Məhkəmə qərarları › İş №2(010)-2109/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2109/2021

30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2109/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhər Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 30 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi Bakı şəhər Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaraçuxur qəsəbəsi T.Şirinov küçəsi ev 3, mənzil 4-də qeydiyyatda olan X18 07 yanvar 2021-ci il tarixdə vəfatı ilə bağlı ölüm faktının, X18 ölüm haqqında şəhadətnaməsinin ala bilməsi üçün onunla Ərizəçi qohumu olması faktlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 2011-ci ildən onun xüsusi mülkiyyətindədir. Həmin evdə onun uzaq qohumum olan X26 qeydiyyatda olmuş və yaşamışdır. X26 07 yanvar 2021-ci ildə xəstəlik səbəbindən 3 nömrəli Bakı şəhər Xəstəxanasında vəfat etmişdir. O, mərhumun cənazəsini xəstəxanadan götürmüş, onu yudurtmuş, xaçpərəst adəti ilə basdırılması üçün yeni libaslar almış, qəbiristanlıqda yer götürərək onu xaçpərəst adətlərinə əsasən dəfn etmiş, keşişlə danışaraq onun üçün dualar oxunulmasını xahiş etmişdir və bütün bu xərcləri də özü çəkmişdir. Lakin xəstəxana ona X18 ölümü haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsindən imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, o, onun yaxın qohumu - oğlu, atası, həyat yoldaşı deyildir. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiyindən Maraqlı şəxs ona X18 ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. X18 07 yanvar 2021-ci ildə vəfat etməsini 3 №li Şəhər Klinik Xəstəxanasının X18 dəfn olunması üçün verdiyi arayış təsdiq edir. X3 mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması və digər sənədləşmə işlərinin aparılması zərurəti ilə bağlı ölüm haqqında şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar olaraq, Bakı şəhəri Qaraçuxur qəsəbəsi T.Şirinov küçəsi ev 3, mənzil 4-də qeydiyyatda olan X18 07 yanvar 2021-ci il tarixdə vəfatı ilə bağlı ölüm faktının, X18 ölüm haqqında şəhadətnaməsinin ala bilməsi üçün onunla Ərizəçi qohumu olması faktlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olan X26 ilə qohum olması faktının müəyyən edilməsini xahiş etmişdir. Həmçinin onu bildirmişdir ki, qohumluq faktının müəyyən edilməsi tələb edilən şəxsin qeydiyyatda olduğu ünvanla bağlı ASAN xidmətin məhkəməyə təqdim edilmiş arayışında həmin şəxsdən başqa qeydiyyat yerində başqa şəxs qeydiyyata alınmamışdır, ölümünün müəyyən edilməsi tələb edilən şəxsin nikaha daxil olduğu X10 nikahı isə 26.02.2003-cü ildə pozulmuşdur. Bütün bu qeyd edilənlər, habelə X20 ərinin və övladlarının olmaması kimi hallar məhkəmə iclasında dinlənilən şahid ifadələri ilə də təsdiqlənir. Həmçinin onu bildirirmişdir ki, qohumluq faktının müəyyən edilməsi tələb edilən X20 Ərizəçi mülkiyyətində olan mənzilində qeydiyyatda olması və ölənə qədər həmin mənzildə yaşaması, onun tərəfindən dəfn edilməsi, onun məzarını səliqə ilə saxlaması (fotoşəkillərlər təsdiqlənir), habelə yuxarıda sadalanan sənədlərin iddiaçının ailə arxivində olması bir daha onların qohumluq əlaqəsində olmalarım, habelə ölən şəxsin ailəsinin və övladlarının olmamasını təsdiq edir. X29 ilə qohumluq faktının və habelə mənzil üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsi üçün həmin şəxsin ölüm faktının müəyyən edilməsi hal-hazırda zəruridir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini bir daha xahiş edir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 26 fevral 2003-cü il tarixli, AZ seriyalı 014935 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X16 və X26 26 fevral 2003-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 aprel 2003-cü il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. Ərə Novruzov soyadı, arvada Novruzova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən AZ-İ seriyalı 341727 saylı, 12 may 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X21 06 may 2009cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 may 2009-cı il tarixdə 341727 sayla qeyd edilmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsi 3 №-li şəhər Klinik Xəstəxanası tərəfindən verilmiş arayışa əsasən, X26 07.01.2021-ci il tarixində 3№-li şəhər Klinik xəstəxanasında vəfat etmişdir. İş materiallarında olan Asan 5 tərəfindən verilmiş ******* saylı 08.06.2021-ci il tarixli arayışa əsasən, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda X26 da qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 160-05/75 saylı 24.02.2021ci il tarixli məktuba əsasən, müraciətdə Ərizəçi uzaq qohumu X18 07.01.2021-ci il tarixdə vəfat etdiyini və ölüm haqqında şəhadətnamənin alınmasına köməklik göstərilməsini xahiş edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi nəzərdən keçirilərkən X18 ölümü ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Müraciətə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən ölüm haqqında tibbi şəhadətnamənin deyil, 3 nömrəli şəhər klinik xəstəxanasının arayışının əlavə olunduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”-nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədikdə tərəflərindən ölüm haqqında akt qeydini tərtib etmək mümkün deyildir. İş materiallarında olan Orconikidze (Suraxanı) rayon qeydiyyat şöbəsi tərəfindən A3 seriyalı ******* nömrəli, 05.01.1961-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X22 03.12.1960-cı il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 05 yanvar 1961-ci il tarixdə 16 sayla qeyd edilmişdir. Ata qrafasında Ərizəçi Nikolayeviç, ana qrafasında X30 qeyd edilmişdir. İş materiallarında olan Orconikidze (Suraxanı) rayon qeydiyyat şöbəsi tərəfindən A3 seriyalı 283227 nömrəli, 30.01.1989-cu il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Deputatov Aleksandr İqoryeviç xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 30 yanvar 1989-ci il tarixdə 137 sayla qeyd edilmişdir. Ata qrafasında Deputatov İqor Aleksandroviç, ana qrafasında X19 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 14 noyabr 1996-cı il tarixli, İİ-ЖГ seriyalı 321388 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X32 və X19 14 noyabr 1996-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 14 noyabr 1996-cı il tarixdə 164 nömrə ilə qeyd edilmişdir. Ərə Deputatov soyadı, arvada Mixaylovna soyadı verilmişdir. Azərbaycan SSR Bakı şəhri Orconikidze rayonu VVAŞ şöbəsi tərəfindən qeyd alınmış sentyabr 1953-cü il tarixli evlənmə haqqında akt qeydinə əsasən X33 və Anikina (Deputatova) Antonina Nikolayevna nikaha daxil olmuşlar. Azərbaycan SSR Bakı şəhri Orconikidze rayonu VVAQ şöbəsi tərəfindən qeyd alınmış 26 aprel 1980-ci il tarixli akt qeydinə əsasən 19 dekabr 1949-cu il təvəllüdlü X16 və 23 may 1950-ci il təvəllüdlü X31 26 aprel 1980-ci il tarixdə nikahı bağlamışlar. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 14 noyabr 1996-cı il tarixli, AZ-İ seriyalı 014935 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X16 və X26 26 fevral 2003-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 fevral 2003-cü il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. Ərə Novikov soyadı, arvada Novikova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı 341727 saylı, 12 may 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X21 06.05.2009-cu il tarixdə anadan olmuşdur. Bu barədə ölüm haqqında akt qeydləri kitabından 12 may 2009-cu il tarixdə 470 sayla qeydə alnmışdır. 19 may 2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X28 ifadəsinə əsasən, Ərizəçi bacısının həyat yoldaşı olduğunu, atasını şəxsən görmədiyini, anasının adı “Baba Toniya”, yəni Antonina olduğunu, anasının 10 ildir rəhmətə getdiyini, Larisanın yanvarda rəhmətə getdiyini, pandemiya şəraitinə görə dəfndə iştirak etmədiyini bildirmişdir. 19 may 2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X23 öz ifadəsinə əsasən, 1960-cı il təvəllüdlü atası - X24, Çalıqina Raisa -(İqorun anası), Ərizəçi (İqorun atası) olduğu qeyd etmişdir. Məhkəmə araşdırılması zamanı təqdim edilmiş sübutlar həmçinin şahidlərin ifadələri əsasında müəyyən edilmişdir ki, ərizəçinin babası olan X25 X14 və Ərizəçi Nikolayeviç adında iki uşağı anada olmuşdur. Bu hal X7 X27 1953- cü ilin sentyabr ayında daxil olduğu nikah haqqında 403 nömrəli akt qeydi ilə (nikaha daxil olduğu zaman yaşı 26 qeyd edilmişdir ki, bu da təvəllüdünün 1927-ci olmasını təsdiqləyir) və Ərizəçi Nikolayeviçin ölüm haqqında 292287 nömrəli şəhadətnaməsi ilə təsdiqlənir (onun təvəllüdü 30.08.1924cü il olmuşdur, bu 116 nömrəli, 28.02.1981-ci il tarixli akt qeydində göstərilmişdir. Göründüyü kimi bu iki şəxsin soyadları “Deputatov” ata adları isə “Nikolay” olmuşdur, hər iki şəxs Suraxanı (keçmiş Orconikidze rayonunun ərazisində yaşamışlar və təvəllüdləri də müvafiq olaraq 1927 və 1924-cü il olmuşdur ki, bu onların həqiqətən də bacı-qardaş olmasını təsdiq edir. X1 Antonina Nikolayevna X27 sentyabr 1953-cü ildə nikaha daxil olaraq Anikina soyadını götürmüşdür ki bu 403 nömrəli, sentyabr 1953-cü il tarixli akt qeydi ilə təsdiqlənir. Həmin akt qeydində Antoninanın atası Nikolay, soyadı isə Deputatova göstərilmişdir. Onların nikahından doğulmuş X31 X13 nikaha daxil olmuş və Novikova soyadını götürmüşdür. Bu, 105 nömrəli 26 aprel 1980-ci il tarixli akt qeydi ilə təsdiqlənir. Akt qeydində Larisanın qızlıq soyadı Anikina, atasının adı isə Mixaylovna göstərilmişdir. Onun nikahı 26.02.2003-cü ildə pozulmuşdur ki, bu da 014935 nömrəli şəhadətnamə ilə təsdiqlənir. X2 Aleksandr Nikolayeviç (təvəllüdü 30.08.1924-cü il), vəfat etmişdir 28.02.1981, bu barədə akt qeydi 116 nömrəlidir. Həmin akt qeydində atası Nikolayeviç, soyadı Deputatov göstərilmişdir. Deputatov X4 İqor Aleksandroviç olmuşdur, bu ******* nömrəli “Doğum haqqında şəhadətnamə ilə təsdiqləni, şəhadətnamədə ata kimi Ərizəçi Nikolayeviç göstərilmişdir. X5 isə hazırki iş üzrə iddiaçı Ərizəçidir ki, bu da doğum haqqında 283227 nömrəli şəhadətnamə ilə təsdiqlənir, belə ki doğum haqqında şəhadətnamədə atası kimi X22 göstərilmişdir. Göründüyü kimi ərizəçinin babası Ərizəçi Nikolayeviç ilə Novikova (qızlıq soyadı Anikina) Larisa Mixaylovnaın anası Deputatova Antonina (ərə getdikdən sonra soyadı Anikina) Nikolayevna bacı qardaş olmuşlar. Ərizəçiyə X29 ilə qohumluq faktının və habelə mənzil üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsi üçün həmin şəxsin ölüm faktının müəyyən edilməsi halhazırda zəruridir. Beləliklə, məhkəmə ərizəçinin izahatını və çıxışını, şahidlərin ifadələrini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, X26 ərizəçi xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi mərhum X26 ilə qohum olması faktı öz təsdiqini tapır. Qeyd olunan faktın hüquqi əhəmiyyətli olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-cü maddəsinə əsasən məhkəmə tərəfindən qohumluq münasibətlərinin qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. X18 Ərizəçi qohum olması faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X18 ərizəçi xx.xx.1983-ci il təvəllüdlü Ərizəçi ilə qohum olması faktı müəyyən edilsin. Qohumluq faktının qeydə alınması Bakı şəhərində Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar