Məhkəmə qərarları › İş №2(010)-2013/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2013/2024

21.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2013/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə*, Cavabdeh2 ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh2 ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. *. İddiaçı cavabdeh Suraxanı rayon Su Kanal İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, Əliheydər Qarayev küçəsində yerləşən fərdi yaşayış evi (Abonent kodu: **********000) ünvana yazılmış 240 manat cərimə borcunun və *02 manat borcun, ümumilikdə 342 (üç yüz qırx iki) manat borcun Cavabdeh2 ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Suraxanı rayon Su Kanal İdarəsinin əsl cavabdeh (Cavabdeh2 ASC) ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(0*0)- 20*3/2024 nömrəli qərardadı ilə cavabdeh X* İdarəsi əsl Cavabdeh2 ASC ilə əvəz edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23.0*.2024-cü il tarixdə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Su kanal idarəsinin işçiləri tərəfindən qanunsuz olaraq onun isdifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, Əliheydər Qarayev küçəsində yerləşən fərdi yaşayış evinə 240 manat borc yazılmışdır. Belə ki, onun həmin borcun yaranmasında heç bir təqsiri yoxdur. Bundan əlavə onun həyat yoldaşı Nümayəndə* birinci Qarabağ müharibəsində döyüşmüş və hazırda veterandır. Cavabdeh tərəfındən ona hesablanmış borc məbləği əsassızdır və həmin məbləğlər silinməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

5. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə* izahat verərək bildirmişdir ki, hazırda Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində tikilmiş fərdi yaşayış evində yaşayırlar və X* İdarəsinin əməkdaşları həmin ünvana gələrək orada video çəkiliş aparmışlar, lakin onun bundan məlumatı olmamışdır. Həmin əməkdaşlar küçədə yerləşən su borusunu bağlayaraq, içəridə yerləşən su xəttini açmışlar, lakin həmin su bakdan gəlmişdir. Həmin həyətdə yerləşən torpağın altında olan digər su xətti onlar evi aldıqları vaxtdan mövcud olmuş, lakin həmin su xəttindən istifadə etməmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırkı mübahisə ilə bağlı X* İdarəsinin əməkdaşları tərəfindən qanunsuz qoşulma barədə video çəkiliş aparılmışdır. Məhkəmə tərəfindən yerli baxış keçirilən zaman da yerdə su borusunun mövcud olduğu aşkar olunmuşdur. Həmin izlər və videoçəkiliş artıq təsdiq edir ki, saygacdan kənar qanunsuz qoşulma olmuş və saygacdan kənar qanunsuz qoşulma izləri mövcud olduğundan akt tərtib olunmuşdur. Buna görə qanunsuz qoşulma aşkar olunduğundan və onun tarixini müəyyən etmək mümkün olmadığından həyətdə yerləşən saygaca dair akt tərtib olunmuş və abonent kodu üzrə ailə tərkibi 4 nəfər 5m3olmaqla *2 aya 240 manat cərimə hesablanmışdır.

İş materialları.

7. **30*6 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh2 ASC X* İdarəsinin əməkdaşları tərəfindən 27.**.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı **********000 saylı abonent kodu üzrə abonentin sudan qeyriqanuni istifadə halı aşkar olunmuşdur.

8. Ətraflı abonent kartından görünür ki, ünvan 3 ünvanında **********000 saylı abonent İddiaçı 28.**.2023-cü il tarixdə 240 manat cərimə hesablanmışdır.

İşin faktiki halları.

9.Cavabdeh2 ASC ilə cavabdeh İddiaçı arasında 0*.0*.2008-ci il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən abonent su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərmişdir. *0. Abonent İddiaçı əhali qrupuna aid olmaqla yaşadığı mənzildə * saygac quraşdırılmış və abonent kodu **********000/207205*5 saylı kod üzrə 240 manat qanunsuz qoşulma üzrə cərimə hesablanmışdır. **. Yerində müayinə zamanı və təqdim olunmuş videoçəkilişə əsasən sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, **********000/207205*5 saylı kod üzrə saygacdan sonra qanunsuz qoşulma izləri mövcuddur. Həmin izlər artıq təsdiq edir ki, həmin saygacla bağlı qanunsuz qoşulma olmuşdur. *2. Cavabdeh2 ASC-nin nümayəndələri tərəfindən həmin ünvana baxış keçirilən zaman qanunsuz qoşulma aşkar olunduğundan və onun tarixini müəyyən etmək mümkün olmadığından həyətdə yerləşən saygaca dair akt tərtib olunmuş və abonent kodu üzrə ailə tərkibi 4 nəfər 5m3olmaqla *2 aya 240 manat cərimə hesablanmışdır.

*3.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.*. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

*4.Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 24. Su təchizatı sisteminə qoşulmağa qoyulan tələblər *. Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər: a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını; b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını; Maddə 67. Qanunsuz qoşulma *. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.

*5.“Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

3. STKM-in hüquqları 3.*. STKM-in hüquqları aşağıdakılardır: 3.*.*. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; 3.*.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək.

5. İstehlakçıların hüquqları 5.*. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.*.*. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək;

8. İstehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən * (bir) il müddətinədək hesablanır.

*6. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

*7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

*8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.*.* iddia qiyməti *.000 manatadək olduqda 30 manat Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

*9. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 ASC ilə cavabdeh İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən abonent suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən istifadə etmişdir. Abonent İddiaçı yaşadığı mənzilə X* İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və orada mövcud olan qanunsuz xəttə görə akt tərtib olunmuşdur. X* İdarəsinin əməkdaşları tərəfindən qanunsuz qoşulma barədə video çəkiliş aparılmış və müəyyən olunmuşdur ki, borunu açan zaman sudan istifadə etmək mümkündür. Həmin su borusu həyətdə torpaq sahəsinin altında basdırılmış və iddiaçı tərəf həmin borudan istifadə etmədiyini qeyd etsə də, həmin borunun hansı zərurətdən çəkilməsi və onun qanunsuz qoşulma olmaması ilə bağlı heç bir sübut təqdim etməmişdir.

20. Yerində müayinə zamanı təqdim olunmuş saygaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, **********000/207205*5 saylı kod üzrə saygacdan sonra qanunsuz qoşulma izləri mövcuddur. Həmin izlər artıq təsdiq edir ki, həmin ünvanda saygacdan kənar boru xəttinə qanunsuz qoşulma olmuşdur. Lakin iddiaçı tərəf borunu torpağın altında basdıraraq həmin boru vasitəsilə sudan qanunsuz istifadə etmədiyini, borunun hansı zərurətdən çəkilməsi və nədən bağlamadığını sübut edə bilməmişdir. 2*. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin həyətində qanunsuz çəkilmiş su xətti mövcuddur, iddiaçı həmin su xəttindən istifadə etmədiyini və həmin xəttin çoxdan mövcud olduğunu qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi isə həmin ünvanda iddiaçının sudan və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən qanunsuz istifadə etməsi ilə bağlı video çəkiliş təqdim etdiyini və bununla bağlı olaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

22. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşdüyündən və iddia tərəf qanunsuz qoşulmanın mövcud olmaması barədə hər hansı sübut təqdim etmədiyindən iddia tələbi rədd olunmalıdır.

Məhkəmə xərcləri.

23. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Lakin hazırkı iş üzrə İddiaçı istehlakçı olduğundan və iddia tələbi rədd olunduğundan ondan dövlət rüsumu tutulmamalıdır.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddiaçı Cavabdeh2 ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar