Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-219/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1995-ci idə Bakı şəhərində anadan olmuş oğlu X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü ildə X3 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.1995-ci ildə oğulları X10 doğulmuşdur. Oğlu Anar anadangəlmə psixi xəstədir. Psixi xəstə olduğuna görə o özünü, öz hərəkətlərini idarə edə bilmir, etdiyi hərəkətlərin mənasını anlamır və başa düşmür. Anadangəlmə psixi xəstə olduğundan oğlu Anar Babayev məktəbə getməmiş və heç bir işdə işləməmişdir. Onun həmişə kənar şəxslərin köməyinə ehtiyacı var. Anadangəlmə belə olmuş və hazırda da bu vəziyyətdədir. Anadan olandan indiyə kimi oğlu Anar Babayev həmişə onlarla bir yerdə yaşamış, ona özü və həyat yoldaşı Azər Babayev baxmış, saxlamış, hər bir problemini özləri həll etmişlər. Oğlu psixi xəstə kimi müvafiq səhiyyə orqanında qeydiyyatdadır. O, psixi xəstə olduğuna görə hərbi xidmətdən də azad edilmişdir. Oğluna “ağır dərəcəli kəmağıllılıq (kəskin nəzərəçarpan imbesillik dərəcəsində), kobud nitq və davranış pozuntuları ilə” diaqnozu qoyulmuşdur. Ona birinci qrup əlillik də verilmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, oğlu anadangəlmə əqli qüsurludur. Belə ki, oğluna hamilə olan vaxt qanında mikrob olmuş, həkim bunu bilməmiş, yalnız doğuş zamanı uşağın əqli qüsurlu olduğu deyilmişdir. Doğulduğu vaxtdan ona özü baxır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 470702 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 (atası X4, anası Ərizəçi) xx.xx.1995ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 602 nömrə ilə qeyd edilmişdir.
6. 2 saylı X2 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X8 “ağır dərəcəli kəmağıllılıq/kəskin nəzərəçarpan imbesillik dərəcəsində kobud nitq və davranış pozuntuları ilə” diaqnozu qoyulmuş, kənar şəxslərin himayəsinə ehtiyacı olduğu qeyd edilmişdir.
7. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X10 üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olması zəruri olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3272 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X7 ağır dərəcəli əqli gerilik müəyyən edlir. O, öz hərəkətlərini anlamaq və idarə etmək iqtidarında deyil. Buna görə də tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
İşin faktiki halları.
9. xx.xx.1995-ci il təvəllüdlü X10 Ərizəçi oğludur.
10. Anar Babayevə “ağır dərəcəli kəmağıllılıq/kəskin nəzərəçarpan imbesillik dərəcəsində kobud nitq və davranış pozuntuları ilə” diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi.
13. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun anasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.
Məhkəmənin gəldiyi nəticə.
14. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1995-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
15. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva