Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2150/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «barışıq sazişinin təsdiq olunması» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) «barışıq sazişinin təsdiq olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, faktiki nikahdan doğulmuş yetkinlik yaşına çatmayan övladı 15.07.2015-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs ilə arasında 170 manat sabit məbləğdə alimentin könüllü ödənilməsi barədə 12.02.021-ci il tarixdə MŞİFİ0820 nömrəli bağlanmış barışıq sazişini müddəalarını yerinə yetirmədiyinə görə həmin sazişin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2014-cü il tarixdə faktiki olaraq nikaha daxil olaraq evlənmişdir. Belə ki, maddi imkanı olmaması, mütəmadi olaraq işlədiyi üçün nikahını müvafiq dövlət orqanında rəsmiləşdirə bilməmişdir. Birgə nikahdan 15.07.2015-ci il təvəllüdlü X5 adlı övladı anadan olmuşlar. Nikahı rəsmi olmadığı üçün övladının atalığını müəyyən etmək üçün 02.09.2019-cu il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən ona “Atalığın müəyyən edilməsi” haqqında şəhadətnamə verilmişdir. Belə ki, onun tərəfindən Mediasiya Şurasına Maraqlı şəxs ilə arasında olan aliment məsələsi ilə əlaqədar mediatorun təyin edilməsi ilə bağlı 15.11.2021-ci il tarixdə müraciəti olmuş, ilkin mediasiya sessiyası zamanı X2 iştirakı ilə 12.12.2021-ci il tarixdə, MŞİH0820 nömrəli iş üzrə mediasiya prosesi həyata keçirilmiş, nəticədə onunla Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs övladı X1 üçün 15.01.2022-ci il tarixdən başlayaraq hər ay 170 manat manat məbləğində aliment ödəyəcəyi ilə bağlı razılığa gəlinmişdir. Lakin Maraqlı şəxs yuxarıda göstərilən barışıq sazişinin şərtlərini yerinə yetirməmiş və bugünədək bir manat belə ödəniş etməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, barışıq sazişində müəyyən edilmiş alimenti yalnız bir ay ödəmişdir. X. Məmmədov bildirdi ki, barışıq sazişində göstərildiyi kimi, Ərizəçi 10 yanvar 2022-ci il tarixədək aliment üçün bankda hesab açıb hesab məlumatlarını ona təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizədəki tələbin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 12.12.2021-ci il tarixli, MŞİFİ0820 nömrəli mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi bağlanmış və barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir: Maraqlı şəxs övladı X1 üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində aliment ödəyəcəkdir. Aliment hər ayın sonunda ödənilir. Alimentin birinci ayının ödənişi hazırkı barışıq sazişi imzalandığı gündən hesablanır. Birinci ayın alimenti 15 yanvar 2022-ci ildə həyata keçiriləcək. Bundan sonra hər ayın alimenti növbəti ayın 15-də (və ya 15-nə dək) həyata keçiriləcəkdir. Tərəflər razılaşırlar ki, bu saziş könüllü icra edilməzsə və təsdiq üçün məhkəməyə göndərildiyi təqdirdə aliment məbləği uşaqlar üçün yaşayış minumumu həcmində təsdiq ediləcək). Ərizəçi 10 yanvar 2022-ci il tarixədək aliment üçün bankda hesab açıb hesab məlumatlarını ikinci tərəfə təqdim etməlidir (bu hesaba dair məlumatlar tərəfə təqdim edilmədikdə ikinci tərəfin alimenti ödəyə bilməməsi öhdəliyini icra etməməsi hesab edilmir (hesab məlumatları sübut edilə bilən formada elektron və s.qaydada göndərilə bilər). Maraqlı şəxs övladı X5 hər həftədə ən azı iki gün (günü tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur) səhər 10:00-dan axşam 20:00-dək, uşaq məktəbə getdiyi təqdirdə hər həftənin şənbə və bazar günü (səhər 10:00-dan axşam 20:00-dək) uşağı ilə ünsiyyətdə olmasına heç bir maneə yaradılmayacaqdır. Tərəflər razılaşırlar ki, birinci tərəf Ərizəçi övladları X5 2022-ci il tarixdən uşağın məktəbə getməsini təmin edəcəkdir. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 02.09.2019-cu il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 15.07.2015-ci ildə Ərizəçi qızından doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 02.09.2019--cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 15.07.2015-ci ildə doğulmuş, valideynləri Maraqlı şəxs və Ərizəçidır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi qız ılə Maraqlı şəxs faktiki nikah münasibətlərindən 15.07.2015-ci il tarixdə X5 adlı övladı doğulmuşdur. Maraqlı şəxs Ərizəçi tərəfindən doğulmuş 15.07.2015-ci il təvəllüdlü X4 atası hesab edilməsi müəyyən olunmuş və ərizəçiyə bu barədə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən «atalığın müəyyən edilməsi» və «doğum» haqqında şəhadətnamələr verilmişdir. Hazırda ərizəçi qeyd edilən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmə mülki işin hallarını əlavə edilmiş sənədlərlə birgə araşdıraraq hesab edir ki, Maraqlı şəxs “mediasiya qaydasında bağlanmış barışıq sazişi” ilə üzərinə götürmüş olduğu Ərizəçi 15.07.2015-ci il tarixdə anadan olmuş X5 adlı övladının saxlanılması üçün aliment tələbinə dair öhdəliyini könüllü olaraq icra etməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 12.12.2021-ci il tarixli, MŞİFİ0820 nömrəli Barışıq Sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 12.12.2021-ci il tarixli, MŞİFİ0820 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2150/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2150/2022
18.04.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver