Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2197/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ HakimTural Nurulla oğlu Məmmədovunsədrliyi, X1katibliyi, İddiaçı Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh1" X4rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Suraxanı rayon Sukanal İdarəsi və Cavabdeh1 ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Sukanal İdarəsinin xx xxxx 2019-cu il tarixli, ********** saylı hesab-fakturada ona tətbiq olunan 4404 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixdə Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən su sayğacına növbəti baxış keçirərkən ona məxsus olan obyektə 4404,00 (dörd min dörd yüz dörd) manat məbləğində borc hesablanmışdır. O, bankomat vasitəsi ilə qabaqcadan ödəmə SMART kartına 10,00 (on) manat yatırmış və sayğaca yükləmək istəmiş, lakin sayğac açılmamışdır. Bu əməliyyatı iki dəfə təkrar etmiş, sayğac yenə açılmamışdır. Beləliklə, o, SMART karta 30,00 (otuz) manat pul yatırmışdır. O, kartın sıradan çıxdığını zənn etmiş, kartın bərpası üçün X5 müraciət etmişdir. Ona kartın işlək olduğunu, lakin kartda pul olmadığı bildirilmişdir. Ona ********* nömrəli hesab-faktura vermişlər, xx.xx.2019-cu ildə hesablanmış hesab-fakturada 4404,00 (dörd min dörd yüz dörd) manat borc olduğunu göstərmişlər və bir ay ərzində borcun ödənilməsi tələbi irəli sürülmüşlər. Məsələnin mahiyyəti budur ki, ona məxsus olan obyektə xx.xx.2013-cü ildə NÖClsi tərəfindən qeyri-əhali qrupunda su sayğacının quraşdırılması, dəyişdirilməsi, təmiri və istismara qəbuluna dair QS 002589 nömrəli akt verilmişdir. xx.xx.2013-cü il tarixdə su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün onunla 021432 nömrəli müqavilə bağlamışlar və ona 021432 kodlu qabaqcadan ödəmə SMART kartı verilmişdir. O, bütün ödənişləri bu kart vasitəsi ilə etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X2 əməkdaşı xx.xx.2017- ci il tarixdə saxtakarlıq edərək onun oğlunun adına 19010598 saylı müqavilə bağlayaraq adına artezian su quyusu yazmışdır. Sukanal İdarəsinin müştəri xidmətləri şöbəsi bu saxtakarlığı bildikləri üçün ünvan məlum deyil deyə hesab-faktura yazmamışlar. Yeni işə götürülən Allahverdi adlı nəzarətçi isə bu saxtakarlığı bilmədiyinə görə onun obyektində olan sayğaca baxış keçirərkən onun adıma ikinci su mənbəyinin (artezian quyusu) olduğunu görür və faktiki olaraq passiv fəaliyyətsiz obyekti sayğacsız üç ulduzlu su abonenti kimi göstərir. Əvvəlki oxunma xx.xx.2019, son oxunma tarixi xx.xx.2019 göstərərək 97 günə hər günü 22 iki manat 70 qəpikdən hesablayaraq 4404,00 manat hesablamışdır. (2202 m3 su və 2202 m3 çirkab suyu). Bu quyunun harada olduğunu ona göstərmələrini tələb etdikdə Müştəri Xidməti şöbəsinin rəisi bildirmişdir ki, onlar belə obyektin olmadığını bilmişlər və borc silinəcək. X7 İdarəsinə və Cavabdeh1 ASC-nə müraciət etməyinə baxmayaraq borc silinməmiş, ona formal cavablar verilmişdir. İşə məhkəmədə baxılarkən Suraxanı rayon Sukanal İdarəsi müstəqil hüquqi şəxs olmadığından və hazırkı iddiaya cavab verməli olan şəxs Cavabdeh1 ASC olduğundan Suraxanı rayon Sukanal İdarəsi cavabdehlər siyahısından çıxarılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X10 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, iddiaçının sayğacına yazılan borc sərfiyyatla bağlı olan borcdur. Heç bir cərimədən söhbət getmir. Bu səbəbdən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx xxxxxx 2013-cü il tarixli, 021432 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ASC-nin Suraxanı rayon Sukanal İdarəsi ilə İddiaçı (VÖEN: **********) ilə su təchizatı sistemindən istifadə ilə əlaqədar müqavilə bağlanmışdır. - Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 2019-cu ilin iyun ayında kompüter mərkəzi kimi fəaliyyət göstərən obyektdə istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi üçün cəmi 4404 manat borc hesablanmışdır. - Abonent kartından məlum olur ki, abonent kodu 021432$**/38283035 olan İddiaçı su sərfiyatına görə illər üzrə borc hesablanmışdır. - Fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışın surətindən görünür ki, ********** nömrəli VÖEN ilə fəaliyyət göstərən vergi ödəyicisi İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətini dayandırmışdır. İşin faktiki araşdırılan hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında sudan istifadə barədə müqavilə imzalanmış və sonuncu su təchizatı sistemindən istifadə etməyə başlamışdır. Lakin, iddiaçının Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi ünvanında yerləşən obyekti (kompüter mərkəzi) xx.xx.2019-cu il tarixdə fəaliyyətini dayandırmışdır. Həmin obeyktdəki su sərfiyyatına görə hesablanmış borc isə xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi təsadüf edir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinə su sərfiyyatına görə borc məbləği yazılarkən obyekt fəaliyyətini dayandırmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi sübutu - hazırkı işdə fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışı məhkəməyə təqdim etmişdir. Bu səbəbdən iddia təmin edilməli, Cavabdeh1 ASC tərəfindən hesablanmış 4404 manat məbləğində borc silinməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. "Cavabdeh1" X8 Suraxanı rayon Sukanal İdarəsi tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixli ********* saylı hesab-faktura ilə hesablanmış 4404 (dörd min dörd yüz dörd) manat məbləğində pul silinsin. Cavabdeh "Cavabdeh1" X6 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2197/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2197/2020
01.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver