Məhkəmə qərarları › İş №2(010)-2169/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2169/2020

19.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2169/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “sənədin şəxsə məxsus olması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “sənədin şəxsə məxsus olması”na dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən arxiv sənədində X2 qeyd olunmuş Ərizəçi adına düzəliş olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının Məsələləri üzrə Komissiyasının xx.xx.2001-ci il tarixli sərəncamının 379 saylı protokoluna əsasən pay torpağı olaraq Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində 0.12 ha bağ sahəsi istifadəsinə verilmişdir. 10038 saylı xx xxxxxx 2001-ci il tarixli müqaviləyə əsasən 3270 saylı bağ sahəsinin sənədində onun adı səhvən arxiv sənədində X2 qeyd olunmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE ******** saylı, xx.xx.2018-ci il tarixli Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi qeyd olunmuşdur. Onun faktiki sahibliyində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsindəki 0.12 ha bağ sahəsini özəlləşdirən zaman Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının torpağın verilməsinə dair 10038 saylı müqaviləsində adı Ərizəçi olduğu halda, arxiv sənədində səhvən X2 qeyd olunmuşdur. Buna görə də hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının 10038 saylı müqaviləsinə əsasən faktiki sahibliyində olan 3270 saylı bağ sahəsinin 379 saylı protokolu ilə pay torpağı olaraq Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində 0.12 ha bağ sahəsinin sənədində ad qrafasında arxiv sənədində X2 qeyd olunmuş Ərizəçi adına düzəliş olunmalıdır. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 379 №-li sərəncama ilə tərtib olunmuş X3 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında “Vətəndaşların adlarına qanuni bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi barədə” X3 və İstismarı Birliyinin xx xxx 2001-ci il tarixli, 67№-li protokolunun Ərizəçi məxsus olması faktının təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. İş üzrə maraqlı şəxs olan orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Balandin-42 ünvanında qeydiyyatdadır. xx.xx.1968-ci il tarixdə verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci ildə qeyd edilmişdir. 3270 nömrəli bağın icarəyə verilməsi haqqında xx.xx.2001-ci il tarixli 10058 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqaviləyə əsasən Birlik Ləhiş qəsəbəsində 0.12 ha bağ sahəsini icarə üçün icarədar Ərizəçi təhvil verir və icarədar həmin bağ sahəsini təhvil alır. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2020-ci il tarixli, Q-3/2-112/2 saylı arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 2001-ci ilə dair sərəncamlar kitabında olan 379 nömrəli sərəncamdan çıxarışa əsasən X4 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında “vətəndaşın adlarına qanuni bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi barədə” X4 və İstismarı Birliyinin xx.xx.2001-ci il tarixli, 67 nömrəli protokolu təsdiq edilmişdir. 67 nömrəli Protokola əsasən “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən X6 Ləhic bağ № 3270 ayrılmışdır. Məişət tullantılarının daşınması üçün xx.xx.2018-ci il tarixli, GJG seriyalı, 639382 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Ləhiş Bağ 3270 üçün ödəyici Ərizəçi adına on iki manat məbləğində ödəniş qəbzi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 379 nömrəli sərəncamına əsasən X4 və İstismarı Birliyinin xx.xx.2001-ci il tarixli, 67 nömrəli protokolu təsdiq edilmişdir. Həmin protokolda Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən Ləhic bağ № 3270-nin X6 ayrılması qeyd edilmişdir. Hazırda Ərizəçi məhkəməyə ərizə verərək həmin protokolda göstərilmiş Ləhiş qəsəbəsində yerləşən 3270 nömrəli bağ sahəsinin özünə məxsus olduğunu, protokolda səhvən adının Ərizəçi əvəzinə X2 qeyd edildiyini bildirmiş, məhkəmədən həmin sənədin özünə məxsus olmasının təsdiq edilməsini xahiş etmişdir. O, Ləhiş qəsəbəsində yerləşən 3270 nömrəli bağ sahəsinin özünə, yəni Ərizəçi məxsus olmasını təsdiq etmək üçün məhkəməyə 3270 nömrəli bağın icarəyə verilməsi haqqında xx.xx.2001-ci il tarixli 10058 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətini təqdim etmişdir ki, həmin müqavilədə Birliyin Ləhiş qəsəbəsində 0.12 ha bağ sahəsini icarə üçün icarədar Ərizəçi təhvil verməsi və icarədarın həmin bağ sahəsini təhvil alması qeyd edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş, məişət tullantılarının daşınması üçün mədaxil qəbzinin, vergi bildirişinin surətlərindən görünür ki, həmin sənədlər Ləhiş qəsəbəsində yerləşən 3270 nömrəli bağ sahəsi ilə bağlı Ərizəçi adına tərtib olunmuşdur. Göründüyü kimi, müvafiq bağ sahəsinin Ərizəçi istifadəsində olması iş materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, X4 və İstismarı Birliyinin xx.xx.2001-ci il tarixli, 67 nömrəli protokolunda göstərilmiş Ləhiş qəsəbəsində yerləşən 3270 nömrəli bağ sahəsi həqiqətən də Ərizəçi ayrılmış, yalnız müvafiq sənəddə texniki səhvə yol verilərək Ərizəçi yerinə X5 adı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.5-ci mаddəsinə əsаsən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi bаrədə də işlərə bаxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarda daha sonra qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bundan başqa həmin Qərarda qeyd edilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 379 №-li sərəncama ilə tərtib olunmuş X3 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında “Vətəndaşların adlarına qanuni bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi barədə” X3 və İstismarı Birliyinin xx xxx 2001-ci il tarixli, 67№li protokolunun Ərizəçi məxsus olması faktı təsdiq edilməlidir. Bundan başqa, iş materiallarında olan vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi dövlət rüsumunun ödənilməsindən azad olduğundan ondan heç bir rüsum tutulmamalıdır. Belə ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 379 №-li sərəncama ilə tərtib olunmuş X3 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında “Vətəndaşların adlarına qanuni bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi barədə” X3 və İstismarı Birliyinin xx xxx 2001-ci il tarixli, 67№-li protokolunun Ərizəçi məxsus olması faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar