Məhkəmə qərarları › İş №2(010)-2037/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2037/2022

18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2037/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30.12.1996-cı il tarixli, 1048 saylı sərəncamının xx.xx.1954-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30.12.1996-cı il tarixli, 1048 saylı sərəncamına əsasən ona Binə qəsəbəsində B-96/6 №- li sahədə fərdi ev tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan başlayaraq qeyd edilən torpaq sahəsi onun faktiki olaraq sahibliyində olmuşdur. Həmin torpaq sahəsində ev tikmiş və ailəsi ilə birlikdə yaşayır. Verilmiş torpaq sahəsinə dair çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, bununla bağlı 30.12.1996- cı il tarixli, 1048 saylı sərəncam verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sərəncamda onun soyadı səhvən “Məcidov” əvəzinə “Məmmədov” yazılmışdır. Şəxsiyyət vəsiqəsindəki soyadı ilə sərəncamdakı soyadı eyni olmadığına görə torpağın sənədləşdirilməsi həyata keçirilməmişdir. Bununla əlaqədar o, Maraqlı şəxsnə səhvin düzəldilməsi ilə əlaqədar müraciət etmiş, lakin Maraqlı şəxsndən 11.03.2022-ci il tarixli məktubla ona bildirmişlər ki, Əzizbəyov (indiki Xəzər) RİHB-nin 1048 nömrəli, 30.12.1996-cı il tarixli sərəncami ilə ayrılmış torpaq sahəsində səhvən yazılmış Məmmədov soyadının Məcidov kimi düzəliş olunması ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədəuyğun hesab olunur. Ona görə də o, məcburiyyət qarşısında qalıb Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30.12.1996-cı il tarixli, 1048 saylı sərəncamının ona məxsus olması faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun şəxsiyyət vəsiqəsində soyadı, adı və ata adı “Ərizəçi”dur. Eyni zamanda hərbi biletində də “Ərizəçi”dur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 1048 saylı, 30.12.1996-cı il tarixli Sərəncamdan müəyyən olunur ki, ünvan 3 ünvanında yaşayan X1 Binə qəsəbəsində B-96/6 №li sahədə fərdi ev tikmək üçün 600 kv.m., torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən verilmiş 11.03.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Başçısının 1048 saylı, 30.12.1996-cı il tarixli sərəncamı ilə X1 ayrılmış torpaq sahəsində səhvən yazılmış Məmmədov soyadının Məcidov kimi düzəliş olması ilə bağlı məhkəmə orqanlarına müraciət olunmasını məqsədəuyğun hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletin tərcümə və təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 01.05.1974-cü ildə Bakı şəhəri 26 Bakı Komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdam rayonu X5 tərəfindən verilmiş nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Həmdiyə oğlu ilə X3 27.02.1982-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Məcidov”, arvada “Məcidova” soyadı verilmişdir. iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Həmdiyə oğlu xx.xx.1954-cü ildə Ağdaş rayonunda anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1954-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. Ərizəçiyə Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 1048 saylı, 30.12.1996-cı il tarixli sərəncamına əsasən Binə qəsəbəsində B- 96/6 №- li sahədə fərdi ev tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Verilmiş torpaq sahəsinə dair çıxarış almaq üçün ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin müəyyən edilmişdir ki, sərəncamda onun soyadı səhvən “Məcidov” əvəzinə “Məmmədov” yazılmışdır. Şəxsiyyət vəsiqəsindəki soyadı ilə sərəncamdakı soyadı eyni olmadığına görə torpağın sənədləşdirilməsi həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısı tərəfindən “X1 Binə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması” haqqında verilmiş 1048 saylı, 30.12.1996-cı il tarixli sərəncamın xx.xx.1954-cü il təvəllüdlü “Ərizəçi” oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısı tərəfindən “X1 Binə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması” haqqında verilmiş 1048 saylı, 30.12.1996-cı il tarixli sərəncamın xx.xx.1954-cü il təvəllüdlü “Ərizəçi” oğluna məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar