Məhkəmə qərarları › İş №2(010)-2151/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2151/2020

30.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2151/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh X1rşı “istehlakçı hüququnun müdafiəsi və əsassız borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh X1rşı “istehlakçı hüququnun müdafiəsi və əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehSC tərəfindən onun yaşadığı ünvan 1 1 saylı ünvanındakı mənzilinə sudan istifadəyə görə abonent koduna (Abunə kodu **********010) cərimə borcu kimi yazılmış 428,50 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, CavabdehSC tərəfindən onun yaşadığı ünvan 1 mənzil 1 ünvanına quraşdırılmış su sayğacına onun xəbəri olmadan qanunsuz olaraq 428.50 manat əsassız borc hesablanmışdır. Onun yaşadığı yuxarıda qeyd olunan ünvanda 2018-ci ilin mart ayına heç bir su xətti olmamışdır. Onlar həmişə istifadə etdikləri suyu pulla almışlar. Həmin ünvandakı evdə o, ailəsi ilə birlikdə 2003-cü ildən yaşayır. Onlar bu evdə 2018-ci ilin mart ayına qədər heç bir su xətti olmasa da Cavabdeh ASC-nin Suraxanı rayon Şöbəsi tərəfindən xəbərləri olmadan keçmiş həyat yoldaşının adına özbaşına abonent kodu açıb və bu illər ərzində həmin abonent koduna əsassız borc hesablamışlar. 2019-cu ilin mart ayında yaşadığı mənzilə su xətti çəkilmiş və mexaniki su sayğacı qoyulmuşdur. O, bir vicdanlı istehlakçı kimi 2019-cu ilin mart ayından istifadə etdiyi suya görə vaxtlı-vaxtında ödəniş etmişdir. Ona görə də sudan istifadəyə görə heç bir borcu olmamışdır və aralarında hər hansı mübahisə yaşanmamışdır. Çünki o, istelakçı olaraq öz üzərinə düşən öhdəliyini həmişə vaxtında yerinə yetirmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən verilmiş iddia əsassızdır. Belə ki, qeyd olunan ünvana borcun yazılması və ödənilməsi barədə dəfələrlə bildirişlər göndərilmiş, lakin iddiaçı buna əhəmiyyət verməmiş və vaxtında müraciət etməmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən iddianın əsassız olduğu üçün rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 139 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 1 mənzil 1 ünvanında qeydiyyatsız yaşayır. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, abonent hesabında 428,50 manat borc var. Sözügedən fərdi yaşayış evinin hesabatında heç bir qayda pozuntusuna yol verilməmişdir. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə və sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Suraxanı rayon Sukanal İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, vətəndaş X3 yaşadığı ünvan 1 mənzil 1 ünvanına baxış keçirildi. Ünvana baxış zamanı qeyd edilən ünvanda su və kanalizasiyanın təminatının vəziyyəti aydınlaşdırıldı. İçməli su xətti 2018-ci ilin mart ayında layihəyə əsasən çəkilmişdir. Kanalizasiya şəbəkəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6.-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.4.-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. Həmin Qaydaların 5.1.5.-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasına görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz (Maddə 73, İİ hissə). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vətəndaş X3 yaşadığı ünvan 1 mənzil 1 ünvanında içməli su xətti 2018-ci ilin mart ayında layihəyə əsasən çəkilmiş, kanalizasiya şəbəkəsi isə yoxdur. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan ünvanda su xətti olmadığı halda vətəndaşın ünvanına borc yazılması əsassızdır və bu səbəbdən də hazırkı iddia təmin edilməli və iddiaçı barəsində ünvan 1 mənzil 1 ünvanına yazılmış 428,50 manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 mənzil 1 ünvanına (Abonent kodu: **********010) yazılmış 428,50 (dörd yüz iyirmi səkkiz manat əlli qəpik) manat məbləğində borc silinsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar