Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2101/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstelsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra mətndə “Cavabdeh” İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İB tərəfindən onun ünvan 1 ünvanına (abonent kodu: **********01480) əsassız olaraq cərimə kimi yazılmış 484 manat əsassız borcun silnməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh «Cavabdeh» istehsalat Birliyi tərəfindən ünvan 2 ünvanda ona məxsus evin SOCAR şirkətinin qoyduğu Smart kart hesablayıcı qaz sayğacı 07.10.2020-ci il tarixdə dəyişdirilərək yeni mexaniki qaz sayğacı qoyulmuşdur. Qaz sayğacı dəyişdirildikdən sonra "Cavabdeh" X1 rayon şöbəsinin nümayəndələri tərəfindən evinə verilən qaza görə cərimə hesablanmışdır. O, həmin cərimə borcun yazılmasından sonradan xəbər tutmuşdur. O, hansı səbəbdən evinə verilən qaza görə cərimə yazılmasını soruşduqda onlar qazdan istifadəyə görə əvvəlki sayğacın nasaz vəziyyətdə olması ilə bağlı yazıldığını bildirdilər. Onların onun sayğacına yazdığı 484 manat cərimə borcu tamamilə qanunsuzdur. Həmin evdə təbii qazdan istifadə SMART-kart sayğacı olduğuna görə pul məbləği əvvəlcədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə heç bir borcu olmamışdır və aralarında hər hansı mübahisə yaşanmamışdır. Çünki o, istelakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə ödənişi vaxtlı vaxtında yerinə yetirmişdir. Bundan əlavə, sayğac çöldə yerləşir və ona nəzarət məhz istehsalçının borcudur. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı 07.10.2020-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğac smart kartla əvəzlənmişdir. Sayğacdakı problem o olmuşdur ki, sayğac mənfiyə işləmiş və iddiaçının ödədiyi məbləğ kifayət etməmiş, ona görə də qalıq borc qalmışdır. Göründüyü kimi iddiaçının ünvanına yazılmış borc məbləği məhz sayğac borcuna görədir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 21.11.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 406 nömrəli reyestr kitabının 38059 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı 07.10.2020-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğac smart kartla əvəzlənmişdir. 26.11.2020-ci il tarixli abonent saldosundan görünür ki, ünvan 1 ünvanına (abonent kodu: **********01480) 484 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X3”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Cavabdeh” İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı 07.10.2020-ci il tarixli aktına əsasən ünvan 1 ünvanına hesablanmış 484 manat məbləğində borc ləğv olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı 07.10.2020-ci il tarixli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********01480) hesablanmış 484 (dörd yüz səksən dörd) manat məbləğində borc ləğv olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-2101/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2101/2021
19.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver