Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2083/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X7 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi Maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X* iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əri 03.09.*970-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri və əri X5 ilə (Khanlar Makhmudov) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi S.Bəhlulzadə küçəsi, döngə *7, ev 2-də birlikdə yaşayırlar. 03.09.*970-ci il təvəllüdlü əri X5 (Khanlar Makhmudov) uzun müddətdir ki, xəstədir. Belə ki, o, üzvü mənşəli (posttravmatik ensefalopatiya nəticəsində) demensiya, psixatik hallar və s. xəstəliklərindən əziyyət çəkir. Ərinə o baxır, belə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, tək harasa çıxmağa qoymur, əri öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir.Onun yaddaşı yoxdur, öz fikirlərini izah etmək qabiliyyəti yoxdur. Ümumiyyətlə özü-özünü idarə etmək qabiliyyətinə malik deyildir. O ərinin üzərində qəyyum təyin olunması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayonu İcra Hakimiyyəti özünün M-44-099 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə qızının "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı " məhkəməyə müraciət etməli olduğunu bildirdi. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 ərizəyə münasibətdə etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZ-İ 6674*4 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi 05.04.20**-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuşlar. - AR SN Bakı şəhəri Baş Səhiyyə İdarəsinin *5 saylı BŞX-nin *5.03.2022-ci il tarixli arayışından görünür ki, X5 üzvü mənşəli (posttravmatik ensefalopatiya nəticəsində) demensiya, psixatik hallar və s. diaqnozu ilə müəssisənin psixiatriya kabinetində dispanser qeydiyyatındadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli *6*2 nömrəli rəyindən görünür ki, X3 “baş-beynin üzvi xəstəliyi ilə əlaqədar olaraq yaranan demensiya (ağıl zəifliyi)” müəyyən edilir. X.H.Mahmudovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Belə ki, o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X2 fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və 03.09.*970-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 03.09.*970-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakl Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2083/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2083/2022
22.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver