Məhkəmə qərarları › İş №2(010)-2052/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2052/2025

15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2052/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Ərizəçi X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi X3 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi X*0 ərizə ilə müraciət edərək torpağa Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportun 2*.**.*997-ci il tarixdə vəfat etmiş X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.*938-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Mərhum həyat yoldaşı X7 *93*-ci il tarixdə anadan olmuş, 2*.**.*997-ci il tarixdə vəfat etmişdir. X7 ilə *0 iyun *959-cu il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. ünvan 1 ünvanında yerləşən yaşayış evi 07.04.*999-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən verilmiş 06.05.*999-cu il tarixli Qeydiyyat vəsiqəsi ilə onun mülkiyyətindədir. Həmin evin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ona bildirmişlər ki, təqdim edilmiş texniki pasportda təsdiq edilməmiş düzəliş edilərək hüquq sahibinin adı “Evez” kimi, arxiv texniki pasportunda “Aviz” kimi və 07.04.*999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə isə “Əvəz” kimi göstərildiyindən sənədlər arasında uyğunsuzluq vardır. ünvan 1 ünvanına dair *976-cı ildə tərtib edilmiş texniki pasportda həyat yoldaşının adı rus dilinə uyğun olaraq “Evez” yazılmışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportda göstərilən “Evez” və ya “Aviz” adlı şəxs ərizəçinin mərhum həyat yoldaşı X5r. Ərizəyə əlavə etdiyi ölüm haqqında şəhadətnamədə “X7”, nikah haqqında şəhadətnamədə “X8” yazılmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında ərizəçi X3 nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, 44 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, evin sahibi X6r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin *7.07.2024-cü il tarixli «daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» bildirişdən görünür ki, ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **24095427 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətə baxılmışdır. Texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bundan başqa, təqdim edilmiş texniki pasportda təsdiq edilməmiş düzəliş edilərək hüquq sahibinin adı “Evez” kimi, arxiv texniki pasportunda “Aviz” kimi və 07.04.*999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə isə “Əvəz” kimi göstərildiyindən sənədlər arasında uyğunsuzluq mövcud olmuşdur.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.*.*6- cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun **.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digəı düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bülbülə Qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, 44 saylı ünvanın texniki pasportunda göstərilən ev sahibi X2 adı ölüm haqqında şəhadətnamədə qeyd edilən X9 ilə eyni şəxsdir. Seriya FM №00**80 saylı qeydiyyat vəsiqəsindən görünür ki, X3 adına Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İİ Bülbülə küçəsindəki 3 (üç) otaq, 52 kv m yaşayış sahəsi, *34,* kv m ümumi sahəsi olan torpaq sahəsindən ibarət 44 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 0* saylı reyestr kitabının *26 səhifəsində №30/8255 sayla 06.05.*999-cu il tarixndə qeydiyyat aparılmışdır. №409998 saylı *4.06.*988-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X** arasında *0.06.*959-cu il tarixdə nikah bağlanmışdır. Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 08.*2.*997-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 2*.**.*997-ci ildə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi X*0 ilə X7 arasında *0.06.*959-cu il tarixdə nikah bağlanmışdır. X7 2*.**.*997-ci tarixdə vəfat etmişdir. Ərizəçi Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, 44 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport”da X8 yazılmış hissənin X* oxunmaqla həmin sənədin X7 oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, 44 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da ev sahibi kimi X8 qeyd edilmişdir. İş materiallarından görünür ki, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, 44 saylı yaşayış evi ərizəçinin xüsusi mülkiyyyətindədir. Nikah haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamələrdən görünür ki, ərizəçinin ərinin adı Əvəz olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq texniki pasportda ərizəçinin ərinin adının düzgün qeyd edilmədiyinə baxmayaraq həmin texniki pasport ərizəçinin əri X4 məxsus olmuşdur. Üstəlik, bu səhvin aradan qaldırılması üçün ərizəçi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, 44 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un X8 yazılmış hissəsinin X* oxunmaqla həmin sənədin 2*.**.*997-ci il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, 44 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un X8 yazılmış hissəsinin X* oxunmaqla həmin sənədin 2*.**.*997-ci il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar