Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2125/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X1 oölunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Tarıyel oğluna qarşı “müqavilə öhdəliklərindən irəli gələn pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh Tarıyel oğluna qarşı “müqavilə öhdəliklərindən irəli gələn pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tariyel oğlunun 02.12.2020-ci il tarixli müqavilə öhdəliklərini pozmasının qanunsuz hesab edilməsi, cavabdehdən 1023 manat 50 qəpik pulun alınaraq ona ödənilməsi və cavabdehin üzərinə 02.12.2020-ci il tarixli müqavilənin 6-cı bəndini icra etməsi öhdəliyinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 29.11.2020-ci il tarixdə cavabdeh telefonla ona 5 ədəd pəncərə lazım olduğunu və təxmini ölçüləri və eskizi şifahi bildirərək, qiymətlə maraqlanmışdır. 02.12.2020-ci il tarixdə Hövsan qəsəbəsində yerləşən mənzildə ölçülər aparılmış və müqavilə şərtləri dəqiqləşdirilmişdir. Əlavə olaraq 2 ədəd plastik qapı da sifariş predmeti olduğundan razılaşmışlar ki, pəncərə yerləri böyük olduğundan onların yerləşdirilməsi, təmir-tikinti işləri aparılıb hörgü edildikdən sonra həyata keçiriləcəkdir. O, 7 iş günü pəncərələrin hazırlanacağını müqaviləyə qeyd edərək 11.12.2020-ci ilə qədər pəncərə gətirəcəyini öhdəsinə götürmüşdür. Quraşdırmanın son günü 22.12.2020-ci il müəyyən olunmuşdur. Pəncərə və qapı çərçivələrini, orta kəsimləri hazırlamış, 07.12.2020-ci ildə yekunlaşdırmışdır. Pəncərə ölçüləri 160 sm hündürlükdə olmaqla, enləri 3 ədədi 150 sm, 1 ədədi 115 sm olmuş, 4 pəncərədən üçündə sadə açılan, bir ədədində cift açılan olmalı idi. Lakin 03.12.2020-ci ildə cavabdeh zəng edərək qalan pəncərələrə 3 ədəd sadə açılanı cift açılanla əvəz etməyi xahiş etmiş və şərtləşdirilmiş 1100 manata 60 manat əlavə olunacağını telefonla razılığını bildirmişdir. Daha sonra cavabdeh 04.12.2020ci ildə zəng edərək bir pəncərənin enini 150 sm yox, 130 sm-ə kəsilməsini xahiş edərək 07.12.2020-ci ildə quraşdırılmasını tələb etmişdir. O, bunun mümkün olmadığını deyib 10.12.2020-ci ildə gətirəcəyini bildirmşdir. Bundan sonra 09.12.2020-ci il tarixdə zəng edərək 3 ədəd pəncərənin hündürlüyü 160 sm, enləri 2 ədədində 150 sm, 1 ədədində artıq 130 sm-ə kiçilmiş pəncərədə 174 sm edilməsini xahiş etmişdir. O, pəncərələrin nəzərdə tutulduğu vaxtda çatdıra bilməyəcəyini, eyni zamanda plastikin 1 metrəsini 9 manat 80 qəpik hesabı ilə, 3 ədəd pəncərəyə 174 x 6 əd.=10 m 30 sm olmaqla, 100 manat beləliklə 1275 manat olacağını bildirmişdir. Cavabdeh 14.12.2020-ci ildə zəng edərək, pəncərələri tələb etmiş, o isə pəncərələrin tam hazır olmadığını, şüşə sifarişini isə başqa sifarişə görə ləngidiyini qeyd edib başqa yerdə sifariş etməyi tövsiyə etmişdir. 16.12.2020-ci ildə hələ qurğular hazır olmadığı halda, sifariş dəyişdiyi üçün müddətin dəyişdiyini bildirmiş, 17.12.2020-ci ildə qəti olaraq qapıları düzəltmədən sifarişdən imtina etdiyini bildirsə də, 20.12.2020-ci ildə işini yekunlaşdırmışdır. 22.12.2020-ci ildə gəlib pəncərələrə baxış keçirib, şifahi qəbul etdi ki, sabaha şüşə sifarişi 3-4 saata həll edilib quraşdırılsın. Axşama zəng edib, sifarişdən imtina etmişdir. Cavabdeh orta bağlantılarda plastik profillərin künc tərəflərdə 11 ədəd elementin 4-ündə 0,5 sm-lik qırıntı - qopmaları, qapı qolu aşağısında olan 0,8 sm- lik direl deşib (birtərəfli) defektləri bəhanə etmişdir. Halbuki qeyd edilən defektlərin aradan qaldırılması mümkün olan qüsurlardır. Pəncərə və qapının uzun müddətli istifadəsinə fəsad törətməyən xətalarıdır. Cavabdeh heç bir təkliflər, yazılı irad bildirmədən əvvəlcə şifahi olaraq qəbul etdiyi sonradan şifahi olaraq imtina etdiyi hərəkət müqavilə şərtlərinə zidd olaraq mənə xeyli miqdarda ziyanla yekunlaşıb. Odur ki, Cavabdeh Tariyel oğlunun 02.12.2020-ci il tarixli müqavilə öhdəliklərini pozmasının qanunsuz hesab edilməsi, cavabdehdən 1023 manat 50 qəpik pulun alınaraq ona ödənilməsi və cavabdehin üzərinə 02.12.2020-ci il tarixli müqavilənin 6-cı bəndini icra etməsi öhdəliyinin həvalə edilməsi barədə Qətnamə Qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Tarıyel oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Tarıyel oğlu və İddiaçı arasında 02.12.2020-ci il tarixli “xidmətin göstərilməsinə, qapı-pəncərənin hazırlanması üçün tələb edilən materialların təhvil-təsliminə” ödəmə qaydası və təminata” dair müqavilə bağlanmışdır. Müqavilənin 6-cı bəndindən görünür ki, görülməli iş üçün nəzərdə tutulan və ümumi dəyəri 1100 manat təşkil edən material usta tərəfindən onun hesabına alınır. 8.2-ci bəndinə əsasən xidmət göstərən quraşdırma günündən 3 gündən artıq müddət keçərsə, quraşdırma günündən xidmət haqqının ödənildiyi günə qədər hər gün üçün xidmət haqqının 2 faizinə qədər məbləğ tələb edilməsini irəli sürə bilər. Həmin müqavilənin 8.1.2-ci bəndinə əsasən sifarişçi qapı və pəncərənin tam istifadə edilməsinə nail olmaq üçün müvafiq tələb irəli sürmək hüququna malikdir. Hər hansı bir qurğunu istifadəyə tam yararsızlığını aşkar edərsə, iradını bildirir xidmət göstərənin yeni qurğu hazırlamaqdan imtina etdiyi halda qurğunun materialına və xidmətinə görə ödədiyi məbləği tamamilə xidmət göstərəndən tələb etmək hüququna malikdir. Müqavilənin şərtlərinə əsasən quraşdırılmış qurğulara görə günlük xidmət haqqının 2 faizi ödənməlidir. Müqavilənin 9-cu bəndində xidmət haqqının 1 ay ərzində ödənilməsi göstərilir. Həmin müqavilənin 8.2.2-ci bəndində 2 faizin hesablanacağı müddətin başlanğıcı 22.01.2020-ci il tarixidir. İddiaçı tərəfindən Cavabdeh Tariyel oğluna ünvanlanmış 30.12.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilənin şərtlərini kobud şəkildə pozaraq hazırlanmış qurğuları və şüşələri əsassız olaraq geri qaytardığına görə 3 gün müddətində pretenziyaya münasibət bildirməyi,əks halda mübahisənin məhkəmə qaydasında həll olunacağı bildirilmişdir. Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1 -ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 756.1 -ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur Göstərilən Məcəllənin 763.1 -ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göstərilən müddəalardan da göründüyü kimi, podrat müqaviləsi kansensual müqavilədir, və tərəflər müqavilədə göstərilən şərtlər (gəstəriləcək xidmət və muzd) barədə razılaşdıqda müqavilə bağlanmış sayılır. İşin yuxarıda qeyd edilən faktiki hallarından da görünür ki, sifarişçi, tərəflər arasında bağlanırmış müqavilədə ölçüləri və digər xüsusiyyətləri dəqiq göstərilməklə, iddiaçıya mənzil üçün qapı və pəncərə hazırlamağı sifariş vermiş, iddiaçı həmin sifarişi qəbul etmiş və tərəflər, görüləcək işlə bağlı muzd barədə razılığa gəlmişlər. İddiaçı müqavilə üzrə öhdəlyini yerinə, yetirərk sifariş edilmiş əşyaları hazırlamış və cavabdehə təqdim etmiş, cavabdeh isə həmin j əşyaları qəbul etməyərək və muzdu ödəməyərək öhdəliyini pozmuşdur. MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin, (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər,göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun, pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və, xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Tariyel oğlunun 02.12.2020-ci il tarixli müqavilə öhdəliklərini pozmasının qanunsuz hesab edilsin, cavabdehdən 1023 manat 50 qəpik pulun alınaraq İddiaçı ödənilməsi və cavabdehin üzərinə 02.12.2020-ci il tarixli müqavilənin 6-cı bəndini icra etməsi öhdəliyinin həvalə edilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 253-cü maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2125/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-2125/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver