Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2143/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ИТ № ******* nömrəli, *4.08.*977-ci ildə açılmış əmək kitabçasının və H3 № 32708*5 nömrəli, *4.05.*975-ci ildə tərtib edilmiş hərbi biletin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi xx.xx.*957-ci ildə Ermənistanda doğulmuşdur. Doğum haqqında şəhadətnaməsində adı “Yusir” kimi qeyd edilmişdir. O, Azərbaycan Respublikasının vətəndaşıdır və şəxsiyyət vəsiqəsində də adı “Yusir” kimi qeyd edilmişdir. Onun əmək kitabçasının *-ci səhifəsidə soyadı “Həsənov”, ata adı “Əli” göstərilsə də, onun adı “Yusir” əvəzinə “Yusif” göstərilmişdir. Həmin səhvə onun hərbi biletində də yol verilmiş, soyadı “Həsənov”, ata adı “Əli” göstərilsə də adı “Yusir” əvəzinə “Yusif” göstərilmişdir. Adının bir hərfinin səhv göstərdiyi hər iki sənəd ona məxsusdur, belə ki hər iki sənəddəki doğum tarixi, ata adı və soyadı şəxsiyyət vəsiqəsindəki və doğum haqqında şəhadətnamədəki doğum tarixi, ata adı və soyadı ilə üst-üstə düşür, bütün sənədlərdə adda bir hərf fərqi vardır. Doğum haqqında şəhadətnamadə doğulduğu yer Ermənistandır, hərbi bileti verən hərbi komissarlıq Ermənistanda yerləşir. Bu hallar hərbi biletdə və əmək kitabçasında “Yusif” kimi adı göstərilsə də, həmin sənədlər ona məxsus olmasını təsdiq edir. O, pensiyaya görə müraciət etmişdir. Hərf səhvi olduğu pensiya almağı mümkün olmamış, bunun üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəyə münasibət bildirərək, ərizəçinin *977-ci ildə açılmış əmək kitabçasında və *975-ci ildə tərtib edilmiş hərbi biletində ad və soyadın müxtəlif formalarda qeyd olunduğunu qeyd etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.**.*992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin *7-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və ya arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarədə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər öz əksini tapmalıdır. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X6 bildirmişdir ki, ərizəçinin keçmiş iş yoldaşıdır. Ərizəçi tanıdığını, onunla dəqiq bir yerdə neçə il işlədiyinin yadında olmadığını, özünün *980-ci ildən 2000-ci ilə qədər həmin zavodda işlədiyini bildirdi. Sonra zavod bağlandığını və ixtisara düşdüyünu qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X4 bildirmişdir ki, ərizəçinin keçmiş iş yoldaşıdır, onu Yusir olaraq tanıdı. Ərizəçi ilə eyni zavodda qonşu sexlərdə işlədiyini bildirdi. Əlavə olaraq qeyd etdiki *978-ci ildən 202*-ci ilə qədər həmin zavodda işləmiş, ərizəçi isə *983-*984-cü illərdə işə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X3 bildirmişdir ki, ərizəçinin keçmiş iş yoldaşıdır. Ərizəçinin adını Yusir bildiyini, heç kəsin onu Yusif adlandırmadığını qeyd etdi. Əlavə olaraq *973-cü ildən zavod bağlanana kimi orda işlədiyini, ərizəçinin isə əsgərlikdən sonra həmin zavoda işləməyə gəldiyini qeyd etdi. İş materialları. Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış *7 mart 2023-cü il 3-*7-*/2 H-58590/2023 saylı cavab məktubdan görünür ki, Ərizəçi təqdim etdiyi sənədlərdə uyğunszuluq aşkar edildiyi və sığorta stajını müəyyənləşdirmək mümkün olmadığı üçün, ona əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq uygunsuzluğun aradan qaldırıldığı halda, yaşa görə pensiya hüququna yenidən baxılmasının mümkün olduğu qeyd edilmişdir. Ermənistan SSR-i Vedi rayonu, Şırazlı kənd soveti VVAQ bürosu tərəfindən 22.03.*957-ci il tarixdə verilmiş, İ-ZJ seriyalı, 008463 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydasında təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi (ata X8, ana X**) xx xxxxxx *957-ci il tarixdə Ermənistan SSR-i Vedi rayonu, Şırazlı kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.*957-ci il tarixdə 26 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 3*.0*.2023-cü il tarixli, 607*662 №-li arayışdan görünür ki, *957-ci il təvəllüdlü Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi ev *89 ünvanında qeydiyyatdadır. Ermənistan SSR, Ararat şəhər hərbi komissariatı tərəfindən *4 may *975-ci il tarixli НЗ № 32708*5 №-li verilən hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.*957-ci il təvəllüdü X*0 doğum yeri Ermənistan SSR, Ararat rayonu, Şirazlı kəndi, milliyəti azərbaycanlı olaraq qeyd edilib. *4 may *975-ci il ildə Ermənistan SSR, Ararat rayon hərbi komissariatı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, *3 iyun *977-ci il tarixində ehtiyata buraxılmışdır. ИТ-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.*957-ci il təvəllüdü X*0 təhsili ortadır, peşəsi fəhlədir, o, *4 may *975-ci il tarixindən *3 iyun *977-ci il tarixinədək Sovet ordusunda xidmət etmişdir. O, “Bakı məişət kondisionerləri zavodu”na 09 avqust *977-ci il tarixində işə qəbul edilmiş və *5 dekabr *994-cü ilədək həmin zavodda ayrı-ayrı vəzifələrdə işləmişdir. Onun əmək kitabçası ilk olaraq həmin zavodda açılmış, adı X*4raq qeyd dedilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ** may 3-*7-*/2-*04430/2023-cü il tarixli etiraz ərizəsindən də görünür ki, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iş stajı təsdiq edən sənəd kimi qəbul edilmişdir. Məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinin əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahidin ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyi iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Əks halda ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş şahid X2 ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 2*.07.*98*-0*.*2.*993-cü illər arasında Bakı Məişət Kondinsionerləri Zavodunda işləmişdir. İş materiallarına əlavə olunmuş şahid X5 ИТ-İ № 0*30748 nömrəli əmək kitabçasının surətindən görünür ki, 22.*2.*980-28.02.*985-ci ilər arasında Bakı Məişət Kondinsionerləri Zavodunda işləmişdir. İş materiallarına əlavə olunmuş şahid X* əmək kitabçasının surətindən görünür ki, 04.0*.*976-ci ildən Bakı Məişət Kondinsionerləri Zavodunda işləmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Əmək Pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2*. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 2*.*. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 2*.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 2*.*-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ...2*.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (*992-ci il yanvarın *-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 2*.2.**. hərbi xidmət müddəti (*992-ci il yanvarın *-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.... *3. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. *3.*. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3*.2-*-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il * yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 3*.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının **.*2.20*7-ci il tarixli *7 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən, 2006-cı il yanvarın *-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ИТ № ******* nömrəli, *4.08.*977-ci ildə açılmış əmək kitabçasının və H3 № 32708*5 nömrəli, *4.05.*975-ci ildə tərtib edilmiş hərbi biletin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, sənədlərində hərf səhvi olduğu üçün, pensiya almağı mümkün olmamışdır. O, pensiya almaq üçün AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialina müraciət etmiş, lakin cavab olaraq ona bildirilmişdir ki, uyğunsuzluğun aradan qaldırıldığı halda, yaşa görə pensiya hüququna yenidən baxılması mümkün olacaqdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ** may 3-*7- */2-*04430/2023-cü il tarixli etiraz ərizəsində istinad edildiyi normativ-hüquqi akt (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.**.*992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə) ləğv edildiyindən, etirazın əsasını təşkil edə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində onun adı “Yusir” kimi, əmək kitabçasında və hərbi biletində isə “Yusif” kimi göstərilmişdir. Əmək kitabçası SSRİ dövründə verildiyindən, müddətli hərbi xidmətin müddəti əmək kitabçasına yazılmışdır. Bununla da, pensiya stajının hesablanaması üçün hərbi biletin ərizəçiyə məxsus olması faktı əhəmiyyət kəsb edir və hərbi bilet bu halda hüquqmüəyyənedici sənəd kimi çıxış edir. Eyni zamanda, iş materiallarından göründüyü kimi, ərizəçinin hərbi bileti Ermənistan SSR, Ararat şəhər hərbi komissariatı tərəfindən verilmişdir və bəlli olan üzrlü səbəblərdən ərizəçi hərf səhvini dəyişdirilməsi üçün həmin orqanlara müraciət edə bilməyib. Lakin, hərbi biletdə ərizəçinin bütün digər məlumatları onun doğum haqqında şəhadətnamə ilə eynidir – soyad, ata adı, doğulduğu yer və vaxt. Bununla da, məhkəmə hesab edir ki, НЗ № 32708*5 №- li *4.05.*975-ci il tərtib edilmiş hərbi biletində texniki səhv nəticəsində “Yusir” adı əvəzinə “Yusif” adı yazılmışdır. Şahid ifadələrindən göründüyü kimi, ərizəçi, xx.xx.*957-ci il təvəllüdü Ərizəçi şahidlərlə eyni dövrlərdə Bakı Məişət Kondisionerləri Zavodunda işləmiş, şahidlər onu “Yusif” kimi yox, “Yusir” kimi tanımışdır. Bu hal əsas verir ki, əmək kitabçasında, hərbi biletdəki kimi, texniki hərf səhvi baş verməsi müəyyən edilsin. Belə ki, iş materiallarından və şahid ifadələrindən görünür ki, əmək kitabçanın və hərbi biletin Ərizəçi məxsus olması faktı iş materialları ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ИТ-İ № ******* nömrəli, *4.08.*977-ci ildə açılmış əmək kitabçasında və НЗ № 32708*5 №- li *4.05.*975-ci il tərtib edilmiş hərbi biletində xx xxxxxx *957-ci il təvəllüdlü Ərizəçi adı “Yusir” olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. ИТ-İ № ******* nömrəli, *4.08.*977-ci ildə açılmış əmək kitabçası və НЗ № 32708*5 №- li *4.05.*975-ci ildə tərtib edilmiş hərbi biletin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva