Məhkəmə qərarları › İş №2(010)-1989/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1989/2025

19.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1989/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər 3 saylı Bakı “Asan Kommunal” Mərkəzi və "xxxx" ASC-yə qarşı "smart kart verilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər 3 saylı Bakı “Asan Kommunal” mərkəzi və "xxxx" ASC-nin üzərinə iddiaçının adına elektrik sayğacı üçün smart kart verilməsi öhdəliyinin qoyulması. İddia tələbinin dəlilləri Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestri tərəfindən *5.**.2022-ci ildə İddiaçı verilmiş Çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu, “V” yaşayış sahəsi, ev 3*, 35 saylı mənzilin mülkiyyətçisidir. Mənzil aldıqdan sonra Smart kart almaq üçün cavabdeh 3 saylı Bakı “Asan kommunal” mərkəzinə müraciət etmişdir. "xxxx" MMC-yə külli miqdarda borcu olduğu əsas gətirilərək ona imtina edildi. xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən Azərişıq ASC-nin Suraxanı ESİ-yə 2*84 manat məbləğində pul ödənmişdir. Cavabdeh 3 saylı Bakı “Asan Kommunal” Mərkəzindən rəsmi cavab almadıqda, iddiaçı *3 sentyabr 2024-cü il tarixində cavabdehə yazılı ərizə ilə müraciət etmiş, lakin bu günə kimi heç bir cavab verilməmişdir. O, Bakı şəhəri Suraxanı rayonu, “V” yaşayış sahəsi, ev 3*, 35 saylı mənzilin dövlət reyestrinin Çıxarışına əsasən *5.**.2022-ci ildən mülkiyyətçisi olmuş, buna görə də mənzilin saxlanmasına görə və kommunal xidmətlərə görə ödənişlər üzrə həmin tarixdən məsul şəxsdir. Kommunal xidmətlərə görə borcları mənzilin əvvəlki mülkiyyətçisi ödəməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında iddia tələbinin təmin edilməsini xahiş etmiş, smart kartının olduğunu və hazırda da işlək vəziyyətdə olduğunu, həmin kartın evin keçmiş mülkiyyətçisi tərəfindən ona verildiyini bildirmiş, lakin bu dəfə öz adına olan smart kart verilməsini istəmişdir. Tələbinin "xxxx" ASC-nin üzərinə iddiaçı ilə müqavilə bağlamaq öhdəliyinin qoyulması tələbi kimi dəqiqləşdirilməsinə etiraz edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. 3 saylı Bakı “Asan Kommunal” Mərkəzi məhkəməyə *5.04.2025-ci il tarixdə etiraz ünvanlayaraq bildirmişdir ki, “iddiaya cavab verməli olmayan şəxs olduğunu nəzərə alaraq hesab edirik ki, hazırki iddia tələbinin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilməlidir. Belə ki, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Bakı Asan Kommunal Mərkəzi cavabdeh qismində çıxış edə bilməz. Eyni zamanda bildiririk ki, hazırki mübahisə üzrə qərar qəbul etmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Bakı Asan Kommunal Mərkəzinə məxsus deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 20*2-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 2.*-ci bəndinə əsasən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Azərbaycan Respublikası Prezidentinin 20*6-cı il 4 may tarixli 890 nömrəli Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi sahəsində olan xidmətlərinin “ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “ASAN Kommunal” mərkəzlərdə qurumlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin edir. Həmin Fərmanın 4-cü bəndinə əsasən əhaliyə müştəri xidmətləri göstərən digər hüquqi şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış qaydada bu Fərmanın tələblərinə uyğun olaraq müştəri xidmətlərini “ASAN Kommunal” mərkəzlərində həyata keçirə bilərlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli *8 nömrəli qərarının 7.9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. "xxxx" ASC-nin rəsmi internet saytında yerləşdirilən məlumata əsasən istehlakçılar “NFC” firmasının istehsalı olan sayğaclarla təmin edilirlər. Smart kart enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya sayğac quraşdırılarkən təqdim olunur. Nəzərinə çatdırmaq istəyirik ki, sayğaca smart kartın verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Bakı Asan Kommunal Mərkəzinin səlahiyyətlərinə aid deyil. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.*-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Odur ki, hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Bakı Asan Kommunal Mərkəzi əsl cavabdeh hesab olunmamalıdır”. İş materialları 0*.*2.2022-ci il tarixli *08608* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 alıcı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi 3* saylı yaşayış binasının 35 saylı mənzilini satmışdır. *5.*2.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi 3* saylı yaşayış binasının 35 saylı mənzil *5.*2.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. 05.**.2024-cü il tarixli *3/*3/2-2/07-S-*232*-5/2024 saylı "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, qeyd olunan ünvanda yerləşən yaşayış sahəsinin (abonent kodu **0400*003*0035 ) smart kart tipli hesablaşma elektrik sayğacının smart kartı mənzilin sizdən əvvəlki mülkiyyətçisi olmuş şəxsdən tələb olunması lazımdır. Smart kart itirildikdə və ya sıradan çıxdıqda yenisi ilə əvəz olunması üçün “ASAN kommunal” və ya “ASAN Xidmət” məzkəzinə müraciət olunması zəruridir. Sözü gedən yaşayış sahəsi "xxxx" ASC-nin informasiya məlumat bazasında sizin adınıza qeydiyyatda deyil. Abonent məlumat bazasında sizin adınıza qeydiyyatda deyil. Abonent məlumatlarında müvafiq düzəlişlər aparılması “ASAN kommunal” və ya “ASAN Xidmət” məzkəzinə müraciət etməyi tövsiyyə olunmuşdur. İşin faktiki halları İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi, ev 3*-də yerləşən 35 saylı mənzil X* mülkiyyətində olmuş, 0*.*2.2022-ci il tarixdə həmin mənzil İddiaçı alqı-satqı müqaviləsi əsasında satılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.*. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları” 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma üçün elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.* Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi, ev 3*-də yerləşən 35 saylı mənzil Kənan Muxtarovun mülkiyyətində olmuş, 0*.*2.2022-ci il tarixdə həmin mənzil İddiaçısatılmışdır. Məhkəmə müəyyən edir ki, İddiaçı cavabdeh 3 saylı Bakı “Asan Kommunal” mərkəzinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi, ev 3*-də yerləşən 35 saylı mənzildə işıq enerjisindən istifadə üçün onun adına smart kart verilməsini istəmiş, həmin müracət aidiyyəti üzrə digər Cavabdeh* ASC-yə göndərilmişdir. Cavabdeh* ASC isə İddiaçı sözügedən mənzilə yeni smart kart verilməsindən imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, smart kart işlək vəziyyətdədirsə adına olan şəxs, yəni mənzilin keçmiş mülkiyyətçisi tərəfindən tələb olunmalı, yox əgər itirilmiş və ya sıradan çıxmışsa yenisi ilə əvəz olunması üçün müraciət oluna bilər. Həmçinin hazırda iddiaçının mülkiyyətdə olan mənzil "xxxx" ASC-nin informasiya məlumat bazasında iddiaçının adına qeydiyyatda deyil. Məhkəmə iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatlara əsasən müəyyən edir ki, Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi, ev 3*-də yerləşən 35 saylı mənzildə işıq enerjisindən istifadə üçün verilmiş smart kart işlək vəziyyətdədir, hazırda ondan istifadə edir. Lakin evin keçmiş mülkiyyətçisinin adınadır, istəyir ki, smart kart öz adına verilsin. Məhkəmə iclasında iddiaçıya tələbinin “"xxxx" ASC-nin üzərinə iddiaçı ilə müqavilə bağlamaq öhdəliyinin qoyulması” tələbi kimi dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçı bununla razılaşmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər 3 saylı Bakı “Asan Kommunal” mərkəzi və "xxxx" ASC-yə qarşı "cavabdehlərin üzərinə İddiaçı smart kart verilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi, ev 3*-də yerləşən 35 saylı mənzil üzrə elektrik enerjisinin sərfinə görə hesablaşma üçün elektrik sayğacı quraşdırılmış və smart kart verilmiş, abunəçi kimi mənzilin keçmiş mülkiyyətçisi Kənan Muxtarov tanınmışdır. Hazırda həmin smart kart işlək vəziyyətdədir və iddiaçının istifadəsindədir. Hazırda iddiaçı öz adına yeni smart kartın verilməsini istəsə də, məhkəmə qeyd edir ki, smart kartın verilməsi həmin mənzilə quraşdırılmış sayğaca münasibətdə nəzərdə tutulur. Mənzilin yeni mülkiyyətçisi olan iddiaçı isə cavabdeh "xxxx" ASC-nin üzərinə onunla müqavilə bağlanması öhdəliyinin qoyulmasını və nəticə etibarilə onun abunəçi kimi tanınmasını istəməmişdir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər 3 saylı Bakı “Asan Kommunal” mərkəzi və "xxxx" ASC-yə qarşı "cavabdehlərin üzərinə İddiaçı smart kart verilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər 3 saylı Bakı “Asan Kommunal” Mərkəzi və "xxxx" ASC-yə qarşı "cavabdehlərin üzərinə İddiaçı smart kart verilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar