Məhkəmə qərarları › İş №2(010)-21/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-21/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-21/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçı “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, iddiaçı “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətinin (yenidən təşkil olunmaqla yaradılan İddiaçı X10 X6 Cəmiyyətinin) Cavabdeh1 və qeyrilərinə qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “İddiaçıbank” ASC) (yenidən təşkil olunmaqla yaradılan İddiaçı BOKT ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X3 və Cavabdeh7 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 10 fevral tarixli 012/15/PBN №-li kredit müqaviləsinə əsasən 100.934,95 ABŞ dolları əsas, 102.729,28 ABŞ dolları hesablanmış faiz, 201.734,47 ABŞ dolları dəbbə pulu, cəmi 405.398,70 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 54.000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binanın Cavabdeh1 mülkiyyətindəki 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binanın Cavabdeh1 mülkiyyətindəki 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzildən orada yaşayan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 çıxarılması, mənzilin boşaldılması, ipoteka predmetinin 62.500 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətindəki 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətindəki 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzildən orada yaşayan Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və X2 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə etiraz etmir və ipoteka predmetlərinin rəydəki kimi qiymətləndirilməsinə razıdır. Bundan əlavə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində qeyd edilən faizlərlə də razıdır. Buna baxmayaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, İddiaçı BOKT ASC-nin “Nərimanov” filialından 2015-ci il 10 fevral tarixli 012/15/PBN №-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 36 ay müddətinə 125.000 ABŞ dolları borc almışdır. Həmin borcların təminatı olaraq onun və şəriki İlhamın mülkiyyətində olan evlər bank qarşısında girov qoyulmuşdur. Evlərin qiyməti aşağı qiymətləndirildiyi üçün ekspertiza keçirilmiş, lakin ekspertizanın rəyi qənaətbəxş olmamışdır. Belə ki, onların yaşadığı evlərin hazırki qiyməti 100000 manatdan artıqdır. Hətta müqavilə bağlanılan zaman da evlərin qiyməti yüksək olmuş, lakin bank tərəfindən aşağı qiymətləndirilmişdir. Bundan əlavə, mühasibatlıq ekspertizasının rəyi ilə qismən razı oldğunu bildirərək qeyd etdi ki, əsas borc məbləği ilə razı olsa da, faiz məbləği yüksək göstərilmişdir. Buna görə də faiz borcunun azaldılmasını və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, Cavabdeh1 ilə şərik olmuşdur və Sədərəkdə xalça satmaqla məşğul olmuşlar. Məhz ticarət məqsədilə Cavabdeh1 adına kredit götürmüşlər və borclarının çox hissəsini qaytarmışlar. Lakin devalvasiya səbəbilə dolların kursu qalxdıqdan sonra bank tərəfindən onların kredit borcları həddindən artıq şişirdilmişdir. Buna görə də o, ekspert rəyi ilə razı olmadığını qeyd edərək bildirdi ki, borc məbləğləri şişirdilmiş həddə hesablanmış və ödənilən məbləğlər nəzərə alınmamışdır. Bundan əlavə, o bildirdi ki, ipoteka predmetlərinin qiymətləri ilə də razı deyildir, çünki həmin zaman müqavilə formal olaraq bağlanıldığı üçün aşağı dəyərdə qiymətləndirilmişdir. Buna görə də evlərin qiyməti aşağı qiymətləndirildiyi üçün ekspertiza keçirilmiş, lakin ekspertiza ədalətli rəy verməmişdir. Belə ki, onun hazırki evinin qiyməti təxminən 110000 manat təşkil edir. Lakin ekspert evin qiyməti ilə bağlı aşağı rəy vermişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınması və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 012/15/PBN №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 “İddiaçıbank” ASC-nin “Nərimanov” filialından illik 20 faizlə 36 ay müddətinə evin təmiri məqsədilə 125.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, “İddiaçıbank” ASC tərəfindən Cavabdeh1 125.000 ABŞ dolları məbləğində vəsait verilmişdir. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək faiz ödənişi cəmi 42.228 ABŞ dolları, əsas məbləğ ödənişi 125.000 ABŞ dolları olmaqla, cəmi 167.228 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 781 nömrəli reyestr kitabının 72899 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1892 nömrəli reyestr kitabının 174431 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli, 254/13/PBN №-li ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2017-cü il tarixli 254/13/PBN №-li kredit müqaviləsi üzrə borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil “İddiaçıbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və müstəqil qiymətləndiricinin rəyinə əsasən ipoteka predmetlərinin dəyəri müvafiq olaraq 47.000 manat məbləğində müəyyən edilmişdir (bənd 3.1). xx.xx.2013-cü il tarixli, 254/13/PBN №-li ipoteka müqaviləsinə xx.xx.2015-ci il tarixli 03 №-li əlavədən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzil və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil “İddiaçıbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetlərinin dəyəri müvafiq olaraq 54.000 və 62.500 manat məbləğində müəyyən edilmişdir (bənd 2.2). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzil “İddiaçıbank” ASC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 36 ay müddətinədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil “İddiaçıbank” ASC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 36 ay müddətinədək müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli, 612/16 nömrəli bankın xəbərdarlıq məktublarından müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcun 3 gün müddətində tam ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 100.934,95 ABŞ dolları əsas, 102.729,28 ABŞ dolları hesablanmış faiz, 201.734,47 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 405.398,70 ABŞ dolları borcu məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 23394 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “borcalan” Cavabdeh1 tərəfindən “İddiaçıbank” ASCdən alınmış kredit vəsaiti üzrə Banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir. xx.xx.2018-ci il tarixə əsas kredit borcu üzrə 100.994,52 ABŞ dolları, faiz borcu üzrə 44.662,02 ABŞ dolları, xx.xx.2018-ci il tarixə əsas kredit borcu üzrə 100.994,52 ABŞ dolları, faiz borcu üzrə 46.289,15 ABŞ dolları. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının (köhnə adı - “X7 və Hüquq Şirkəti” MMC) xx xxxxxx 2020-ci il tarixli, 246 №-li ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, “AB” y/s, Yeni Günəşli qəsəbəsində 8 №-li binanın 117 №-li mənzili, 9 mərtəbəli lelinqrad tipli pael konstruksiyadan inşa edilmiş binanın 5-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi, 74,32 m2 olan üş yaşayış otağından və yardımçı sahələrdən ibarət olan orta təmirli mənzilin hazırkı və xx xxxxxx 2015-ci il tarixə orta bazar qiyməti 81.600 manat müəyyən edilir. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 90 №-li binanın 10 №-li mənzilin, 9 mərtəbəli lelinqrad tipli xarici və daxili divarları paneldən inşa edilmiş binanın 6-cı mərtəbəsində yerləşməklə ümumi sahəsi 80,4 m2 olan üç yaşayış otağından və yardımçı sahələrdən ibarət olan zəif təmirli mənzilin hazırkı və xx xxxxxx 2015-ci tarixə orta bazar qiyməti 82.000 manat müəyyən edilir. Qeyd: Bakı şəhəri, Suraxanı rayonu, “AB” yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində və Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən binalarda mənzilin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 kredit müqaviləsi üzrə 100.934,95 ABŞ dolları əsas, 44.662,02 ABŞ dolları faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 201.734,47 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 100 ABŞ dolları müəyyən edilməlidir. xx.xx.2016-cı il tarixli, 575/16 №-li bildirişdən görünür ki, “İddiaçıbank” ASC tərəfindən Cavabdeh1 borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2016 və xx.xx.2016-cı il tarixli ərizələr ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və xx.xx.2016-cı il tarixdə bildirişlər qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzil və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil “İddiaçıbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının (köhnə adı - “X7 və Hüquq Şirkəti” MMC) xx xxxxxx 2020-ci il tarixli, 246 №-li ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, “AB” y/s, Yeni Günəşli qəsəbəsində 8 №-li binanın 117 №-li mənzili, 9 mərtəbəli lelinqrad tipli pael konstruksiyadan inşa edilmiş binanın 5-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi, 74,32 m2 olan üş yaşayış otağından və yardımçı sahələrdən ibarət olan orta təmirli mənzilin hazırkı və xx xxxxxx 2015-ci il tarixə orta bazar qiyməti 81.600 manat müəyyən edilir. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 90 №-li binanın 10 №-li mənzilin, 9 mərtəbəli lelinqrad tipli xarici və daxili divarları paneldən inşa edilmiş binanın 6-cı mərtəbəsində yerləşməklə ümumi sahəsi 80,4 m2 olan üç yaşayış otağından və yardımçı sahələrdən ibarət olan zəif təmirli mənzilin hazırkı və xx xxxxxx 2015-ci tarixə orta bazar qiyməti 82.000 manat müəyyən edilir. Ona görə də hesab olunur ki, rəyə əsasən ipotekaya qoyulmuş əmlakların qiymətləri ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir. Məhkəmə ipoteka predmeti satıldıqdan sonra onun cavabdehlərin həmin əmlakdan çıxarılması və mənzilin boşaldılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə təmin olunmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarında olan ərizələrdən görünür ki, cavabdehlər mənzilə tutma yönəldiyi halda mənzili tərk edəcəklərini öhdələrinə götürmüşlər. Buna görə də məhkəmə hesab edir ki, sözügedən mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və cavabdehlər həmin evi tərk etmədiyi halda onlar həmin evdən çıxarılmalıdırlar. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi olaraq 1000 manatın cavabdehdən tutulması hissəsində də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi olaraq 1000 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə qoşmada hüquqi yardım haqqında müqavilənin surəti və mədaxil qəbzinin əlavə edildiyi göstərilsə də, həmin müqavilənin surəti və müvafiq qəbz iddia ərizəsinə əlavə edilməmiş və məhkəmə proseslərində təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 100.934,95 ABŞ dolları əsas, 44.662,02 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 145696,97 ABŞ dolları məbləğində borc tutulmalı, tələb Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilə və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilə yönəldilməli, göstərilən əmlakların ilkin satış qiymətləri müvafiq olaraq 81.600 və 82.000 manat məbləğində müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan məbləğ hesabına Cavabdeh1 banka olan borcu ödənilməli, satışdan əldə olunmuş məbləğdən banka olan borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılmalı, tələb Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilə və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilə yönəldikdə və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və cavabdehlər həmin evi tərk etmədiyi halda onlar həmin evdən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10,80 manat məbləğində pul Cavabdeh1 İddiaçı X10 X6 Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 19,20 manat hissəsi İddiaçı X10 X6 Cəmiyyətinin özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 145 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 manat pul isə Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 100.934,95 ABŞ dolları əsas, 44.662,02 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 145696,97 (bir yüz qırx beş min altı yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc İddiaçı X10 X6 Cəmiyyətinin xeyrinə tutulsun. Tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilə və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilin ilkin satış qiyməti 81.600 (səksən bir min altı yüz) manat, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilin ilkin satış qiyməti isə 82.000 (səksən iki min) manat müəyyən edilsin. İpotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzil və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 145696,97 (bir yüz qırx beş min altı yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc İddiaçı X10 X6 Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. İpotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzil və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və X5 həmin evi tərk etmədiyi halda onlar həmin evdən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10,80 (on manat səksən qəpik) manat məbləğində pul Cavabdeh1 İddiaçı X10 X6 Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 19,20 (on doqquz manat iyirmi qəpik) manat hissəsi İddiaçı X10 X6 Cəmiyyətinin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: Dövlət Xəzinədarlığı Agentliyip, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının hesabına (Kapital Bank ASC Gənclik Mall filialı, Kod: 201025, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, M/h: AZ37NABZ013501**********1944, VÖEN: **********, Hesab: AZ53AİİB**********0433315142) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar