Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-206/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə komissiyasına) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə komissiyasına) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı 08.01.1989-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, ailə üzvləri və qızı X4 ilə birlikdə yaşayırıq. 08.01.1989-cu il təvəllüdlü qızı X4 ikinci dərəcəli əlildir və müxtəlif vaxtlarda müalicə olunsa da nəticəsi olmamışdır. Qızına özü baxır, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, tək harasa çıxmağa qoymur. O, qızının üzərində qəyyum təyin olunmaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, Suraxanı rayonu İcra Hakimiyyəti özünün C-53-099 nömrəli, 02.09.2021-ci il tarixli məktubu ilə qızının "fəaliyyət qabiliyyəti olmayan sayılması ilə bağlı" məhkəməyə müraciət etməsi izah olunmuşdur. X9 adlı şəxslə rəsmi nikahda olsa da onun həyat yoldaşı X5 23.08.2012-ci ildə Rusiya Federasiyasına çıxıb getmiş və bir daha geri qayıtmamışdır, onunla qızının heç bir əlaqəsi yoxdur. Qızına, həmçinin nəvəsinə özü baxır. Qızına sonuncu qoyulmuş diaqnoz “Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda-4- 5 dəfə) orta dərəcəli ağıl zəşfliyi üzvü mənşəli şəxsiyyət pozunluğu, baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri” diaqnozu olmuşdur. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 18.08.2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Mustafayev Ramin ilə X4 arasında nikah 18.08.2012-ci ildə bağlanmışdır. Əmircan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 01.02.1989-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 08.01.1989-cu ildə doğulmuş və valideynləri X6 və Ərizəçidır. Azərbaycan Respublikası Əm əvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından müəyyən olunur ki, 08.01.1989-cu il təvəllüdlü X4 ikinci dərəcəli əlildir. Suraxanı rayon İcra Hakimiyyətinin 02.09.2021-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, 08.01.1989-cu il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 06.01.2022-ci il tarixli 34 saylı rəyindən görünür ki, X3 "baş beyinin üzvi (epilepsiya mənşəli) xəstəliyi nəticəsində yaranan demensiya (ağıl zəifliyi)” (F 02.8) qeyd olunur. Bunu mülki iş materialları, anamnestik məlumatlar (8 yaşında qıcolma tutmalarının müşahidə edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının arayışında İİ qrup əlil olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya XəstəxanasT-da “Tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları və ağıl zəifliyi” diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 “Baş-beyinin üzvi xəstəliyi (epilepsiya) nəticəsində tez-tez baş verən qıcolma tutmaları (ayda 4-5 dəfə) ağıl zəifliyi ilə” diaqnozu ilə müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyini pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. 08.01.1989-cu il təvəllüdlü X3 baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yaranan demensiya (ağıl zəifliyi) müəyyən edilir. Tibbi sənədlərə və verilmiş anamnestik məlumatlara əsasən, M.Q.Cavadova 8 yaşından epilepsiya xəstəliyindən əziyyət çəkmiş və həmin xəstəliyin fonunda onda demensiya (ağıl zəifliyi) müəyyən edilmişdir. 08.01.1989-cu il təvəllüdlü X3 tibbi sənədlərə əsasən orta dərəcəli ağıl zəifliyi müəyyən edilir. 08.01.1989-cu il təvəllüdlü X4 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də, M.Q.Cavadovam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. 08.01.1989-cu il təvəllüdlü X4 psixi vəziyyətinə görə məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 08.01.1989-cu il təvəllüdlü X4 Ərizəçi qızıdır. Ərizəçinin qızı Ərizəçi baş beyinin üzvi (epilepsiya mənşəli) xəstəliyi nəticəsində yaranan demensiya (ağıl zəifliyi)” (f 02.8) qeyd olunur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 08.01.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.01.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-206/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-206/2022
16.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver