Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2137/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs DƏDKR X*3 * saylı Bakı Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs DƏDKR X*3 * saylı Bakı ərazi idarəsi olmaqla hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, dalan 2 ünvanında yerləşən 2 saylı evin sənədlərində X*nun adının müəyyən edilərək həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, dalan 2 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi mərhum X*nun mülkiyyətində olmuşdur. Qeyd edir ki, X* və anası X** **.07.*947-ci il tarixdən vəfat edənədək qeyd olunan ünvanda yaşamışlar. O və bacı-qardaşları həmin ünvanda dünyaya göz açmış və hal-hazırda da həmin ünvan onun istifadəsindədir. X* **.*0.*97*-ci il tarixində anası X** isə 07.*2.*989-cu il tarixdə vəfat etmişlər. Hal-hazırda onun faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, dalan 2, ev *7 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atasının adınadır. Həmin fərdi yaşayış evinə dair mərhum atasının adına “evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası” (mülkiyyət hüququnu təsdiq edən sənəd) vardır. Lakin, qeyd edir ki, həmin sənəddə mərhum atasının adı “X20 (Алиев Али Мовлан)” deyə qeyd olunmuşdur. Bu səbəblə evlə bağlı heç bir hüquqi hərəkətlər edə bilmir. O, X5 varisidir və həmin əmlak mərhum atasından miras qalmışdır. Əmlakının üzərində müvafiq qaydada hüquqi hərəkətlər etməyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, dalan 2, ev *7 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum atasına məxsus olması faktının müəyyən edilməsi zəruridir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
İş materialları.
5. AZ-İİ seriyalı, 72*889 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx *952-ci il tarixdə anadan olmuşdur. X*, anası X9r.
6. AZ seriyalı, 028253 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X*2 05 aprel *934-cü ildə nikaha daxil olmuşdurlar.
7. 25.05.20*8-ci il tarixli arayışın surətindən görünür ki, X8 **.07.*947-ci il tarixdən vəfatına kimi (**.*0.*97*-ci il) Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsi, (keçmiş Poçt) dalan 2, 2 saylı evdə həyat yoldaşı X** və övladları ilə birlikdə yaşamışdır.
8. “Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası”nın surətindən görünür ki, hazırki Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsi, dalan 2 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi X*7 adına qeydiyyata alınmışdır.
9. AZ-İ seriyalı, 9257*3 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 **.*0.*97*-ci il tarixdə vəfat etmişdir. *0. 56473* nömrəli “Həmkarlar İttifaqının bileti”nin surətindən görünür ki, həmin bilet *909-ci il tarixdə anadan olmuş X7 məxsusdur. **. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X*3 * saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, dalan 2 ünvanında yerləşən 2 saylı evə dair texniki pasportda adı qeyd edilən X*7 – X8 olması faktının müəyyən edilməsi ilə bağlı sənəd (məhkəmə qətnaməsi) təqdim etməsinin məqsədəuyğun olması qeyd edilmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Ərizəçi bacısıdır. Kənd camaatı atasına Əli Mövlan deyə müraciət edirdilər, lakinin atasının adı Mövlandır.
İşin faktiki halları.
*3. İşin faktiki halları ondan ibarətdir ki, Ərizəçi atasının adının X8 olduğunu, lakin hazırki yaşadığı – mərhum atasına məxsus olan fərdi yaşayış evinə dair “Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası”nda atasının adı səhvliklə Əli Mövlan kimi qeyd edildiyini bildirir. Hesab edir ki, məhkəmə qaydasında həmin fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədinin atası – X6 məxsus olması faktı müəyyən edilməlidir.
Tətbiq edilən hüquq.
*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi. *6. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. *7. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi atasının ad soyad və ata adı təqdim edilmiş ona məxsus olan bütün sənədlərdə X2 qeyd edilmiş, lakin təkcə “Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası”nda həmin şəxsin adı səhvliklə Əli Mövlan olaraq qeyd edilmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilən X3 da bildirmişdir ki, kənd camaatı atasına Əli Mövlan deyə müraciət edirdilər, lakinin atasının adı Əli Mövlan yox, Mövlandır. *8. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normaları baxımdan hesab edir ki, hazırki ərizənin təmin edilməməsi üçün hər hansı əsas mövcud deyil və ərizə təmin edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, dalan 2 ünvanında yerləşən 2 saylı evin evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin kartoçkası adlı sənədinin X6 məxsus olması faktı müəyyən edilməlidir. Ona görə ki, işə əlavə edilmiş digər sənədlərdən də görünür ki, barəsində ərizə verilmiş şəxsin adı Mövlan olmuş, lakin yuxarıda qeyd edilən sənəddə səhvən Əli Mövlan qeyd edilmişdir.
Məhkəmə xərcləri
*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, dalan 2 ünvanında yerləşən 2 saylı evin evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin kartoçkası adlı sənədinin X6 məxsus olması faktı müəyyən edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
22. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, dalan 2 ünvanında yerləşən 2 saylı evin evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin kartoçkası adlı sənədinin X6 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov