Məhkəmə qərarları › İş №2(010)-2030/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2030/2024

08.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2030/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinin notariusu Hicran Hacıyevaya və Cavabdeh2 ASC-yə qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinin notariusu Hicran Hacıyevaya Cavabdeh2 ASC-yə qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.06.202*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum X*nun adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisində V- 48/2024 saylı vərəsəlik işi üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində olan pul vəsaitini almaq üçün mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbini üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, ev *4 ünvanında yerləşən yaşayış sahəsi şəxsi mülkiyyət hüquqi ilə onun adına olub, hal-hazırda da öz ailə üzvləri ilə birlikdə burada yaşamaqla ümumi təsərrüfatı birgə idarə etmişdirlər. X* 07.06.202*-ci il tarixədək, ölən günədək o və ailə üzvləri ilə birlikdə göstərilən eyni ünvanda yaşamışdırlar. Ərindən miras əmlak olaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində pul vəsaiti qalmışdır. O, müvafiq sənədlərlə banka yaxınlaşıb ərinin adına olan pul vəsaitini almaq istəsədə, ona bildirmişdirlər ki, o, notariusdan qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim etdikdən sonra həmin pul vəsaitini verə bilərlər. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət etmiş və burada vərəsəliklə bağlı notariat işi açılmışdır, ancaq, notariat ofisi özünün 228 saylı, 30 yanvar 2024-cü il tarixli məktubu ilə ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina verilərək bildirilmişdir ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti buraxdığı üçün bununla bağlı məhkəməyə müraciət etməlidir. Onun qanunda nəzərdə tutulmuş müddətdə notariusa müraciət etməməyinin əsas səbəbi isə başının dəfn mərasimi işlərinə qarışması, eyni zamanda qanunda belə bir müddəanın olmasını bilməməyi və bu sahədə xüsusi biliyə malik olmamağı olmuşdur. Ona görə də hesab edir ki, 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzindəki Notariat Ofisinin imtinası əsassızdır və tərəfindən mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin geçikdirilməsi səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsini müdafiə edərək bildirmişdir ki, yoldaşının kartı bankda qalmışdır. Qəflətən yoldaşı rəhmətə getmiş və etibarnamə də qüvvədən düşmüşdür. Uşaqlar da o vaxt Türkiyədə idilər. Vərəsəlik məsələləri də bu səbəbdən gecikmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinin notariusu Hicran Hacıyeva və Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş materialları: 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən *8.06.202*-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, *95966 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07.06.202*-ci il tarixdə beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında *8.06.202*-ci il tarixdə 573 nömrə ilə qeyd edilmişdir. Naxçıvan MSSR İliç rayonu, Yengicə kənd soveti tərəfindən 24.02.*982-ci il tarixdə verilmiş, İİ-JQ seriyalı, 472677 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X3 24 fevral *982-ci ildə nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 24.02.*982-ci il tarixdə *0 nömrə ilə qeyd edilmişdir. Arvada Teymurova soyadı verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinin İddiaçı göndərilmiş 30.0*.2024-cü il tarixli, 228 nömrəli məktubundan görünür ki, 07.06.202*-ci il tarixdə vəfat etmiş X*nun adına V-48/2024 saylı vərəsəlik işi açılmışdır. Qanunvericiliyə uyğun olaraq, vərəsəlik şəhadətnaməsi mirasın açıldığı 6 ay keçdikdən sonra vərəsələrə verilir. Həmçinin vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətini ötürdüyünə görə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə *49. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.*. Azərbaycan Respublikası Konstitusiyasının *49-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə **33. Vərəsəlik anlayışı **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. **33.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə **34. Vərəsələr **34.*. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə **45. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə **46. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə **47. Mirasın açıldığı yer **47.*. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. **47.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Maddə **59. Qanun üzrə vərəsələr **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə *243. Mirasın qəbul edilməsi *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə *246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə *248. Mirasın qəbul edilməsi vaxtının uzadılması *248.*. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. *248.2. bu Məcəllənin *248.*-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.*. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.... Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı 07.06.202*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum X*nun adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisində V-48/2024 saylı vərəsəlik işi üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində olan pul vəsaitini almaq üçün mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbini üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinə müraciət etmiş, lakin cavab olaraq ona bildirilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın açıldığı 6 ay keçdikdən sonra vərəsələrə verilir, həmçinin, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Bildirilmişdir ki, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətini ötürdüyünə görə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən *246 və *273-*-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Lakin, bu hal notarius tərəfindən nəzərə alınmamışdır. Belə ki, mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməli, iddiaçının X* isə 07.06.202*-ci il tarixində vəfat etmiş (miras açılmış), həmin dövrdə də sözügedən maddələr qüvvədə idilər. Buna baxmayaraq, AR Konstitusiyasının *49-cu maddəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Belə olan halda, məhkəmə hesab edir ki, qüvvədən düşmüş müddəalar iddiaçıya tətbiq edilməməli, və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində olan pul vəsaitini almaq üçün mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılmalıdır. Cavabdeh2 ASC-də pul şəkildə qalmış miras əmlakla bağlı isə qeyd olunmalıdır ki, mirasın açıldığı yer daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. İddiaçı bəyan edir ki, miras qalmış pullar Cavabdeh2 ASC-dədir. Lakin, Cavabdeh2 ASC məhkəmə iclaslarında iştirak etməmiş və pulun onda olub-olması ilə bağlı məhkəməyə heç bir etiraz təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq miras əmlakının Cavabdeh2 ASC-də qalmasını bəyan etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 07.06.202*-ci il tarixdə Bakı şəhərində İddiaçı vəfat etmiş mərhum X*nun adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisində V-48/2024 saylı vərəsəlik işi üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində olan pul vəsaitini almaq üçün mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılmalıdır. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07.06.202*-ci il tarixdə Bakı şəhərində İddiaçı vəfat etmiş mərhum X*nun adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisində V-48/2024 saylı vərəsəlik işi üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində olan pul vəsaitini almaq üçün mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar