iddiaçıya anasının ölümü halı bəlli olsa da, o dörd il ərzində miras əmlaka dair faktiki sahiblik hüququnu həyata keçirməmiş və bunu digər vərəsələrdən tələb etməmişdir. Miras əmlak digər vərəsə tərəfindən kirayə verilmiş və miras əmlakın kirayə verilməsi halı iddiaçıya məlum olmuşdur. İddiaçı miras əmlaka münasibətdə faktiki sahiblik hüququnu həyata keçirməməklə yanaşı, miras əmlakın qəbul edilməsinin formal üsulundan da istifadə etməmiş və bunu qanunu bilməməsi ilə əlaqələndirmişdir.

46. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitutsiyasının tələbinə əsasən qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir və vətəndaşların vəzifələrinin əsası kimi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, mirasın açıldığı dövrə münasibətdə qüvvədə olmuş Mülki Məcəllənin tələbinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə tərəfindən o halda uzadıla bilər ki, gecikdirmənin səbəbi üzrlü hesab olunsun. Lakin iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa olunmasını xahiş etsə də, müddətin hansı üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

Məhkəmə xərcləri

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.

Məhkəmənin gəldiyi nəticə

49.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ünvan 4 (X29 və X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin üzrlü hesab olunaraq bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh ünvan 4 (X29 və X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin üzrlü hesab olunaraq bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar