Məhkəmə qərarları › İş №2(010)-2162/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2162/2022

16.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2162/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyindən sonra onda yaranmış psixi qüsurlarına görə 02.*0.*997-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun atası olaraq onun qızının üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırılmışdır ki, 02.*0.*997-cü il təvəllüdlü X9 onun doğma qızıdır. X2 anadan olarkən səhhətində heç bir problem olmasa da, sonradan düçar olduğu ağır xəstəlikdən sonra, ömürlük əlil olmuşdur. Bundan başqa sonradan onda əsəbi gərginlik, epileptik qıcolmalar və sair psixi xəstəliklər aşkar olunmuşdur. Həmin xəstəliklər müəyyən fəsadlara yol açmış və nəticədə X2nda ciddi davranış pozuntusu əmələ gəlməyə başlamışdır. X* qoyulan diaqnozdan və təyin edilən əlillik dərəcəsindən də görünür ki, o, fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Lakin onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəmə qaydasında bunun təsdiqinə zərurəti vardır. Bu səbəbdən də o, hazırki ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Yeniyol kənd sovetliyi tərəfindən 25.02.*969-cu il tarixdi verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi Cəmal oğlu xx.xx.*969-cu ildə doğulmuş və valideynləri X*0 və X5r. Suraxanı rayon VVAQ şöbəsi tərəfindən 09.0*.*998-ci il tarixdə verilmi doğum haqında şəhadətnamədən müəyyən olunur ki, X*5 qızı 02.*0.*997-ci ildə doğulmuş, valideynləri Ərizəçi Cəmal oğlu və X7r. 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, 02.*0.*997-ci il təvəllüdlü X8 müayinə tarixi 27.**.20*2-ci il tarixdir. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarının *-3 bəndinə uyğundur. Medserviz *5.03.2022-ci il tarixli arayışından müəyyən olunur ki, *997-ci il təvəllüdlü X3 diaqnozu: Xroniki qlomerulonefrit, Xroniki böyrək xəstəliyi-VD Nefrogen hipertoniya.Renal anemiya. HbsAg- neqativ. Anti-İİCV-neqativ.*5.03.2022-ci il tarixdən proqramlı HD. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*8.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 3*9-cu maddəsinə görə hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Beləliklə, məhkəmə müəyyən edir ki, 02.*0.*997-ci il təvəllüdlü X9 Ərizəçi Cəmal oğlunun qızıdır. Ərizəçi qızı S.Hüseynzadənin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini istəyir. Lakin məhkəmə qeyd edir ki, ərizəçinin qızının psixi qüsuru haqqında kifayət qədər məlumatın olması iş materialları ilə müəyyən edilmir. Ərizəçi qızı Sultan Hüseynzadənin psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən halların mövcudluğu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, ərizəçinin tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar