Məhkəmə qərarları › İş №2(010)-2076/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2076/2023

01.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2076/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi. *. Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *948-ci il təvəllüdlü anası X9 qızının və **.05.*984-cü il təvəllüdlü qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələrini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 08.05.*947-ci il təvəllüdlü anası X9 qızının və **.05.*984-cü il təvəllüdlü qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələrini xahiş etmişdir. Tələbin dəlilləri.

2. O, xx.xx.*974-cü il tarixdə Almaniya Federativ Respublikasının Veymar şəhərində anadan olmuşdur. ünvan 1 ünvanda yaşayır. Qeyd edir ki, X9 qızı anasıdır, **.05.*984-cü il təvəllüdlü X7 isə qardaşıdır. Onlar hər ikisi Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinikasında qeydiyyatdırlar. Daim kənar şəxsin köməyinə ehtiyacları vardır. Onlar öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir.

Tərəflərin izahatları.

3. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş materialları.

5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*974-cü il tarixdə anadan olmuşdur. X*, anası X9 qızıdır.

6. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 **.05.*984-cü il tarixdə anadan olmuşdur. X*, anası X9 qızıdır.

7. AZ seriyalı, *48908 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 qızı 05 avqust *970-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra ərə Rzayev, arvada Rzayeva soyadı verilmişdir.

8. AR TƏBİB Sumqayıt Tibb Mərkəzi PHŞ-nin 3 nömrəli Xəstəxanasının Sumqayıt Regional Vəkil bürosunun vəkili Salman Qasımovun sorğusuna ünvanlanan xx.xx.2022-ci il tarixli, 257 nömrəli cavab məktubundan görünür ki, **.05.*984-cü il təvəllüdlü X7 və *948ci il təvəllüdlü X9 qızı Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetində ambulator və dispanser müşahidədədirlər.

9. AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin Sumqayıt Regional Vəkil bürosunun vəkili Salman Qasımovun sorğusuna ünvanlanan *3.05.2023-cü il tarixli, 7*98 nömrəli cavab məktubundan görünür ki, 08.05.*947-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan X9 qızı *5.*0.2020-ci il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul edilmişdir. Hazırda müalicəsi davam edir (Diaqnoz : İnvolyusion paranoid) *0. AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin Sumqayıt Regional Vəkil bürosunun vəkili Salman Qasımovun sorğusuna ünvanlanan *3.05.2023-cü il tarixli, 7*74 nömrəli cavab məktubundan görünür ki, *984-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan X7 *2.03.202*-ci il tarixdə xəstəxanaya məcburi müalicəyə qəbul edilmişdir. Hazırda məcburi müalicəsi davam edir (Diaqnoz : Şizofreniya, paranoid forma) **. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*0 xx.xx.2023-cü il tarixli, 2*40 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X9 qızında İnvolyusion paranoid (F22.8) xroniki xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar – 2006-cı ildən psixi xəstəlikdən əziyyət çəkməsi, 3 nömrəli Sumqayıt poliklinikasında və Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müalicədə olması, *5.*0.2020-ci il tarixdən AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də İnvolyusion paranoid diaqnozu ilə stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyyətə qeyri-adekvat tərzdə daxil olması, təfəkkürünün paroloqik olması, bəzən rabitəsiz cümlələr söyləməsi, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. Bütün bunlar X9 qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsas verir. X9 qızı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X9 qızında hal hazırda İnvolyusion paranoid xroniki psixi xəstəliyinə xas olan əlamətlər olduğundan onun məhkəmə iclasında iştirak etməsi məqsədəmüvafiq deyil. *2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*0 xx.xx.2023-cü il tarixli, 2*65 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X4 X2 Emosional - X6 İlə (F20) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar- 20*5-ci ildən psixi xəstəlikdən əziyyət çəkməsi, dəfələrlə Sumqayıt Şəhər Ruhi-əsəb Xəstəlikləri Dispanserində “X2” diaqnozu ilə müalicə olunması, 2020-ci ildə “X2” diaqnozu ilə SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də məcburi müalicədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, eşitmə hallüsinasiyalarını təsvir etməsi, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bütün bunlar X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsas verir. X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X4 hazırda “X2 emosional – X6 ilə xroniki psixi xəstəliyi qeyd olunduğundan onun məhkəmə iclasında iştirak etməsi məqsədəmüvafiq deyildir.

İşin faktiki halları.

*3. İş materiallarında olan sənədlərə və rəylərə əsasən 08.05.*947-ci il təvəllüdlü X9 qızının və **.05.*984-cü il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmamaları işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

*4. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 3*7. Ərizənin verilməsi 3*7.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

*6. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. *7. Belə ki, tərəfin izahatından və iş materiallarından müəyyən olunur ki, 08.05.*947ci il təvəllüdlü X9 qızı və **.05.*984-cü il təvəllüdlü X7 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildirlər. Qeyd olunan hallar eksper rəylərində öz əksini tapmışdır. Məhkəmə təqdim edilmiş ekspert rəylərini mötəbər sübut kimi qəbul edir və tənqidi yanaşılması üçün əsas görmür.

Məhkəmə xərcləri.

*8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *9. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, məhkəmə ərizəçini dinləyib, məhkəmə psixitarik ekspertizasının rəylərini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 08.05.*947-ci il təvəllüdlü X9 qızı və **.05.*984cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. 08.05.*947-ci il təvəllüdlü X9 qızı və **.05.*984-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar