Məhkəmə qərarları › İş №2(010)-2167/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2167/2020

09.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2167/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış, ünvan 1 mənzil 21 ünvanındakı mənzilə və Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 369V saylı bağ evinə dair bağışlanma müqavilələrinin etibarsız hesab olunması, həmin əmlakların əvvəlki hüquqi vəziyyətinə qaytarılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. İddiaçı və Cavabdeh2 xx.xx.2020-ci il tarixdə SMS-bildiriş göndərilsə də, onlar göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etməmişdir. Cavabdeh1 məhkəmə prosesində iş üzrə iddiaçı məhkəmə prosesinə gəlmədiyindən işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin, iş materiallarından görünür ki, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 mənzil 21 ünvanındakı mənzilin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 369V saylı bağ evinin üzərinə həbs qoyulması qərara alınmışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Republikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarında göstərilmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2167/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2167/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar