Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2107/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının *539 saylı, 07.09.*998-ci il tarixli torpaq sahəsi və fərdi yaşayış evinə dair Sərəncamın ona aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi. 73.*. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 74. Nümayəndənin səlahiyyəti. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə **4.*. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: **4.*.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; Maddə 260.*. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Maddə 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3*.03.20**-ci il Qərarı 6.2. Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələbləri baxımından nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti (İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması) lazımı qaydada rəsmiləşdirilməli və qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə təmsil edilənin adından hansı səlahiyyətləri həyata keçirə bilməsi dəqiq göstərilməlidir. Lakin özünü Ərizəçi nümayəndəsi qismində təqdim edən Nümayəndə məhkəmədə iş aparmaq səlahiyyəti qanuna uyğun olaraq ona verilmiş etibarnamədə rəsmiləşdirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Nümayəndə ərizəçinin adından onun nümayəndəsi kimi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəni imzalamaq səlahiyyəti olmamışdır. Odur ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddəyə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3*.03.20**-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizənin baxılmamış saxlanılması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən Ərizəçi ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödədiyi *00 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, *390667087 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, *390667087 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizəçi ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2107/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2107/2024
16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver