Məhkəmə qərarları › İş №2(010)-2166/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2166/2022

20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2166/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən **********00736 saylı abonent İddiaçı hesablanmış 550,78 (beş yüz əlli manat yetmiş səkkiz qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ARDNŞ X2 əməkdaşları iddiaçıya rəsmi xəbərdarlıq etmədən yaşadığı evə quraşdırlmış G-4 İtron qaz sayğacını sökmüş və yerinə G-4 itron markalı yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmış və yararsız hesab olunmuşdur. Cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Aktın tərtib edilməsi səbəbi olaraq qeyd edilmişdir ki, xx.xx.2021 -ci il tarixli laboratoriyanın 29/1710- 04107-1 saylı MSK-ya əsasən sayğaca ümumi baxış keçirilmiş, kənar təsir nəticəsində sayğacın plastmas qapağı yan tərəflərdən kəsilməsi, plastmas qapaqın gövdədən aralı vəziyyətdə olması müəyyən edilmişdir. İddiaçı cərimələnməsini qanunsuz və əsassız hesab edir. Belə ki, ARDNŞ X1 əməkdaşlarının sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları iddiaçıya məlum deyil. Saycac hamı üçün əlçatan yerdədir və yaşadığı evdən azı 30 metr kənarda yerləşir. Sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilər. Cavabdeh qurumun bu cür qanunsuz davranışından və iddiaçını cərimələməyindən belə çıxır ki, sayğac sökülən zaman onu sayğacı sökənlər istədiyi kimi davrana bilərlər, amma bunun məsuliyyəti abonentin üzərindədir. Eyni zamanda, vaxtı vaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pul ödəməsi də sübut edir ki, iddiaçının sayğaca müdaxilə etməyim gülüncdür. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. vaxtı vaxtında işlədilən qazın pulunun ödənilməsi də sübut edir ki, mənim sayğaca müdaxilə etməyim gülüncdür. Təbii qazdan da böyük həcmdə istifadə edilmir. İddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, izahatında təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı əsassız olaraq ona Birlik tərəfindən 550.78 manat borc hesablandığını iddia edərək həmin borcun silinməsini xahiş etmişdir. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021 -ci il tarixdə ******* saylı akt tərtib edilməklə **********4 saylı sayğac yeni sayğacla əvəz edilmiş və çıxarılmış sayğac laboratoriyada yoxlamadan keçirilmişdir. **********4 nömrəli sayğacın yoxlanması barədə xx.xx.2021 -ci il tarixli 29/1710-04107-7 nömrəli akt əsasında “kənat təsir nəticəsində sayğacın plastmast qapağı yan tərəfdən kəsilib, plastmast qapaq gövdədən aralı vəziyyətdədir” şəklində rəyi verilmişdir. "Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurlarm icrası barədə" "Azəriqaz" İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” xx.xx.2021- ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 432.00 manat hesablanaraq 11/2021 tarixdə abonentin saldosuna daxil edilmişdir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı" Müqaviləsinin 2.3.4,-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. 2020-ci ilin avqust ayında 20 manat ödəniş etmiş istehlakçının daha sonrakı ödənişi yalnız 8 ay sonra 2021-ci ilin aprel ayında həyata keçirilmişdir. Aydındır ki, səkkiz ay ərzində 20 manat ödəniş həyata keçirilməklə təbii qazdan normal istifadə edilməsi mümkün deyildir. Həmin müddət ərzində qış ayları da daxildir, bu rəqəmin absurd bir rəqəm olması danılmaz bir faktdır. Eyni ünvanda 2021-ci ilin dekabr ayında mexaniki sayğac üzrə sərfiyyatın məbləği 82.68 manat təşkil etmişdir. Halbu ki, sayğaca müdaxilə edildiyi 2020-ci il ərzində bu məbləğ 81 manat təşkil etmişdir. Yəni müdaxilədən əvvəlki illik göstəricisi iləm(81) müdaxilədən sonrakı ilin bircə ayının göstəricisi (82.60-8) bərabər olmuşdur. Ziyan vuran və faydalanan tərəfin məhz iş üzrə iddiaçın özünün olması halı bu rəqəmlərlə öz təsdiqini aydın şəkildə tapmaqdadır. Həmçinin, iddiaçının sayğaca müdaxilə edilməsinə görə ona 432.00 manat deyil, 550.78 manat məbləğin hesablanması barədə iddiası tam əsassızdır, heç bir sənədlə öz təsdiqini tapmamışdır. Belə ki, hazırda iddiaçının Birliyə borcu 525.78 manat təşkil etməkdədir. 432.00 manat hissəsi sayğaca müdaxiləyə görə hesablanmış borc məbləği, mexaniki sayğacın göstəriciləri üzrə 10/2021- 04-2022 tarixləri arasında yaranmış debitor borc məbləği- 446.58, Limitdən artıq sərfiyyata görə hesablanan məbləğ 55.60. Ödəniş - 408.40; (432.00 + 446.58 + 55.60)-408.40= 525.78 manat. Odur ki, İddiaçı Cavabdeh İB-yə qarşı hesablanmış 550.78 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında xx.xx.2019-cu il tarixli, 103978 saylı qazın alqı-satqısı müqaviləsi ilə istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən qazla təchiz edilmişdir. 11 oktyabr 2021-ci ildə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq, smart itron tipli G-4 markalı **********1 nömrəli sayğac yenisi ilə əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. “Qaz sayğacının yoxlanılması barədə” MSK 29/1710-04107-1 saylı, 26 oktyabr 2021-ci il tarixli Aktdan görünür ki, Cavabdeh SOCAR**********30991710X04107 saylı, 14 oktyabr 2021-ci il tarixli telefonoqramına əsasən 14 oktyabr 2021-ci il tarixində Bakı RQÖQX Departamentinin xidməti ərazisində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş, zavod nömrəsi **********4 olan Frabsa istehsalı G4 markalı İtron tipli qaz sayğacı 22 oktyabr 2021-ci tarixində dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuş, həmin akta əsasən sayğacın yararsızlığın səbəbi “Kənar təsir nəticəsində sayğacın plastmas qapağı yan tərəflərdən kəsilmişdir” kimi, qüsura görə nəticə isə qaz itkisi, müdaxilə” kimi qeyd edilmişdir. ******* saylı, 28 oktyabr 2021-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, BRQSD–nin Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə “Akt” tərtib edilir ona görə ki, istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-ə riayət olunması yoxlanıldı və müəyyən olundu ki, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar: “İddiaçı xx.xx.2021-ci il tarixli laboratoriyanın 29/1710-04107-1 saylı MSK-ya əsasən sayğacın kənar təsir nəticəsində sayğacın plastmas qapağı yan tərəfindən kəsilib. Plasmas qapaq gövdədən aralı vəziyyətdədir.” Aktda həmçinin görünür ki, dəymiş ziyanın hesablanmasına dair göstəriş verilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, abonent kodu **********0736 olan iddiaçıya məxsu fərdi yaşayış evində aşkar edilmiş nöqsana görə icra olunmalı tədbirlər kimi mövcud sayğacın yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi müəyyən edilmişdir. İddiaçının 10/2021- 04/2022 tarixlərini əhatə edən saldosundan görünür ki, onun akta əsasən borcu 432.00 manat, mexaniki sayğacın göstəriciləri üzrə borc məbləği 446.58 manat, limitdən artıq sərfiyyata görə hesablanan borc 55.60 manat, həyata keçirdiyi ödəniş isə 408.40 manatdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 432 manat məbləğində borc hesablanmışdır, iddiaçının tələbi isə akta əsasən hesablanmış 550.78 manat məbləğində borcun silinməsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda-yolda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca birtərəfli qaydada baxış keçirilmiş və baxış keçirilən zaman şahidlərin iştirakı təmin olunmamış, habelə abonent həmin aktın tərtibində iştirak etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir. Bütün bu ziddiyyətlər isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. İddiaçı akta əsasən hesablanmış 550,78 manat məbləğində borcun silinməsini tələb etsə də, məhkəmə müəyyən edir ki, sözügedən akt əsasında iddiaçıya 432 manat məbləğində borc hesablanmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu:**********0736) akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu:**********0736) akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar