Məhkəmə qərarları › İş №2(010)-21/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-21/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-21/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Nadir qızının iştirakı ilə İddiaçı Nadir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinin boşaldılması və evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Nadir qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X4, ev 42A ünvanında yerləşən evdən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus əşyaların çıxarılması, mənzilin tam şəkildə boşaldılması və onun (İddiaçı Nadir qızının) həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nadir qızı izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2(010)-461/2020 saylı qətnaməsinə əsasən onunla (İddiaçı Nadir qızı) Cavabdeh3 arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X4, ev 42A ünvanında yerləşən yaşayış evinin alqı-satqısına dair Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanmış 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və bu müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət qeydiyyatının, yəni Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 25 sentyabr 2018-ci il tarixli Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilərək, göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdır. Həmin qətnamə əsasında onun (İddiaçı Nadir qızının) adına verilmiş 31 may 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, X4, ev 42A ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət növü xüsusi, ümumi sahəsi 35,60 kv.m, torpaq səhəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, tam formada onun (İddiaçı) adına qeydiyyata alınmışdır. O, həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək istəyərkən məlum olmuşdur ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göstərilən yaşayış evinə şəxsi əşyalarını yığaraq, evin qapılarını qıfıllamışlar. Bu səbəbdən o, (iddiaçı Zəhra Bayramova) yaşayış evinə daxil ola bilməmiş və onun həmin evdən istifadə etməsi qeyri-mümkün olmuşdur. Belə ki, göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X4, ev 42A (əvvəlki Fabrikni küçəsi 42 A) ünvanında yerləşən mənzildən özlərinə məxsus əşyaları çıxarmalı və mənzil tam şəkildə boşaldılmalı və o, həmin evə köçürülməlidlr. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı Nadir qızının cavabdeh X1 və qeyrilərinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-461/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Nadir qızı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X4, ev 42A ünvanda yerləşən yaşayış evinin alqı-satqısına dair ünvan 4 sentyabr 2018- ci il tarixdə 4Ə-173 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 25 sentyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlak əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 782/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-461/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı Nadir qızı tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3556/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 782/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X2 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X4, 42A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə İddiaçı Nadir qızının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-461/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilərək İddiaçı Nadir qızı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X4, ev 42A ünvanda yerləşən yaşayış evinin alqı-satqısına dair ünvan 4 sentyabr 2018- ci il tarixdə 4Ə-173 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 25 sentyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-782/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh3 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-461/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3556/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı Nadir qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kallegiyasının 2(103)-782/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Nadir qızının cavabdeh X1 və qeyrilərinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-461/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Nadir qızı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X4, ev 42A ünvanda yerləşən yaşayış evinin alqı-satqısına dair ünvan 4 sentyabr 2018-ci il tarixdə 4Ə-173 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 25 sentyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlak əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-782/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-461/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı Nadir qızı tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3556/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-782/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilə dair mülkiyyət sənədi iddiaçının adına olsa da, həmin sənədin iddiaçının adına rəsmiləşdirilməsinə dair əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Mülki Prosessual Məcəllənin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edildiyindən, iş üzrə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından İddiaçı Nadir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinin boşaldılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd olunmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Nadir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinin boşaldılması və evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar